28 Avqust 2025 16:23
447
SİYASƏT
A- A+
Azərbaycanın vasitəçilik təşəbbüsləri ölkəmizə beynəlxalq aləmdəki etibarı nümayiş etdirir

Azərbaycanın vasitəçilik təşəbbüsləri ölkəmizə beynəlxalq aləmdəki etibarı nümayiş etdirir


Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir çox vacib siyasi mövzularla bağlı sualları cavablandırdı. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Vaşinqton razılaşması münaqişə və müharibənin sonudur. Təbii ki, Ermənistan öhdəliklərini yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları öz Konstitusiyasından çıxarmalıdır. Bundan sonra isə sülh müqaviləsi imzalanacaq. Bu, yenidən Ermənistana xatırlatma idi. Azərbaycanın yanaşması bundan ibarətdir ki, müharibənin başa çatmasının həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün açdığı yeni imkanlar düzgün dəyərləndirilməlidir. Vaşinqton razılaşmasının Ermənistan tərəfindən pozulma riskinə gəlincə, Prezident bir daha bəyan etdi ki, İrəvanın bu razılaşmanı pozmaq şansı yoxdur. Əgər razılaşma pozulsa, bu, Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq. Ermənistanda hətta hakimiyyət dəyişikliyi olsa belə, iqtidara gələcək şəxslər dərk etməlidir ki, bu, Azərbaycan-Ermənistan razılaşmasıdır. Yəni, həmin sənəddə kimin imzasının olmasından asılı olmayaraq, bu, dövlətlərarası razılaşmadır və dövlətlərin məsuliyyətidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Deputat qeyd edib ki, müsahibədə ən vacib mesajlardan biri Ermənistanın yenidən Azərbaycana qarşı mümkün ərazi iddiaları ilə bağlı idi. Prezident bəyan etdi ki, bu, baş verərsə, cavab adekvat olacaq. Vaşinqton görüşündə əldə olunan əsas razılaşmalardan biri də Zəngəzur dəhlizi (TRİPP marşrutu) idi ki, dünya mediası bu dəhlizin son 5 ildə reallaşmamasının səbəbləri ilə maraqlanır. Prezident reallığın nədən ibarət olduğunu, prosesin bu həddə gəlməsinin əsas səbəblərini açıqladı. Bildirdi ki, Vətən müharibəsindən sonra Azərbaycanın bu ərazini zorla ələ keçirmək imkanı olsa da, bunu etməyib, çünki Azərbaycan işğalçı dövlət deyil. Ermənistanın süni şəkildə prosesi uzatdığı, 5 ilə yaxın sırf kommunikasiya xətləri ilə danışıqların aparılması bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bugünkü reallıq bundan ibarətdir ki, 5 il Azərbaycanın tələbləri və qanuni istəyi qarşısında qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan nəhayət, Prezident Tramp və onun komandasının prosesə cəlb olunmasından sonra razılaşmaya getdi. Azərbaycan Zəngəzur dəhlizinin qlobal əhəmiyyətinə önəm verir və Ermənistanın da prosesə bu reallıqdan yanaşmasının tərəfdarıdır. Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizi üzrə daşımalarla yanaşı, Şimal-Cənub dəhlizi üzrə daşımalarda da istifadə olunacaq.

“Dövlətimizin başçısı Bakı ilə Moskva arasında davam edən gərginliyə də münasibət bildirdi. Azərbaycan bütün qonşularla bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır və Rusiyanın davranışlarının timsalında bizə qarşı hörmətsizlik yolverilməzdir, biz buna dözməyəcəyik. Ötən ilin dekabrında Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və həmin ölkənin rəsmilərinin buna reaksiyası haqlı olaraq məyusluq doğurur. Rəsmi Bakının Moskvadan gözləntisi var – 44 günlük müharibə zamanı Rusiya vertolyotu vurularkən Azərbaycanın davranışı buna ən yaxşı nümunədir. Prezident xatırlatdı ki, bu zaman Azərbaycan dərhal üzr istədi və təzminat ödədi. Bu gün də bizim Rusiyadan gözləntilərimiz eynidir. Amma Rusiya nəinki üzərinə düşən öhdəliyi yerinə yetirmədi, əksinə, bu ölkədə məskunlaşan azərbaycanlılara qarşı təqiblər başladı. İki nəfər soydaşımızın öldürülməsi ilə nəticələnən Yekaterinburq hadisələri baş verdi. Azərbaycan Prezidenti bir daha bildirdi ki, münasibətlərdə problemlərin yaranmasına görə məsuliyyət bizim üzərimizə düşmür”, - deyə N.Məmmədova vurğulayıb.

Onun sözlərinə görə, “Əl-Ərəbiyyə” telekanalına müsahibə zamanı Azərbaycanın artan vasitəçilik təşəbbüslərinə də diqqət çəkildi. Əminliklə söyləyə bilərik ki, İsrail-Suriya, Türkiyə-İsrail arasında vasitəçilik təşəbbüsləri Azərbaycana beynəlxalq aləmdəki etibarı nümayiş etdirir. Dövlətimizin başçısı verdiyi əsas mesajlardan biri də Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı idi. “Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Bizim bununla bağlı mövqeyimiz birmənalıdır”, - deyən dövlətimizin başçısı beynəlxalq vasitəçilik missiyası zamanı da bu məsələnin rəsmi Bakı üçün prioritet təşkil etdiyini diqqətə çatdırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!