21 Sentyabr 2025 08:25
800
SİYASƏT
A- A+
Azərbaycanın suverenliyinin təmin edilməsi tarixi qələbəmizdir

Azərbaycanın suverenliyinin təmin edilməsi tarixi qələbəmizdir


Prezident İlham Əliyevin ölkəyə müdrik rəhbərliyi nəticəsində 20 sentyabr Azərbaycan tarixinə əbədi olaraq Dövlət Suverenliyi Günü kimi daxil edilib. Bu, xalqımızın əsrlər boyu çəkdiyi əzabların, apardığı mübarizələrin, qəhrəman övladlarımızın canı-qanı bahasına qazanılan qələbələrin simvolik yekunu, müasir dövlətçiliyimizin ən böyük, ən möhtəşəm nailiyyətidir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə təsis edilən bu gün Azərbaycanın siyasi inkişafında mühüm tarixi mərhələni təsdiqləyir.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil və suveren dövlət qurmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində üzləşdiyi çətinliklərə, işğallara və məhrumiyyətlərə baxmayaraq, müstəqillik və suveren dövlətçilik arzusu ilə yaşayıb və bu amal uğrunda mübarizəsini davam etdirib. Lakin bu arzunun gerçəkləşməsi üçün yalnız iradə yox, həm də qətiyyətli liderlik lazım idi. Bu liderlik missiyasını isə möhtərəm Prezidentimiz İlham Əliyev öz üzərinə götürərək tarixi məsuliyyətin öhdəsindən böyük ustalıqla və ləyaqətlə gəldi.

Suveren dövlət anlayışı beynəlxalq hüquqda ali hakimiyyətin təcəssümü deməkdir. Dövlətin daxili və xarici siyasətdə tam müstəqilliyi, heç bir kənar gücə tabe olmaması onun əsas meyarıdır. Azərbaycan bu hüquqa malik olsa da, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasət nəticəsində ərazi bütövlüyünü reallıqda təmin edə bilmirdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin birgünlük antiterror əməliyyatı ilə Prezident İlham Əliyev dövlətin suverenliyini yalnız siyasi bəyanatlarda deyil, praktiki addımlarla tam bərpa etdi.

Ermənistanın 30 ildən çox davam edən işğalı xalqımıza ağır zərbələr vurub. Şəhərlərimiz, kəndlərimiz viran qoyulub, xalqımıza qarşı etnik təmizləmələr aparılıb, tarixi abidələrimiz dağıdılıb, Xocalı soyqırımı kimi insanlığa qarşı dəhşətli cinayət törədilib. Lakin bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin yeritdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dövlətinin bütün əraziləri beynəlxalq aləmdə həmişə onun suveren ərazisi olaraq tanınıb. Ümummilli Liderin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən başlayaraq torpaqlarımızı işğaldan azad etməyi və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini praktiki olaraq təmin etməyi milli məqsəd elan etdi və bu istiqamətdə ardıcıl, prinsipial və qətiyyətli siyasətini davam etdirdi.

2018-ci ildən sonra Ermənistanın yeni hakimiyyəti də sülh təkliflərini rədd etdi, vaxtı uzatdı, münaqişənin həllini mümkünsüz hala gətirdi. Bu, Azərbaycanın səbir kasasını daşdırdı. Nəhayət, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab olaraq, Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində dövlətimizin gücü, ordumuzun rəşadəti və Prezidentimizin dəmir iradəsi sayəsində Ermənistan ordusu darmadağın edildi. Tarixi Zəfərimizlə torpaqlarımız işğaldan azad olundu, Kəlbəcər, Ağdam və Laçın rayonları da sülh yolu ilə Azərbaycana qaytarıldı. Bununla da BMT Təhlükəsizlik Şurasının 30 il ərzində icra olunmamış qətnamələrini Azərbaycan özü öz gücü və öz qüdrəti ilə həyata keçirdi.

44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin qətiyyətli addımı nəticəsində 2023-cü ilin 23 aprelində Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu, bir güllə belə atmadan əldə olunan tarixi nailiyyət idi və Azərbaycanın bütün sərhədləri boyunca onun suveren nəzarətini təmin etdi. Bu addım dövlət hakimiyyətinin aliliyinin təminində mühüm mərhələ oldu.

Lakin düşmən qüvvələrinin qalıqları separatçı rejimlə birlikdə təxribatlarını davam etdirdi. Buna görə də 2023-cü il sentyabrın 19-da möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli qərarı ilə lokal xaraqterli antiterror tədbirləri başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində düşmən qüvvələri tam tərksilah edildi, qondarma rejim ləğv olundu, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa edildi. Bu əməliyyat müasir tariximizin ən parlaq səhifələrindən biri kimi yadda qaldı.

Bütün bu uğurların məntiqi nəticəsi olaraq, cənab Prezident İlham Əliyev 2024-cü ildə Dövlət Suverenliyi Gününü təsis etdi. Bununla yanaşı, dövlət başçısı tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələdir. Bu qərar dövlətçiliyimizin hüquqi-siyasi əsaslarını möhkəmləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır, xalqımızın milli kimliyini dünyaya təqdim edir.

Bu gün Azərbaycan suverenliyi tam bərpa edilən, sərhədləri toxunulmaz, əraziləri bütöv, iqtisadiyyatı güclənən bir dövlətdir. Azərbaycan özünün ən güclü dövrünü yaşayır. Hər bir azərbaycanlı son beş ildə Azərbaycan dövlətinin qazandığı böyük tarixi qələbələrin və bölgədə yaratdığı yeni reallıqların qürurunu yaşayır və qalib dövlətin, qalib xalqın bir parçası olmağı ilə fəxr edir. Bu reallığı yaradan isə məhz möhtərəm Prezidentimiz cənab 

İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və xalqa arxalanan uzaqgörən siyasətidir. Bizim üzərimizə düşən əsas vəzifə bu nailiyyətləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə güclü dövlət miras qoymaqdır. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə davamlı qələbələrə imza atacaqdır.


Vasif QAFAROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!