23 İyul 2025 17:47
580
İQTİSADİYYAT
A- A+
Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi BMT-nin Yüksəksəviyyəli Siyasi Forumunda təqdim edilib

Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi BMT-nin Yüksəksəviyyəli Siyasi Forumunda təqdim edilib

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən Nyu-York şəhərində təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində keçirilən nazirlər görüşündə çıxış edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, sədr Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib. Komitə sədri şəhərsalma sahəsində qəbul edilmiş kompleks və inteqrasiya olunmuş yanaşmaların sosial rifaha, iqlim dəyişikliklərinə uyğunlaşmaya və iqtisadi dayanıqlılığa töhfə verdiyini diqqətə çatdırıb.

Anar Quliyev iqlim dəyişikliyi, iqtisadi qeyri-müəyyənlik və sosial bərabərsizlik kimi problemlərin bir-biri ilə sıx bağlı olduğunu və bu çağırışların daha qabarıq şəkildə məhz şəhər mühitlərində özünü göstərdiyini bildirib. Komitə sədri vurğulayıb ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin 70 faizədək hissəsi şəhərlərdə yaşayacaq və bu səbəbdən də şəhərlərin davamlı inkişafı qlobal gündəliyin prioritet istiqamətlərindən biri olmalıdır. Həmçinin qeyd olunub ki, şəhər mühitinin düzgün planlaşdırılması və idarə olunması Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında da həlledici rol oynayır və bu kontekstdə şəhərlərin baş planları inklüzivlik, təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıq baxımından əsas strateji alətlərdən biridir.

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalmanın prioritet istiqamət olduğunu qeyd edən komitə sədri ölkəmizin iqlim dəyişiklikləri və urbanizasiya sahəsində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsünün şəhərsalma ilə səhiyyə və iqlim siyasətləri arasında inteqrasiyanı təmin etdiyini bildirib.

Çıxış zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı şəhərsalma və bərpa işləri, işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "yaşıl enerji zonası" konsepsiyalarına uyğun şəkildə həyata keçirilən layihələr haqda məlumat verilib və bunun regional sabitliyə, iqtisadi dirçəlişə və dayanıqlı inkişaf hədəflərinə xidmət etdiyi qeyd edilib.

Komitə sədri, həmçinin 2026-cı ilin may ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası haqqında məlumat verib. O, Forumun şəhərsalma sahəsində qabaqcıl təcrübələrin bölüşməsi, tərəfdaşlıqların gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu bildirib və bütün ölkələri, beynəlxalq təşkilatları bu mühüm tədbirdə fəal iştirak etməyə dəvət edib.

Qeyd edək ki, 2013-cü ildən etibarən hər il təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal səviyyədə nəzərdən keçirilməsi və onların icrasının sürətləndirilməsi üçün əsas platforma hesab olunur. Bu il Forum 14-23 iyul tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Heç kimin geridə qalmaması naminə 2030 Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üçün davamlı, inklüziv, elmi və sübuta əsaslanan həllərin irəli aparılması” mövzusunda keçirilir.

Forum çərçivəsində Anar Quliyevin BMT-nin Məskunlaşma Proqramı “Hər kəs üçün layiqli mənzil” mövzusunda Yüksəksəviyyəli Dialoqda, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün Tərəfdaşlıq Platformasına dair Yüksəksəviyyəli Tədbirdə və bir sıra ikitərəfli görüşlərdə iştirakı nəzərdə tutulur.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!