14 Aprel 2024 22:09
561
İDMAN
A- A+
Azərbaycanın qadın şahmatçısı Vyanada sinxron turnirdə 30 şahmatçı ilə oynayıb

Azərbaycanın qadın şahmatçısı Vyanada sinxron turnirdə 30 şahmatçı ilə oynayıb

 

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin ən yüksək reytinqə malik qadın şahmatçısı, Azərbaycan millisinin kapitanı və Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadəyə qarşı sinxron şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vyana Şahmat Federasiyası ilə birgə təşkil etdiyi seansda peşəkar və yeniyetmə şahmatçılar, eləcə də şahmat həvəskarları olmaqla 30 oyunçu iştirak edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova seansdan öncə çıxış edərək bildirib ki, Azərbaycan zəngin ənənələrə malik və tarixən inkişaf etmiş şahmat məktəbinə malik ölkədir və Azərbaycan şahmatçıları dünyada aparıcı yerləri tuturlar. Şahmat ölkəsi olan Azərbaycanda dövlət tərəfindən şahmatın inkişafına xüsusi diqqət yetirilir və buna görə də şahmatçılarımız həm fərdi, həm də komanda yarışlarında uğurla çıxış edirlər.

Azərbaycanın reytinqinə görə ən güclü qadın şahmatçısı Günay Məmmədzadənin Avstriyaya dəvət edilməsi, onun yerli şahmatçılar üçün oyun analizləri təqdim etməsi və sinxron yarışda iştirakı Vyana Şahmat Federasiyası tərəfindən böyük məmnuniyyətlə qarşılanıb. Bu turnir Azərbaycanın qadın şahmatçılarının peşəkarlıq səviyyəsini göstərməklə yanaşı, yeni nəsil şahmatçıların yetişməsi və motivasiyası üçün də xüsusi əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, hazırda Kanadanın Toronto şəhərində İddiaçılar Turnirində iştirak edən azərbaycanlı qrossmeyster Nicat Abasov da eyni formatda vyanalı şahmatsevərlər üçün seans keçirib və gələcəkdə digər tanınmış Azərbaycan şahmatçılarının Vyanada şahmat tədbirlərinə qatılması imkanı arzulanan hal olardı.

Vyana Şahmat Federasiyasının vitse-prezidenti Hanna Vehbe yaradılan imkanı şahmatçılar üçün, xüsusilə də yeniyetmə şahmatçıların peşəkarlığının artırılması üçün unikal fürsət kimi dəyərləndirib və Azərbaycan Mədəniyyət Mərkəzinə əməkdaşlığa görə təşəkkür edib.

Qeyd edək ki, sinxron turnirin məqsədi dünya şahmatında xüsusi çəkiyə malik Azərbaycan şahmat məktəbinin yetirmələrini geniş ictimaiyyətə tanıtmaq, ölkəmizdə qadın şahmatının inkişafını nümayiş etdirmək, gənclər arasında şahmatın tanınmasına töhfə vermək, Avstriya və Azərbaycan şahmatçıları arasında əlaqələri dərinləşdirməkdir.

Dünya reytinqində qadınlar arasında 2436 xalla 34-cü, Avropada 18-ci və Azərbaycan şahmatçıları arasında isə 1-ci yeri tutan Günay Məmmədzadə 2000-ci ildə Bakıda anadan olub. Beş yaşından şahmat oynamağa başlayan G. Məmmədzadə 2014-cü ildə qadınlar arasında beynəlxalq qrossmeyster dərəcəsini, 2018-ci ildə isə kişilər arasında beynəlxalq usta dərəcəsini əldə edib. Qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü, hazırda isə kapitanıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mətbuatı WUF13 barədə yazıb  

18:08
21 May

Zelenski Xerson vilayətinin işğal altında olan hissəsində FTX qərargahına zərbə endirildiyini təsdiqləyib  

18:01
21 May

Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

17:57
21 May

Mərkəz rəhbəri: Beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq  

17:51
21 May

FAO-nun regional seminarında Azərbaycanda narçılıq sektorunun inkişafı barədə məlumat verilib  

17:47
21 May

Növbəti panel sessiya: Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar  

17:41
21 May

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Premyer Liqasında yeni mövsümün start tarixi məlum olub  

17:33
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

17:29
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

16:52
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!