25 Aprel 2025 08:50
879
Mədəniyyət
A- A+
Azərbaycanın ilk pediatrının həyatından bəhs edən videoçarx hazırlanıb

Azərbaycanın ilk pediatrının həyatından bəhs edən videoçarx hazırlanıb


Azərbaycanın ilk pediatrı Əbülfəz Qarayevin anadan olduğu gündən 140 il keçir. İlk azərbaycanlı görkəmli pediatr ölkəmizdə ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısıdır. O, Respublika Uşaq Xəstəxanasının yaradılmasının təşkilatçılarından biridir. 

Əbülfəz Qarayevin praktiki, elmi və pedaqoji fəaliyyəti N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan Dövlət Tibb Universiteti) ilə sıx bağlı olub. 1930-cu ildə Əbülfəz Qarayev bu ali təhsil ocağının Pediatriya kafedrasına assistent kimi qəbul olunub. Tanınmış həkim Ə.Qarayev 1938-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1939-cu ildə kafedra müdiri seçilib. Onun elmi araşdırmalarının əksəriyyəti, demək olar ki, bağırsaq infeksiyalarına həsr olunub. Bundan başqa, professor qan xəstəliklərinin etiologiyası, patogenezi və müalicə yollarını öyrənib. Əbülfəz Qarayev 1938-ci ildən ömrünün sonuna qədər Azərbaycan Uşaq Həkimləri Cəmiyyətinə rəhbərlik edib. O, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri və Uşaqlara Müalicə-Profilaktika Yardımı Şurasının üzvü olub. Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsi onun təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılıb. Görkəmli həkimin pedaqoji fəaliyyəti dövründə hazırlanmış mütəxəssislərin çoxu bu gün Azərbaycan pediatriyasının qabaqcıl nümayəndələridir. Əbülfəz Fərəc oğlu Qarayev 1952-ci il oktyabr ayının 24-də vəfat etmişdir. 

Hazırda Bakının 2 saylı Uşaq Klinik Xəstəxanası görkəmli alimin adını daşıyır. 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və 2 nömrəli kitabxana filialı xalqı, milləti qarşısında böyük xidmətləri olmuş Azərbaycan pediatriya məktəbinin banisi, professor Əbülfəz Fərəc oğlu Qarayevin 140 illik yubileyi ilə əlaqədar videoçarx hazırlayıb.

Videoçarxda professor Əbülfəz Qarayev həm həkim, həm də şəxsiyyət kimi hörmət və ehtiramla yad edilir. Azərbaycanda pediatriyanın qazandığı nailiyyətlərin sırasında bu alimin gördüyü işlər haqqında məlumat verilir. Alimin həyatının əsas məqamları işıqlandırılır, xidmətinə görə qazandığı mükafatlar qeyd olunur. 

Hazırlanan videoçarxı izləyənlər öyrənirlər ki, professor Əbülfəz Qarayev Bakıda, həmçinin respublikanın müxtəlif rayonlarında dövlət uşaq müalicə-profilaktika müəssisələrinin geniş şəbəkəsinin yaradılması işinə qoşulmuş, pediatriyanın nəzəri məsələlərinin araşdırılmasına başlamışdır. Azərbaycanda pediatriyanın qazandığı nailiyyətlərin təməlində, mərkəzində həkim və alim Əbülfəz Qarayevin gördüyü işlər dayanır.  

Tibb Universitetinin Pediatriya fakültəsi onun təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmışdır. Rus, alman və türk dillərini mükəmməl bilən professor-pediatr Əbülfəz Qarayev ömür boyu alimliyi, həkimliyi, parlaq şəxsiyyəti ilə xalqa xidmətin əsl nümunəsini göstərmişdir. 

Videoçarxda Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın görkəmli həkim Əbülfəz Qarayev haqqında söylədiyi bu sözlər izləyənlər tərəfindən maraqla qarşılanmışdır: "Professor Əbülfəz Qarayev bu gün Azərbaycanda "Qarayevlər sülaləsi" kimi tanınan böyük ziyalılar ailəsinin başında məhz öz xeyirxah əməlləri ilə həmişəyaşarlıq qazanmışdır".

Azərbaycan xalqı professor Əbülfəz Qarayevi həm həkim, həm alim, həm də şəxsiyyət kimi həmişə hörmətlə anır, ehtiramla yad edir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!