08 Aprel 2025 10:06
516
SİYASƏT
A- A+
Azərbaycanın enerji təchizatçısı kimi əhəmiyyəti ilbəil artır  

Azərbaycanın enerji təchizatçısı kimi əhəmiyyəti ilbəil artır  

Ölkəmiz etibarlı tərəfdaş olduğunu sübuta yetirib


“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında aparılan müzakirələrdən bir daha aydın oldu ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edir. Azərbaycanın təşəbbüsü ilə yaradılan platformada iştirakçıların sayının artması, “Cənub qaz dəhlizi”nin coğrafiyasının genişlənməsi bir daha göstərir ki, bütün tərəflər ortaq məqsəd ətrafında birləşir”.

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Deputat qeyd edib ki, Prezidentin də bəyan etdiyi kimi, birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri gerçəkləşə bilməz. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. "Təsadüfi deyil ki, son bir ildə əlavə 5 ölkə də Azərbaycan qazının alıcısına çevrilib. Azərbaycan qazı  artıq 12 ölkəyə çatdırılır. Avropaya qaz təchizatımızın coğrafiyasının genişlənməsi həm də etibarlı tərəfdaşlığın nəticəsidir. Əsas hədəf 3 seqmentdən - Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət olan “Cənub qaz dəhlizi”nin daha da genişləndirilməsinə nail olmaqdır. Bu isə təbii ki, maliyyələşmə tələb edir. Bu səbəbdən dövlətimizin başçısı faydalı qazıntıların maliyyələşdirilməsinin vacibliyinə diqqət çəkib: “Faydalı qazıntılarla zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələrə dəstək olmalıdır, hücum çəkilməli deyil”. Təbii ki, yaşıl gündəlik bu gün dövlətlərin milli prioritetləri sırasındadır. COP29-un ev sahibi kimi Azərbaycan dünyaya həm də faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamasına dair mesaj verdi. Əməkdaşlığın real nəticələrinə gəlincə, 2030-cu ilə qədər hədəf 6 giqavat günəş və külək enerjisinin təmin olunmasıdır. İşğaldan azad olunmuş ərazilərin potensialını da nəzərə alsaq, Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur", - deyə o əlavə edib.

N.Məmmədova xatırladıb ki, Avropa İttifaqının rəsmisi də Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha bəyan edib. Hazırda Cənubi Qafqazla Avropa İttifaqı arasında “yaşıl enerji” dəhlizinin qurulması üzərində iş aparılır. Bu isə onu deməyə əsas verir ki, zaman-zaman bəzi Qərb dairələrinin, xüsusilə, erməni lobbisinin Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltmək cəhdləri nəticə vermədi. 

Deputatın sözlərinə görə, burada Fransanın qərəzli mövqeyi də qeyd edilməlidir: “Hər birimiz xatırlayırıq, Fransa Prezidenti Emmanuel Makron çıxışlarının birində “biz Ermənistanın maraqlarını Avropanın enerji maraqlarına qurban verə bilmərik” söyləmişdi. Burada sual meydana çıxır - hansı Ermənistan? Heç bir resursa, heç bir nüfuz və siyasi çəkiyə malik olmayan Ermənistan? Avropanın maraqlarını buna qurban vermək nə dərəcədə məntiqlidir? Azərbaycanmı Avropa üçün daha vacibdir, yoxsa Ermənistan?”. 

Deputat hesab edir ki, bu sualın cavabı hər kəsə aydındır: "On ildən çoxdur Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarında da Azərbaycanın enerji təhlükəsizliyində əhəmiyyəti xüsusi vurğulanır, regiondakı mövqeyi dəyərləndirilir. Ölkəmizə qarşı təşkil olunan qara piar kampaniyaları isə iflasa uğrayır. Məşvərət Şurası iclaslarına qatılan nümayəndələrin də fikri bundan ibarətdir ki, Azərbaycan proqnozlaşdırmanı və etibarlı tərəfdaşlığı təmin edən ölkəyə çevrilib".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!