13 Sentyabr 2024 08:35
242
İQTİSADİYYAT
A- A+
Azərbaycanın DOST-u nümunə göstərir

Azərbaycanın DOST-u nümunə göstərir

 

Özü də beynəlxalq arenada 

 

Bəzən adama elə gəlir ki, beynəlxalq müsabiqələr yalnız orta məktəb şagirdləri və universitet tələbələri, yaxud incəsənət nümayəndələri üçündür. Amma zaman o zamandır ki, nəinki təhsil, incəsənət, eləcə də iqtisadiyyat və sosial sahədə də beynəlxalq arenaya çıxmaq lazımdır.  
Bu gün istənilən sahədə əldə olunan uğurlar dünyanın istənilən ölkəsində sərgilənir və dəyərini alır. Götürək Azərbaycan brendi olan DOST-u. Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi "İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatı 2024" (Human Capital Management Excellence Awards 2024) beynəlxalq müsabiqəsinin qalibi olub. Cəmi 6 yaşı olan DOST-un bu uğuru birinci və sözsüz ki, sonuncu deyil, baxmayaraq ki, agentliyin əməkdaşlarını özlərinə dost bilənlərin çoxu həssas qrupa aid olan insanlardır, yəni onlarla dostluq etmək üçün böyük ürəyə sahib olmaq lazımdır. 
1983-cü ildən Sosial İşçilərin Beynəlxalq Federasiyası tərəfindən hər il mart ayının üçüncü çərçənbə axşamı Dünya Sosial İş Günü elan olunub. Sonralar bir sıra beynəlxalq təşkilatlar da bu təşəbbüsə qoşulublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətlər sistemində çalışanlar da həssas  kateqoriyalardan olan insanların (tənha ahıl və əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud olan, yaxud sosial təhlükəli vəziyyətdə olan uşaqların, məişət zorakılığından zərər çəkənlərin və b.) sosial xidmətlərə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi, həmin şəxslərə xidmətlərin təşkili istiqamətində fəaliyyət göstərirlər. Deməli, bu sahənin əməkdaşları üçün yalnız bir gün yox, hər gün Sosial İş Günüdür. 
Bu cür həssaslığın, diqqətin, məsuliyyətin nəticəsidir ki, DOST Agentliyinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) "Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022" müsabiqəsinə təqdim etdiyi üç layihənin hər biri yüksək dəyərləndirilib. Belə ki, 2022-ci ildə agentliyin "Vətəndaş məmnunluğu monitorinq sistemi", "DOST Agentliyi ləyaqət və bərabər hüquqlar naminə" və "DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi" adlı layihələri müsabiqənin Müstəqil Beynəlxalq Münsiflər Heyətinin qərarı ilə fəxri diplomlara və attestata layiq görülüb. 2023-cü ildə isə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (RİM) Böyük Britaniyada keçirilən "Fin Tech Awards 2023" mqsabiqəsinin qalibi seçilib. DOST RİM müsabiqədə "Proaktiv ödənişlər mexanizminin mahiyyəti, sxemi və cəmiyyət üçün əhəmiyyətini əhatə edən məlumatlar" kateqoriyasında iştirak edib və "Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı - 2023" mükafatını alıb. Müsabiqədə Azərbaycanın sosial sahə üzrə elektron uğurları, habelə ölkədə pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinat mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb. Müsabiqənin tədqiqat komandası ölkəmizin təcrübəsini yüksək qiymətləndirib və mükafata layiq görüb. Qeyd edək ki, "Wealth & Finance International" maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıran və 2014-cü ildən eyniadlı jurnalda sosial sahədə yeni uğurlu təcrübələri paylaşan bir təşkilatdır.
DOST bir neçə gün əvvəl verilən beynəlxalq mükafata isə "Ən yaxşı sosial təsir" kateqoriyasında insan kapitalının idarə edilməsinə görə layiq görülüb. "Brandon Hall Group" tərəfindən təşkil olunan müsabiqəyə "Könüllü DOST" proqramının sosial müdafiə, məşğulluq, əlillik, əmək münasibətləri istiqamətlərində DOST xidmətlərinin idarəolunmasına, innovativ təşəbbüslərin reallaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına, eləcə də bərabərliyin və inklüzivliyin təmin olunmasına yönləndirmə təcrübəsi təqdim edilmişdi. 
Mükafatın təqdimetmə mərasimi 2025-ci il yanvarın 28-30-da ABŞ-nin Florida ştatının Uest Palm Biç şəhərində baş tutacaq. "HCM Mükəmməllik Konfransı 2025"in (HCM Excellence Conference 2025) qala tədbirində ekspert və idarəçilər, media nümayəndələri, eləcə də müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak edəcəklər.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!