31 Mart 2024 08:05
691
İQTİSADİYYAT
A- A+
Azərbaycanın COP29-a hazırlıq səviyyəsi yüksək dəyərləndirilir

Azərbaycanın COP29-a hazırlıq səviyyəsi yüksək dəyərləndirilir

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsini haqlı olaraq ölkəmizin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı hesab edirlər. Hazırlıq işlərinin yüksək səviyyədə aparılması Azərbaycanın üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə zəmanət verdiyi qeyd olunur.
Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasına sadiqliyini nümayiş etdirən strateji addımdır. COP29-a hazırlıqla bağlı isə Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb, əlaqədar qurumlar səfərbər edilib. 
Bərpaolunan enerji ilə və COP29-la bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin "Phoenix" telekanalına müsahibəsində də geniş yer alıb. Son illər Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafına diqqət yetirildiyi və iqtisadi şaxələnməyə nail olunduğu qeyd edilib. Ölkəmizdə yaradılan bərpaolunan enerji stansiyalarından bəhs olunub. Bildirilib ki, bu, Çinlə Azərbaycan arasında "yaşıl enerji" sahəsində əməkdaşlıqda mühüm mərhələdir. 
Müsahibədə bu il Azərbaycanda keçiriləcək COP29-a da toxunulub, ötən konfransda irəliləyiş əldə olunmayan iqlimin maliyyələşdirilməsi məsələsinin Bakıdakı tədbirdə əsas mövzuya çevriləcəyi qeyd edilib. 
COP29 Azərbaycanın qazıntı yanacağına sahib olan ölkə kimi qətiyyətini, eyni zamanda diplomatik və siyasi cəsarətini nümayiş etdirir. Bununla bağlı Prezidentin köməkçisi deyib: "Bu, həmçinin bizim güclü və qəti iradəmizi göstərir. Azərbaycan göstərdi ki, biz qərarlıyıq, karbohidrogen ehtiyatları ilə yanaşı, həm də "yaşıl enerji"nin tərəfdarı olmaq istəyirik və bu konsepsiyaya töhfə verməyə hazırıq".  
"Yaşıl enerji"nin inkişafı və onun dünya bazarlarına çıxarılması hazırda ölkəmizin enerji siyasətinin prioritetidir. Odur ki, COP29 vasitəsilə bütün dünya gündəliyimizin "yaşıl enerji" ilə bağlı olduğunu daha aydın görəcək. Bu tədbirə evsahibliyi etmək qərarı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirməklə yanaşı, təkcə ənənəvi enerji resurslarına deyil, həm də "yaşıl texnologiya"lar sahəsində özünü regional lider kimi təqdim etmək üçün əlverişli imkan yaradır. Asiya, Çin, Türkiyə və Yaxın Şərq üzrə pakistanlı ekspert Məhəmməd Əli Paşa bununla bağlı belə deyir: "COP29-da beynəlxalq "yaşıl enerji" sazişləri qarşısında əhəmiyyətli iqtisadi imkanlar və artan bazar çıxışı mövcuddur. Azərbaycan bu əməliyyatlardan irəli gələn mühüm layihələrdə iştirak edə bilsə, qlobal enerji dünyasında rəqabət qabiliyyətini artıra biləcək. Ölkələrin davamlı enerji təşəbbüslərinə inteqrasiyası təkcə ekoloji məqsədlərə nail olmağa kömək etmir, həm də Azərbaycanı inkişaf etməkdə olan sektorda əlverişli mövqeyə qoyur, inkişafı təşviq edir, daha dayanıqlı gələcəyə davamlı enerji mənzərəsi yaradır. "Yaşıl enerji" təşəbbüsünün COP29-da kəsişməsi Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi və qlobal miqyasda davamlı təcrübələrə sadiqliyini nümayiş etdirməsi üçün strateji fürsətdir". 
İqlim dəyişikliyi ilə mübarizə istiqamətində biz nə edirik? Ekspertlər ölkəmizin "yaşıl təşəbbüs"lərə üstünlük verdiyini yüksək dəyərləndirirlər. Göstərirlər ki,  Azərbaycanın bərpaolunan enerjiyə keçidi təşviq etmək öhdəliyi iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə uyğun olaraq, proaktiv mövqe nümayiş etdirərək, ənənəvi qalıq yanacaqlardan "yaşıl enerji"yə strateji keçidi ifadə edir. Enerji səmərəliliyi və dayanıqlı kənd təsərrüfatı təcrübələrinə diqqət Azərbaycanın inteqrasiya olunmuş ətraf mühitin idarə edilməsinə sadiqliyini vurğulayır. Hökumət "yaşıl enerji"ni fəal şəkildə təşviq edərkən təkcə qlobal iqlim gündəliyinə töhfə verməklə kifayətlənmir, həm də Azərbaycanı daha dayanıqlı gələcək üçün ekoloji cəhətdən şüurlu siyasət həyata keçirən fəal liderə çevirir.
Hazırda qlobal enerji gündəmi qalıq yanacaqlardan bərpaolunan mənbələrə və digər qeyri-karbohidrogen enerji mənbələrinə keçidə yönəlib. Odur ki, COP29 "yaşıl enerji" sövdələşmələri, beləliklə, daha böyük iqtisadi imkanlar və daha geniş bazarlara çıxış təklif edə bilər. Azərbaycanın bu cür diqqətəlayiq layihələrə qoşulması onun enerji sektorunun dünya miqyasında daha rəqabətqabiliyyətli olmasına kömək edəcək.
Ümumiyyətlə isə, "yaşıl keçid"in ölkələrin iqtisadi inkişafına, o cümlədən yeni iş yerlərinin yaradılmasına təsiri necə olacaq? Yuxarıda adıçəkilən pakistanlı ekspert Məhəmməd Əli Paşanın fikrincə, bu keçid davamlı olaraq xalis sıfır iqtisadiyyata keçidə mane olan ixtisaslı işçi çatışmazlığı şəklində potensial "dar boğaz"ı müəyyən edir, iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası ilə üzləşmək üçün qlobal ehtiyacı vurğulayır. Dünya innovativ və ekoloji cəhətdən təmiz həllər ehtiyacı ilə üzləşdiyindən transformasiya qlobal miqyasda sənaye istehsalına, istehlaka və enerji təchizatına nüfuz edərək cəmiyyətin müxtəlif aspektlərinə təsir göstərəcək. 
Vacib bir məsələ kimi o da vurğulanır ki,  keçid dövrü işçilərin yeni peşələrə və sənaye sahələrinə keçməsi ilə yerli əmək bazarlarının əhəmiyyətli dərəcədə yenidən qurulmasını tələb edəcək. Rəqəmsallaşma və demoqrafik dəyişiklik kimi paralel meqatrendlər tərəfindən şiddətlənən bu dəyişiklik məşğulluğun coğrafiyasını və işin xarakterini dəyişəcək: "Təhlil yeni iş imkanlarının ortaya çıxmasını, xüsusilə ekoloji cəhətdən həssas sektorlarda bəzi mövcud vəzifələrin qaçılmaz şəkildə itirilməsini və sənayelər üzrə bacarıq tələblərinin ümumi dəyişməsini proqnozlaşdırır. Bu problemləri həll etməkdən ötrü işçi qüvvəsini inkişaf edən əmək bazarının tələb etdiyi bacarıqlarla təchiz etmək üçün təhsil və təlim proqramlarına yenidən baxılma təklif olunur".
Bundan əlavə, yerli strategiyanın əhəmiyyəti, xüsusilə kiçik və orta sahibkarlıq üçün "yaşıl iqtisadiyyat"a keçid üçün daha geniş milli siyasəti tamamlayan yerli iqtisadi inkişaf təşəbbüslərinə və biznesə dəstək proqramlarına ehtiyac olduğu gündəmə gəlir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!