21 Avqust 2025 08:15
384
SİYASƏT
A- A+
Azərbaycanın bütün şərtləri qəbul olunur

Azərbaycanın bütün şərtləri qəbul olunur


ATƏT-in Minsk qrupu əhəmiyyətsiz təsisat kimi tarixin arxivində qalacaq


1992-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu (o vaxt ATƏM-in Minsk qrupu) 28 il ərzində məsələnin həlli istiqamətində heç bir irəliləyişə nail olmadı. Azərbaycan müddətsiz uzadılan bu danışıqları sonlandırdı, 44 gündə torpaqlarını düşmən işğalından azad etdi. 

Münaqişənin sülh yolundan başqa həlli yoxdur deyilsə də, Azərbaycan Ordusu hərbi yolla torpaqlarımızı işğalçılardan təmizləyərək Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Laçın, Kəlbəcər və Ağdam isə bir güllə atılmadan, siyasi yolla geri qaytarıldı. Daha sonra antiterror tədbirləri ilə torpaqlarımızda separatizmin kökü kəsildi və bununla Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 

Bununla da məqsədi münaqişəni danışıqlar yolu ilə həll etmək olan qurumun görəcəyi bir iş qalmadı. Çünki Prezident İlham Əliyev uzaqgörənliyi, məharətli diplomatik bacarığı, müzəffər sərkərdəliyi ilə Qarabağ münaqişəsini həll etdi. 

Öz iradəsi və gücü hesabına beynəlxalq hüquq norma və prinsiplərinə, BMT Nizamnaməsinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan üçün artıq münaqişə geridə qalaraq, yeni dövr - bərpa-quruculuq mərhələsi başladı. 30 il ərzində fəaliyyətsizliyi ilə seçilən Minsk qrupunun ləğvi məsələsi də gündəmə gəldi. 

Prezident İlham Əliyev müxtəlif platformalarda bütün müsahibə və çıxışlarında ATƏT-in Minsk qrupunun ləğvinin vaxtı çatdığını vurğulayırdı. Dövlət başçısı ötən ilin may ayında ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı olduğunu qeyd etdi. Ölkə rəhbəri bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in bu təsisatının yaranmasından gündəlikdə olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi isə Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir.

Azərbaycanın bu təkliflərindən sonra isə Minsk qrupunun həmsədr ölkələri müxtəlif yollarla fəaliyyətlərinə ehtiyac olduğuna, qurumun yenidən canlanmasına çalışsalar da, bu "səy"ləri nəticə vermədi. Çünki hər zaman olduğu kimi Prezident İlham Əliyev öz mövqeyindən bir addım da geri çəkilmədi. Azərbaycanla Ermənistan arasında yarımçıq sülh sazişinin imzalanması üçün tələsənlər də oldu. Ölkəmizi hər vəchlə Ermənistan konstitusiyası dəyişilmədən və ATƏT-in Minsk qrupuna birgə müraciət olmadan müqaviləni imzalamağa təhrik etməyə çalışdılar. Amma dövlətimizin başçısının güclü iradəsi, düşünülmüş və dəqiq siyasi gedişləri buna imkan vermədi. 

ATƏT-in Minsk qrupunun ləğvi üçün Ermənistanla birgə müraciət sülh üçün əsas şərtlərimizdən biri idi. Sülh gündəliyinin müəllifi olan Azərbaycan Vətən müharibəsindən sonra beynəlxalq hüquq norma və prinsipləri əsasında sülh mətnini hazırlayaraq Ermənistana təqdim etdi. Sənədin müxtəlif maddələri üzrə razılığa gəlinsə də, bəzi məsələlər açıq qalırdı. Bunlardan iki əsas şərt isə Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun ləğvi idi. 

Müharibədə qalib gələn Azərbaycan bu gün sülhdə də qazanıb. Cənubi Qafqaza sülh gətirən, yeni siyasi reallıqları yaradan isə müdrik və uzaqgörən lider Prezident 

İlham Əliyevdir. Azərbaycanın milli maraqlarına uyğun qətiyyətli mövqeyini tam ortaya qoyan dövlət başçısı irəli sürdüyü bütün şərtlərini qəbul etdirdi. Bu baxımdan ABŞ-də keçirilən  8 avqust tarixli  Vaşinqton sülh sammiti tarixi əhəmiyyət kəsb edir. Bu üçtərəfli görüş Cənubi Qafqaza sülh gətirməklə, regionda yeni səhifə açdı. Ağ Evdə Azərbaycan və Ermənistan arasında 17 maddədən ibarət "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması yekun sülh mətninin təsdiqi idi. Beləliklə, Vaşinqton görüşünün nəticələrinə dair ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən  imzalanan Birgə Bəyannamə də ölkəmizin irəli sürdüyü sülh gündəliyini təsdiq etdi.

Görüşdə əlamətdar hadisələrdən biri də Prezident İlham Əliyev və Ağ Ev rəhbəri Donald Trampın iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanan birgə müraciəti imzalamasıdır. 

Birgə müraciətdən bir gün sonra ATƏT Azərbaycan-Ermənistan razılaşmasından məmnunluğunu ifadə edərək, Vaşinqtonda imzalanan sənədləri müsbət qarşıladığını və ABŞ-nin bu məsələdəki rolunu təqdirəlayiq hesab etdi. Təşkilat, həmçinin  avqusun 8-də əldə olunan razılaşmaların icrasına dəstək verməyə hazır olduğunu bəyan etdi. 

ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətdən sonra ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi iştirakçı dövlətlər arasında yayıldı. Onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırıldılar.

Finlandiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri kimi, Azərbaycan və Ermənistanın Minsk prosesi və əlaqəli strukturların ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək. Beləliklə, uzun illər münaqişənin dondurulmasına xidmət edən, Azərbaycan və Ermənistan arasında danışıqlarda heç bir nəticəyə nail ola bilməyən, lüzumsuz bir qurumun ləğvi artıq reallaşır. Azərbaycanın səyləri hesabına keçmişin qalıqlarının bir-bir sıradan çıxması isə ölkəmizin qüdrətinin, gücünün, sarsılmaz iradəsinin bariz nümunəsidir.  


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!