24 İyun 2025 08:00
699
İQTİSADİYYAT
A- A+
Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən uğurları

Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən uğurları


Bunlar Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik siyasəti ilə bağlıdır


Azərbaycan uğurla inkişaf edir və bunun təməlində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və dünya üçün tam yeni, ən müasir elmə əsaslanan dövlət idarəçilik siyasəti, onu təmin edən innovativ siyasi texnologiyalar və səmərəli fəaliyyət göstərən dövlət qulluğu sistemi durur. Ölkənin müstəqilliyinin bərpasından tarixi baxımdan çox az vaxt keçməsinə baxmayaraq, Azərbaycan siyasi, iqtisadi, sosial və humanitar sahələrin inkişafında, diplomatik fəaliyyətdə yüksək nəticələr əldə etmiş, bir çox istiqamətlərdə isə dünya liderləri sıralarına yüksəlmişdir. 

Bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun dərin düşünülmüş, ardıcıl və fədakar fəaliyyəti nəticəsində müasir müstəqil Azərbaycan qurulmuş, dövlət qulluğu strukturu formalaşmış, dövlət qulluqçularının təhsili və yenidən hazırlanması sistemlərinin səmərəli fəaliyyəti təşkil edilmişdir. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla təkmilləşdirilməsi nəticəsində ölkənin inkişafı tam yeni səviyyəyə yüksəlmişdir. Ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi və bununla BMT və digər beynəlxalq təşkilatların çoxsaylı qətnamə və qərarlarının Azərbaycanın gücü və imkanları ilə həyata keçirilməsi bu prosesin diplomatik və informasiya balansının təmin olunduğu şəraitdə reallaşdırılması idarəetmə siyasətinin zirvəsi hesab edilə bilər. Hazırda böyük qayıdış proqramı çərçivəsində işğaldan azad olmuş ərazilərin iqtisadi, sosial, demoqrafik, ekoloji reabilitasiyası böyük sürət və ən müasir texnoloji səviyyədə həyata keçirilir. Bu istiqamətdə də ölkədə aparılan fəaliyyətin dünyada analoqu yoxdur və olmayıb.

Azərbaycanın uğurlu inkişafı beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Məlumdur ki, ölkələrin inkişaf imkanları fərqlidir və bir çox amillər ilə müəyyən edilir. İdman ilə analogiya aparılsa, qeyd etmək olar ki, hər ölkənin öz "çəki kateqoriyası" mövcuddur. "Çəki kateqoriyası"nı müəyyən edən amillərə ölkənin iqtisadi imkanları, ərazisinin ölçüsü, demoqrafiyası, əhalinin sıxlığı və ona oxşar göstəricilər kompleksi aiddir. Şübhəsiz ki, bütün bu göstəricilər ölkənin inkişafı üçün önəmlidir və imkan kimi dəyərləndirilə bilər. Bəzi hallarda bir sahədə imkanların böyük üstünlüyü, məsələn, çox yüksək iqtisadi imkanlar, digər coğrafi və demoqrafik amillərin əhəmiyyətini azalda bilər. Lakin, bir qayda olaraq, bu imkanlar kompleksi çox əhəmiyyətlidir və inkişaf göstəricilərinə böyük təsir göstərə bilirlər. Onların mövcudluğu və zənginliyi beynəlxalq səviyyədə bir qayda olaraq "yüksək", "orta" və "kiçik" kimi dəyərləndirilir. Azərbaycan Respublikasının bu sahədə mövcud imkanları və belə şəraitdə qazanılan nəticələr haqqında məlumatlar cədvəl 1-də təqdim olunub. Cədvəldə təqdim olunmuş bütün məlumatların əsasında BMT, Dünya Bankı, Dünya İqtisadi Forumu və digər beynəlxalq təşkilatların son hesabatları durur. 

Cədvəl 1. Azərbaycan Respublikasının imkan və nailiyyətlər reytinqləri


Cədvəl 1-dən göründüyü kimi, ölkəmizin iqtisadi imkanları, ərazisinin ölçüsü, əhalinin sayı və sıxlığı dünya ölkələri ilə müqayisədə orta kimi dəyərləndirilə bilər. Buna baxmayaraq, bütün təhlil edilən və digər göstəricilərə görə ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında yüksək kimi qeydə alınır. Bu, ilk növbədə, ölkələrin inkişaf səviyyəsini 12 iqtisadi, sosial, ekoloji, demoqrafik və siyasi indikatorlar əsasında hesablanan inklüziv inkişaf indeksinə aiddir ki, ölkəmiz də bu sahə üzrə dünyada 25-ci yerdədir. Qlobal iqlim dəyişmələrinin qarşısının alınması üçün əhəmiyyətli olan bərpaolunan energetikaya keçidin vəziyyətini əks etdirən enerji transformasiya indeksinə görə isə ölkəmiz 32-cidir. Bu da beynəlxalq təşkilatlar tərəfindən çox yüksək dəyərləndirilir. Bu, eyni zamanda Azərbaycanda sosial sahədə çox yüksək nəticələrin əldə edilməsi və təhlükəsizlik sisteminin formalaşmasına da aiddir.

Dünya dövlətləri ilə müqayisədə ölkəmiz iqtisadi, sosial, demoqrafik və davamlı inkişaf üçün  önəmli olan digər imkanlarla təmin olunması üzrə orta səviyyədə olsa da, iqtisadi, sosial, təhlükəsizlik və humanitar inkişaf sahələrində yüksək nailiyyətlər əldə edir və bunun üçün imkanları daha çox olan ölkələri üstələyir. Yenə də idman analogiyası tətbiq edilsə, aydındır ki, "çəki"si nisbətən az olan idmançı daha yüksək "çəkili" ilə rəqabət aparmaq və onu üstələmək üçün xüsusi və fərqli fənlər sahəsində daha dərin bilik və bacarıqlara malik olmalıdır. Ölkələrin rəqabətinə gəldikdə isə, bu fənlərin analoqu dövlət rəhbərinin şəxsiyyəti, onun dövlət siyasəti və idarəçilik texnologiyalarına yeniliklər gətirmək istedadı, effektiv fəaliyyət göstərən dövlət qulluğu sistemini qurmaq qabiliyyətidir.       

İdarəçiliyin səmərəliliyi çox sadə bir tənlik əsasında hesablanır (Şəkil 1). 



 

Şəkil 1. İdarəetmə səmərəliliyinin ölçmə tənliyi

Şəkil 1-də təqdim edilmiş tənliyin təhlilindən aydın olur ki, nisbətən məhdud, orta imkanlar şəraitində Azərbaycan siyasət və  iqtisadiyyatda, sosial və humanitar sahələrdə yalnız yüksək nəticələr qazanır və bu, beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Deməli, bu prosesdə idarə edən şəxsin kim olması olduqca önəmlidir. Azərbaycanda qazanılan uğurların əsasında Prezident İlham Əliyevin unikal fərdi istedadı, yüksək intellekti və müasir elmə əsaslanan dünya üçün tam yeni dövlət idarəçilik siyasəti durur. Bu tələblərə cavab verən dövlət qulluğunun təşkili siyasəti, elmə ayrılan diqqət və dövlət qulluqçularının bu elmə yiyələnərək, fasiləsiz təhsillidən keçir. 

Şəkil 2-də ölkəmizdə son onilliklərdə dövlət idarəçiliyində tətbiq edilən və uzunmüddətli davamlı inklüziv inkişaf siyasətinə xidmət edən yeni texnologiyalar kompleksi təqdim edilmişdir. 





Şəkil 2. Dünya üçün yeni dövlət idarəçiliyi texnologiyalar kompleksi: Azərbaycan Respublikasının təcrübəsi (2003-2025)

Qeyd edilməlidir ki, məqsədlərdən, ölkədə həyata keçirilən iqtisadi, sosial, humanitar və ya ekoloji layihənin xüsusiyyətlərindən  asılı olaraq, praktikada bu texnologiyaların hansınınsa istifadəsinə daha çox üstünlük verilə bilər. Lakin bir qayda olaraq, bir neçə texnologiyalar eyni zamanda istifadə olunur ki, o da nəticənin yüksək, resursların isə optimal idarəetməsini təmin edir. Belə yanaşma iqtisadi, sosial, humanitar və ekoloji problemlərin həllini eyni zamanda həyata keçirmək imkanı yaradır və bu səbəbdən dünya prioritetləri olan davamlı inkişaf məqsədlərinə və inklüziv cəmiyyətin formalaşması, müvafiq dövlət qulluğu sisteminin fəaliyyət göstərməsinə xidmət edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ strateji inkişaf siyasətinin əsasında çoxməqsədli və uzunmüddətli proqnozların qurulması və planların işlənilməsi durur ki, bunlar da rezonans texnologiyanın vacib elementidir. Azərbaycan Respublikasında son onilliklərdə elmə əsaslanan proqnoz və planların əsasında Prezident İlham Əliyevin uzaq perspektivləri görmək istedadı, müxtəlif sahələrdə universal bilikləri, strateji qərar qəbul edilməsi qabiliyyəti, fəaliyyətə keçmək üçün zamanı düzgün seçməkdir.  Onun 9 oktyabr 2020-ci ildə dediyi: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözləri bir çox fərqli sahələrdə qazanılmış parlaq uğurların açarıdır.

Azərbaycan ərazi və əhalinin sayına, iqtisadi potensialına görə orta imkanlara malik olduğu halda, inkişafda yüksək nəticələr əldə edir. Bu isə dövlət idarəçiliyinin və dövlət qulluğunda kadr hazırlığının optimal təşkil olunduğundan  da xəbər verir. Ölkənin son onilliklər dövlət idarəçiliyində qazanılan uğurların əsasında rezonans texnologiyalar ilə yanaşı, sinergetik və komplementar texnologiyaların kompleks  tətbiq edilməsi dayanır. Onların ölkəmizin inkişaf strategiyasında rolu şəkil 3-də təqdim olunub. 




Şəkil 3. Prezident İlham Əliyevin innovativ  dövlət idarəçilik siyasəti: çoxməqsədli və uzunmüddətli strateji plalaşmada sinergetik, rezonans və komplementar texnologiyalar

Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi sahəsində qazandığı uğurların bir səbəbi də ondadır ki, inkişafın davamlı olması və inklüziv cəmiyyətin formalaşması istiqamətində fəaliyyətlərin planlaşdırılması çoxməqsədli və uzunmüddətlidir. Bunu Azərbaycanın energetika sahəsində "yaşıl transformasiya" və COP29-un keçirilməsi üçün zəmin yaradılması  misalında göstərmək olar (Şəkil 4).

Şəkil 4-dən göründüyü kimi, Azərbaycan Respublikasında "yaşıl enerji"yə transformasiya 2004-cü ildə başlamışdı. Həmin ilin sentyabr  ayının 21-də  Prezident İlham Əliyev xüsusi sərəncam (¹ 462) ilə Azərbaycan Respublikasının bərpaolunan enerji üzrə milli proqramını təsdiq etdi. Bu yerdə Azərbaycanın 2004-cü ildə hansı vəziyyətdə olmasını xatırlamaq  lazımdır. O zaman ölkə ərazisinin 20 faizi işğal altında idi və 2020-ci ildə ərazi bütövlüyünün, 2023-cü ildə bütün ərazidə suverenliyin bərpası istiqamətində tədbirlər görülür, bunun üçün iqtisadi baza və hərbi quruculuq, ideoloji hazırlıq həyata keçirilirdi. Ölkə əhalisinin 13 faizi qaçqın və köçkün idi və onların çoxsaylı məişət və sosial problemlərinin həlli üçün gərgin fəaliyyət göstərilirdi. Bütün bu məqsədlərə nail olmaq üçün diplomatiya və media sahələrində zəruri işlər aparılırdı. Ölkə enerji ilə tam təmin olunmuşdu, hətta neft və qaz ixrac edirdi. Belə bir şəraitdə Prezidentliyin birinci ilində İlham Əliyevin bərpaolunan enerjinin inkişafı barəsində qəbul etdiyi qərar perspektivli istiqamətlər haqqında dərin biliklərin malik olmasından xəbər verirdi. 




Şəkil 4. Azərbaycan Respublikasının dövlət idarəçiliyində rezonans və komplementar texnologiyaların nümunəsi: 2004-cü ildən başlayan 20 illik yol - Azərbaycan Respublikası "yaşıl enerji"yə keçidə görə 2024-cü ildə dünyada 32-ci yerdədir, COP29 Bakıdadır.

Bərpaolunan enerjiyə keçid ölkəmizdə sonrakı illərdə də prioritetlər sırasında olmuşdu. Prezident İlham Əliyevin fərmanı ilə (¹ 123, 10 noyabr 2009-cu il) ölkədə bu problemlə məşğul olan xüsusi qurum yaradıldı. Ümumiyyətlə, yenilənən enerjiyə keçidin sürətləndirilməsi məqsədilə 2009-2023-cü illərdə ölkədə 14 fərman və sərəncam imzalanmışdır. Prezident İlham Əliyev 9 yanvar 2014-cü ildə Nazirlər Kabinetinin iclasında bir daha qeyd etmişdir: "Günəş, külək enerji növlərinin inkişafı ilə bağlı işlər daha da sürətlə getməlidir. Bu imkanlardan istifadə etməmək, əlbəttə ki, böyük səhv olardı". Bu sözlər deyilən zaman BMT-nin COP29 iqlim konfransının Bakıda keçirilməsinə hələ 10 il qalmışdı. 

Dövlət idarəçiliyində müasir elmə əsaslanan, inkişafın davamlı və inklüziv olmasını təmin edən uğurlu siyasi qərarlar və onların əsasında tətbiq edildiyi innovativ texnologiyalar kompleksi qısa zamanda enerji transformasiyasında öz səmərəsini göstərdi. 2023-cü ilin sonunda Cenevrədə Dünya İqtisadi Forumu ölkələrin bərpaolunan energetikaya keçidinin vəziyyəti haqqında hesabat dərc etdi. Bu sahədə göstəricilər 120 ölkədə təhlil edilmişdi və həmin ölkələr arasında Azərbaycan da var idi. Ölkəmiz dünyada 32-ci yerdə qərarlaşıb və bir sıra iqtisadi baxımdan daha yüksək imkanlara malik olan ölkələri geridə qoyub (Şəkil 5).





Şəkil 5. Enerji Transformasiya İndeksi (ETİ): Azərbaycan və bəzi "böyük yeddilik" (G7) və Avropa İttifaqı (EU) ölkələri (Mənbə: Dünya İqtisadi Forum, 2023)

Dünya Bankının 2024-cü ildə dərc etdiyi hesabata əsasən, şəkil 5-də təqdim olunmuş bütün ölkələrin iqtisadi imkanları Azərbaycan Respublikasının iqtisadi imkanından ən azı 1,5 - 2 dəfə çoxdur. Buna baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi müasir dövlət idarəçilik siyasəti və təşkil etdiyi effektiv dövlət qulluğu sistemi ölkəmizin bu sahədə uğurlarını təmin edir. 

Ölkədə Birinci vitse-prezident institutunun yaradılması, bu vəzifədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyədə parlaq fəaliyyəti xüsusən iqtisadi nailiyyətləri sosial və humanitar uğurlara səmərəli transformasiya etməsi və bu yolla inklüziv cəmiyyətin formalaşmasına əvəzsiz töhfələr verməsidir. Azərbaycanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti ilə fəaliyyət göstərən İnklüziv İnkişaf mərkəzləri, dünyada inklüziv inkişafa həsr olunmuş ilk dərsliyin Azərbaycanda dərc edilməsi də uğurlu sosial siyasətin vacib göstəricisidir. 

 Bəşəriyyət təkamülünün yeni mərhələsi olan ekoloji sivilizasiyaya keçid sahəsində də ölkəmiz dünya lideridir. Hazırda ölkəmizdə bu istiqamətdə ən uğurlu fəaliyyət IDEA ictimai birliyinin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən həyata keçirilir.

Azərbaycan "yaşıl enerji"yə keçidi ən səmərəli idarə edən ölkələr sırasındadır (Şəkil 6). Beynəlxalq təşkilatların standartlarına görə, fəaliyyətin səmərəliliyi eyni miqdarda maliyyə vəsaitinin istifadəsi nəticəsində yaradılan məhsulun və ya təqdim olunmuş xidmətlərin dəyəri ilə ölçülür. Beynəlxalq səviyyədə müqayisələr aparmaq üçün maliyyə vəsaiti kimi çox hallarda 1000 ABŞ dolları (AQP, alıcılıq qabiliyyəti prioriteti nəzərə almaqla) götürülür. Səkil 6-da enerji transformasiya sahəsində nailiyyətlərinə görə dünyanın ilk 6 ölkəsi və Azərbaycan Respublikasında ÜDM-in hər 1000 ABŞ dollarına (alıcılıq qabiliyyəti pariteti ilə) qazanılmış ETİ (enerji transformasiya indeksi) dəyəri göstərilmişdir. Təqdim olunmuş məlumatlardan aydın olur ki, Azərbaycanda bu rəqəm müqayisə edilən ölkələrdən 2-4 dəfə çoxdur. Eyni maddi vəsait hesabına daha yüksək nəticənin əldə edilməsinin əsasında Prezident İlham Əliyevin ölkədə tətbiq etdiyi müasir dövlət idarəçilik siyasəti və formalaşdırılmış səmərəli fəaliyyət göstərən dövlət qulluğu sistemi durur. 



 

Şəkil 6. Enerji keçidi prosesinin iqtisadi səmərəliliyi: ÜDM-in hər vahidinə (1000 ABŞ dolları, AQP) qazanılmış ETİ (enerji transformasiya indeksi): Azərbaycan Respublikası və bu sahədə dünya lideridir (Mənbə: Dünya İqtisadi Forumu, 2023, Dünya Bankı, 2024).

Azərbaycanda dövlət idarəçiliyi sistemində dünya üzrə ilk dəfə tətbiq edilən sinergetik və komplementar texnologiyaların kompleksi öz səmərəliliyini sosial sahənin inkişafı və inklüziv cəmiyyətin qurulmasında da göstərir (Şəkil 7). 

İnklüziv inkişaf indeksi dünya ölkələrinin inkişaf səviyyəsinin ölçülməsi üçün istifadə olunan ən müasir və universal göstəricilərdən biridir. 2018-ci ildə ilk dəfə tətbiq edilmiş bu indeksin mühüm əhəmiyyəti ondan ibarətdir ki, o, 12 müxtəlif iqtisadi, sosial, humanitar, ekoloji və demoqrafik göstərici əsasında hesablanır. İnklüziv inkişaf indeksini digər göstəricilərdən fərqləndirən əsas cəhət onun yalnız iqtisadi artımı deyil, sosial ədalət və əhalinin rifah səviyyəsini də əks etdirməsidir. 




Şəkil 7. Azərbaycan Respublikası və dünya ölkələrinin inklüziv inkişaf indeksləri və dünyada tutduğu yerlər (Mənbə: Dünya İqtisadi Forum, Dünya Bankı, 2024).

Azərbaycanın dünyada bu indeks üzrə 25-ci yerdə qərarlaşması ölkədə həyata keçirilən və ən müasir elmə əsaslanan innovativ dövlət idarəçilik siyasətinin uğurlu tətbiqinin nəticəsidir.

Təqdim olunan nümunələr sübut edir ki, düzgün düşünülmüş davamlı inkişaf strategiyası və onun reallaşdırılması üçün səfərbər olunan müasir idarəetmə siyasəti inklüziv cəmiyyətin formalaşdırılması və ekoloji sivilizasiyaya keçidin təmin olunması üçün ən optimal yanaşmadır. Bu sahədə davamlı uğurların vacib şərtləri isə dövlət idarəçiliyi sahəsində elmi araşdırmaların genişləndirilməsi, dövlət qulluqçularının bu istiqamətdə fasiləsiz təhsilinin və peşəkar hazırlığının daim təkmilləşdirilməsidir.



Urxan ƏLƏKBƏROV,

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər  

20:17
18 İyul

Naxçıvan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüş olub  

20:15
18 İyul

ƏƏSMN-də kollegiya iclası keçirilib  

20:14
18 İyul

Türkiyə və Rusiya prezidentləri bölgədəki son vəziyyəti müzakirə ediblər

20:12
18 İyul

Bakıda ASOSAI və ARABOSAI-nin birgə toplantısı keçirilib - YENİLƏNİB

20:11
18 İyul

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib  

19:09
18 İyul

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub 

19:07
18 İyul

Agentlik: İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir  

19:01
18 İyul

Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupunun fəaliyyətinə start verilib  

19:00
18 İyul

Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib  

18:52
18 İyul

İsti hava şəraiti davam edəcək

18:51
18 İyul

Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib  

18:16
18 İyul

Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin 5-ci ilinin nəticəsi olaraq kadrların ehtiyat bankı yaradılıb  

17:43
18 İyul

Hulusi Kılıç: Prezident İlham Əliyevin siyasəti Azərbaycanı tanınmış və nüfuzlu tərəfdaşa çevirib  

17:21
18 İyul

“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlanıb  

17:06
18 İyul

Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb YENİLƏNİB

16:53
18 İyul

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub  

16:31
18 İyul

Azərbaycan XİN: Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir  

16:30
18 İyul

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

16:27
18 İyul

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümündə III dövrənin püşkü atılıb  

16:26
18 İyul

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib  

16:25
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!