14 Yanvar 2025 08:20
199
SİYASƏT
A- A+
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində tranzit potensialı güclənir

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində tranzit potensialı güclənir


Azərbaycan bir çox beynəlxalq dəhlizin keçdiyi nəqliyyat habına çevrilməkdədir. Son illərdə ölkə ərazisindən keçən tranzit daşımaların həcmi artmaqdadır. Yerləşdiyi coğrafi şərait, eyni zamanda aparılan düşünülmüş və uğurlu siyasət nəticəsində Azərbaycan bir çox transmilli layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısı olub. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsinə şərait yaratmaqla, ölkəmizi regionun əsas nəqliyyat-logistika mərkəzinə çevirib. Bu istiqamətdə bir çox meqalayihə həyata keçirən ölkəmizdə  "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı" təsdiq olunub. Bu plandan irəli gələn işlərin monitorinqinin aparılması aparıcı beyin mərkəzi olmaqla yanaşı, monitorinq və qiymətləndirmə institutu kimi fəaliyyət göstərən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) həvalə edilib. 

Mərkəz tərəfindən bu ildən aparılacaq monitorinqlə bağlı suallarımıza İİTKM-in Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov aydınlıq gətirib.


Fəaliyyət Planında ötən il üçün hədəflənmiş işlər icra olunub


İİTKM-in nəinki ölkəmizdə, eləcə də regionda, Türk Dövlətləri Təşkilatında, qlobal beyin mərkəzləri içərisində nüfuzlu institut kimi qəbul edildiyini deyən Aqil Əsədov bildirib ki, İİTKM dövlət başçısının tapşırıqları əsasında, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı", "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da daxil olmaqla, ümumilikdə 11 dövlət proqramının monitorinq və qiymətləndirilməsini həyata keçirir, lazımi hesabatlar, təhlillər apararaq müvafiq qaydada təqdim edir. "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Prezidentin 2023-cü il 23 noyabr tarixli sərəncamının 3-cü bəndinə əsasən, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Həmsöhbətimiz Fəaliyyət Planının olduqca əhatəli hazırlandığını, ümumilikdə, Azərbaycanın tranzit potensialından tam istifadənin reallaşdırılmasına kömək edən 3 prioritet üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün 24 tədbiri özündə birləşdirdiyini vurğulayıb: "Fəaliyyət Planının həyata keçirilməsi üzrə "Tədbirlər Planı" bölməsində "Fiziki infrastrukturun təkmilləşdirilməsi" adlı birinci prioritet çərçivəsində 18 tədbir, "Koordinasiya işinin gücləndirilməsi və Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təbliği və təşviqi" adlı ikinci prioritetdə 2 tədbir, "Normativ hüquqi bazanın təkmilləşdirilməsi" adlı üçüncü prioritetdə isə 4 tədbir müəyyən edilib. Artıq, demək olar ki, Fəaliyyət Planının icrası bir il üçün tamamlanıb. Prezidentin 2021-ci il 6 mart tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası"na uyğun olaraq, İİTKM tərəfindən Fəaliyyət Planı üzrə monitorinq və qiymətləndirmə aparılır, 6 aylıq və illik hesabatlar hazırlanaraq sifarişçiyə - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunur. İlk hesabat artıq təqdim olunub. Ümumilikdə nəticələr qənaətbəxş hesab olunur. 2024-cü ilin birinci yarısı üzrə aparılan monitorinq nəticələrinə əsasən, Fəaliyyət Planında 2024-cü il üçün hədəflənmiş fəaliyyətlər icra olunub. Prioritetlərə gəldikdə isə hər üç prioritet üzrə ilk altı ay üçün qarşıya qoyulmuş nəticəyə nail olunub. Bütün bunlar ötən ilin birinci yarısı üçün normal nəticələrdir. Əsas odur ki, icra edilməyən indikator yoxdur, icrasına yeni başlanılan indikatorlar var, bir çoxları 100 faiz, bəziləri 50 faiz icra edilib. Fiziki infrastrukturun inkişafı məqsədilə ərazilər müəyyənləşdirilib, torpaq sahələri ayrılıb və davamlı işlər aparılır".  

Aqil Əsədov qeyd edib ki, hər hansı proqramın monitorinq və qiymətləndirilməsi aparılarkən mərkəz tərəfindən icraçı qurumlarla birgə əməkdaşlıq əsasında müvafiq  metodoloji baza işlənib hazırlanır, eləcə də dövlət proqramında müəyyən edilmiş hədəflərə çatmaq üçün yerinə yetirilməli işlər sıralanır, planlaşdırılır. Dəqiq olaraq tranzit daşımalar ilə bağlı Fəaliyyət Planında da indikatorlar verilib. Məsələn, "Qırmızı Körpü", "Şirvanlı", "Samur" dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsinə başlanılması və ya mövcud infrastrukturun yenilənməsi və yeni gömrük terminallarının inşasına dair layihələrin icrası və s.  


Tranzit potensialının artırılmasına dair 2024-cü ildə görülən işlər


Aqil Əsədov 2024-cü ildə Fəaliyyət Planı çərçivəsində görülən işlərdən də danışıb: ""Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi ilə əlaqədar əlavə torpaq sahəsinin ayrılması məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. "Qırmızı Körpü", "Şirvanlı", "Samur" dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsinə başlanılıb. "Astara", "Biləsuvar" və "Mazımqara" dövlət sərhədindən buraxılış məntəqələri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb və müvafiq rəy alınması üçün ekspertizaya təqdim olunub. "Samur" ixrac terminalının tikintisi üçün torpaq sahəsi alınıb, təyinatın dəyişdirilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət ünvanlanıb. "Qırmızı Körpü" idxal terminalının inşası üçün aidiyyəti qurumlara müraciət edilib. Böyük Kəsik və "Astara" dəmiryol dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi ilə bağlı zəruri işlərlə bağlı müvafiq təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib".

Mərkəz rəsmisi bildirib ki, Dövlət Gömrük Komitəsi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə İşçi Qrupu yaradılıb və bu İşçi Qrupun fəaliyyətləri çərçivəsində tədbirlərin icrası davam etdirilir. "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin (BHBTDL) liman ərazisində 60 vaqonun saxlanılması üçün 3 yeni dəmir yolunun tikintisi isə tamamlanmaq üzrədir. Bundan başqa, Hövsan limanının dalan dəmir yolundan istifadə üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilə imzalanıb, Bakı-Böyük Kəsik dəmiryol xəttinin rabitə-işarəvermə hissəsinin layihələndirmə işləri hesabat dövründə tam yekunlaşıb.

Müsüslü-Kürdəmir mənzilində 2475 m kabel xəndək, Ucar-Müsüslü mənzilində 2237 m xəndək qazılıb, 200 m siqnal kabeli, 650 m optik kabel çəkilməsi təmin edilib, Kürdəmir stansiyasında 414 m xəndək qazılıb, 540 m kabel borusu quraşdırılıb. Ümumilikdə 9 sayda olmaqla, 4 ədəd TE10M markalı magistral teplovoz, 3 ədəd TEM2 markalı manevr teplovozu, 2 ədəd VL-11M markalı magistral elektrovoz təmir edilərək ölkəyə gətirilib. Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə "Bakı KOB evi"ndə gömrük fəaliyyəti təşkil olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmir yolu xəttinin və konteyner terminalının tikintisinə başlanılıb, həmçinin Dübəndi Neft Terminalının maneəsiz giriş-çıxışı üçün imkan yaradılması və Ələt qəsəbəsində yerləşən BBDTL-in giriş kanalına gəmilərin ikitərəfli təhlükəsiz giriş-çıxışının təmin edilməsi məqsədilə dibdərinləşdirmə işləri aparılıb.  

Ölkəmizin tranzit imkanlarının tanıdılması və təşviqi istiqamətində görülən işlərdən danışan Aqil Əsədov qeyd edib ki, Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdir ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkili mümkündür və həyata keçirilir. Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri və marşrutları - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, "Şimal-Cənub", "Şimal-Qərb", "Şərq-Qərb" dəhlizləri üzrə artan tranzit imkanı, yeni yüklərin cəlbi və Orta dəhlizin vacib seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernizasiya işlərindən sonra təkrar yükdaşımalara açılması, eləcə də "Şimal-Cənub" dəhlizinin inkişafı ilə bağlı Astara terminalının rekonstruksiya olunması üzrə fəaliyyətləri buna nümunə göstərmək olar. Sadaladığım məlumatlar yerli media ilə yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Niderland Krallığı və digər ölkələrin tanınmış xəbər saytlarında da geniş yayımlanıb, eləcə də ölkə üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşıma potensialının inkişafına dair məqalələr dərc olunub. Respublikamızda nəqliyyat sahəsində görülmüş işlərin və əldə edilmiş nailiyyətlərin, beynəlxalq nəqliyyat dəhlizləri üzrə əsaslandırıcı məlumatların əks olunduğu broşürlər və maarifləndirici materiallar hazırlanıb, müxtəlif dillərdə dərc olunub, eləcə də beynəlxalq əhəmiyyətli tədbirlərdə və görüşlərdə tranzit imkanlarının təbliğində istifadə edilir". 


Xarici ölkələrdə tranzit yüklərə tətbiq edilən daşıma tarifləri araşdırılıb


Həmsöhbətimiz vurğulayıb ki, Fəaliyyət Planında "Normativ-hüquqi bazanın təkmilləşdirilməsi" prioriteti üzrə 2024-cü ilin birinci yarısında nəzərdə tutulan işlər 100 faiz icra edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası" yaradılıb. Şura tranzit potensialından tam və səmərəli istifadə, beynəlxalq nəqliyyat dəhlizlərində yük cəlbediciliyinin artırılması, dəhlizlər boyunca sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi və digər istiqamətlərdə araşdırmalar aparır, qərarlar qəbul edir. O cümlədən Fəaliyyət Planının icrası çərçivəsində də aparılan təhlil və araşdırmaların nəticələri, əlaqədar dövlət qurumlarından daxil olan rəy və təkliflər əsasında bir qanun, bir fərman və Nazirlər Kabinetinin bir qərar layihəsi hazırlanıb, razılaşdırılması üçün aidiyyəti üzrə təqdim olunub. Paralel olaraq, xarici ölkələrdə tranzit yüklərə münasibətdə tətbiq edilən daşıma tarifləri araşdırılıb, xüsusilə, dəmir yolu yükdaşımaları tariflərinin müasir sisteminin qurulmasının əsas prinsipləri təhlil edilib. Eyni zamanda hesabat dövründə Avropa İttifaqı ölkələrinin, Rusiya və Türkiyənin tranzit yükdaşımaları və nəqliyyatla bağlı nəqliyyat-yol sənədlərinin tətbiqi sahəsində müvafiq təcrübələri araşdırılıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

19:49
14 Yanvar

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib  

19:47
14 Yanvar

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb  

19:45
14 Yanvar

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

19:44
14 Yanvar

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib

18:56
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!