07 May 2024 22:43
255
SİYASƏT
A- A+

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib  

 

Keçən il fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələnin nəticələri Türkiyə xalqı ilə yanaşı, Azərbaycan xalqını da dərindən kədərləndirib. Prezident İlham Əliyevin dərhal verdiyi reaksiyaya əsasən qərara alınmışdır ki, Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa olunsun.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 7-də jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən mən işlərin gedişi ilə tanış olmaq üçün bu gün Kahramanmaraşa gəlmişəm. İşlər normal gedir, qrafikə uyğun olaraq icra olunur.

Baş nazir Azərbaycan məhəlləsindəki 20 sinif otağından ibarət 300 şagird yerlik Heydər Əliyev Məktəbinin tikintisi ilə də maraqlandı.

Qeyd olunub ki, Kahramanmaraşda Azərbaycan məhəlləsində məktəb Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyacaq.

Həm Azərbaycan məhəlləsi, həm də Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan məktəbin inşası ən yüksək keyfiyyətlə icra olunmalıdır və olunur.

Əli Əsədov inşaatçılarla da söhbət etdi. Baş nazirə məlumat verildi ki, onların arasında əsrin fəlakəti nəticəsində yaxınlarını itirən, evləri dağılan şəxslər də var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video