18 Aprel 2024 08:15
211
SİYASƏT
A- A+

"Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı qaldırmaq mümkün deyil"

 

Ölkəmizin yüksək qlobal nüfuzundan xəbər verən zəng

 

"Azərbaycan beynəlxalq hüquq prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan müstəqil xarici siyasət yürüdərək qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış edir. Beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan maraq isə ildən-ilə artır". 
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, bu reallıqlar fonunda respublikamızın dünya ölkələri üçün  geosiyasi və iqtisadi əhəmiyyəti daha da artıb. Bu gün dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında da münasibətlər yüksək səviyyədədir. Hər iki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və bu siyasət dəyişməz olaraq qalacaq. Ölkələr arasında münasibətlərin inkişafında dövlət başçılarının görüşlərinin böyük əhəmiyyəti var. 2022-ci il dekabrın 20-də Azərbaycana işgüzar səfərə gələn Serbiya Prezidenti Aleksandar Vuçiç bildirmişdi: "Biz bütün əməkdaşlıq formalarını müzakirə etdik. Bizim aramızda güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı qaldırmaq mümkün deyil.  Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların  bunu etmək üçün təzyiq mexanizmləri yoxdur. Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmaqda davam edəcək. Mən Prezident Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bəzi bilgiləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də minnətdaram. Artıq mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm".
K.Bayramov qeyd edib ki, bu gün strateji tərəfdaşlıq zəminində qurulmuş ölkələrarası münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəlir: "Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. İmzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir". 
Deputat diqqətə çatdırıb ki, Azərbaycan və Serbiya arasında əlaqələr qarşılıqlı etimada əsaslanır. Aprelin 16-da Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edərək son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verib və dost Azərbaycan xalqının dəstəyini xahiş edib. Dövlət başçısı Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub. Dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib. "Prezident Aleksandar Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib. Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib", - deyə o, əlavə edib.
K.Bayramov vurğulayıb ki, bütün bunlar bu gün Azərbaycanın dünya miqyasında nüfuzunun xeyli artdığını deməyə əsas verir. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video