27 Sentyabr 2025 12:52
501
CƏMİYYƏT
A- A+
Azərbaycandakı dini konfessiyaların nümayəndələri Anım gününü qeyd ediblər  

Azərbaycandakı dini konfessiyaların nümayəndələri Anım gününü qeyd ediblər  


“Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Bu sözlər bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında toplaşan Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin və icma üzvlərinin dilindən səslənib. Hər bir dini konfessiya rəhbəri öz dini inanc və ayininə uyğun şəkildə Vətən müharibəsi şəhidlərini yad edib, onların ruhları üçün dualar oxunub.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, multikultural Azərbaycanın dini liderləri monolit cəmiyyət olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən əziz şəhidlərimizi yüksək məqamlarına layiqli şəkildə yad ediblər. Vətən müharibəsi şəhidlərinin şərəfinə ehsan süfrəsi açılıb.

Şeyxülislam Allahşükür Paşazadə bildirib: “Bu gün xalqımızın, dövlətimizin tarixinin möhtəşəm ildönümüdür. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür. Tarixi ədalətin bərpası yolunda haqq savaşımızın tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. 27 sentyabr – Anım günü tarixinin milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın yaddaşında önəmi olduqca özəldir. Azərbaycan xalqı sentyabrın 27-də öz tarixinin ən böyük imtahanına daxil oldu. İllərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli-mədəni abidələrini əsarətdən azad etmək, məscidlərini həqarətdən, sərvətlərini talandan qurtarmaq yolunda haqq mübarizəsinə başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu haqqımızı özümüzə qaytarmaq, beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Bu adil savaşda Vətən yolunda canından keçən qəhrəman şəhidlərimizə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfalar bəxş etsin!

Həmin günlərdə hər birimizin qəlbi Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünürdü, 30 illik həsrətin bitəcəyinə inanırdıq. Əmin idik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağda qələbə qazanacaq, sülh və ədalət bərqərar olacaq. Din xadimlərimiz həmin taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailələrinə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Müxtəlif dinlərə mənsub Vətən müharibəsi şəhidlərimizin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhidi - fərq qoymadan birlikdə iştirak etdik. Bu gün də biz yenə birlikdə qəhrəman şəhidlərimizi yad edirik. Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti davam etdikcə zəfərlərimiz davam edəcəkdir. Azərbaycan din xadimləri, bütün dindarlarlarımız Zati-aliləri Prezident İlham Əliyev cənablarının hər zaman yanındadırlar, qalibiyyətli siyasi xəttini hər zaman dəstəkləyirlər və onun üçün həmişə dualar edirlər”.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri Vətən şəhidlərinin Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər Parkını ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının hazırladığı tədbirlər planına uyğun olaraq Anım günü ilə əlaqədar ölkə ərazidindəki məscid, kilsə və sinaqoqlarda Vətən savaşında canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirələri anılıb, dualar edilib.

Din xadimləri bu günlərdə Bakıda və bölgələrimizdəki şəhid ailələrini ziyarət edib, 44 günlük döyüşdə və antiterror əməliyyatı zamanı yaralanan qazilərə baş çəkiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!