14 Avqust 2025 11:24
516
CƏMİYYƏT
A- A+
Azərbaycanda əmək sahəsinə aid yeni dövlət standartları qəbul edilib  

Azərbaycanda əmək sahəsinə aid yeni dövlət standartları qəbul edilib  


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əmək sahəsində 17 yeni dövlət standartı qəbul edilib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, dövlət standartları bunlardır:

AZS ISO 374-4:2025 “Təhlükəli kimyəvi maddələrə və mikroorqanizmlərə qarşı qoruyucu əlcəklər - 4-cü hissə: Kimyəvi maddələrin deqradasiyasına qarşı müqavimətin təyini”;

AZS ISO 20320:2025 “Snoubordinq üçün qoruyucu geyim - Bilək qoruyucuları - Tələblər və sınaq üsulları”;

AZS ISO 20346:2025 “Fərdi mühafizə vasitələri - Qoruyucu ayaqqabılar”;

AZS ISO 20347:2025 Fərdi mühafizə vasitələri - İşçi ayaqqabıları (ISO 20347:2021 Personal protective equipment - Occupational footwear)

AZS ISO 20349-2:2025 “Fərdi mühafizə vasitələri — Metaltökmə zavodlarında və qaynaq işlərində ortaya çıxan risklərdən qoruyan ayaqqabılar - Hissə 2: Qaynaq və əlaqəli proseslərdə risklərdən qorunma üzrə tələblər və sınaq üsulları”;

AZS ISO 6530:2025 “Qoruyucu geyim - Maye kimyəvi maddələrə qarşı mühafizə - Mayelərin nüfuz etməsinə qarşı materialların davamlılığı üzrə sınaq üsulu”;

AZS ISO 6942:2025 “Qoruyucu geyimlər - İstilik və alovdan qorunma - Sınaq üsulu: Materialların və material birləşmələrinin istilik radiasiyası mənbəyinə məruz qaldıqda qiymətləndirilməsi”;

AZS ISO 9151:2025 “İstiliyin və alovun təsirinə qarşı qoruyucu geyim - Alova məruz qalma zamanı istilikötürmənin təyini”;

AZS ISO 12312-1:2025 “Gözlərin və üzün mühafizəsi - Gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələri - 1-ci hissə: Ümumi istifadə üçün gün eynəkləri”;

AZS ISO 12312-2:2025 “Gözlərin və üzün mühafizəsi - Gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələri - 2-ci hissə: Günəşin birbaşa müşahidəsi üçün filtrlər”;

AZS ISO 13998:2025 “Qoruyucu geyimlər - Əl bıçaqlarından istifadə nəticəsində yaranan kəsiklərdən və bıçaq zərbələrindən qoruyan önlüklər, şalvarlar və jiletlər”;

AZS ISO 14877: 2025 “Dənəvər abraziv maddələrin təzyiqlə vurulması vasitəsilə səthlərin təmizlənməsi zamanı istifadə olunan qoruyucu geyim”;

AZS ISO 15025:2025 “Qoruyucu geyim - Alovdan mühafizə - Alovun məhdud yayılması üzrə sınaq üsulu”;

AZS ISO 20344:2025 “Fərdi mühafizə vasitələri - Ayaqqabıların sınaq üsulları”;

AZS ISO 4869-1:2025 “Akustika - Eşitmə qoruyucuları - 1-ci hissə: Səs zəifləməsinin ölçülməsi üçün subyektiv metod”;

AZS ISO 4869-2:2025 “Akustika - Eşitmə qoruyucuları - 2-ci hissə: Eşitmə qoruyucuları taxıldıqda effektiv A-çəkili səs təzyiqi səviyyələrinin təxmini hesablanması”;

AZS ISO 4869-3:2025 “Akustika - Eşitmə qoruyucuları - 3-cü hissə: Akustik sınaq qurğusundan istifadə edərək səs əleyhinə qulaqlıq tipli eşitmə qoruyucularının daxilolma itkisinin ölçülməsi”.

Sözügedən dövlət standartları qoruyucu geyimlərin kimyəvi maddələrdən, istilik və alovdan mühafizəsinə dair sınaq üsullarını, əl bıçaqlarından istifadə zamanı zədələrin qarşısının alınması üçün qoruyucu önlüklərə olan tələbləri, eləcə də eşitmə qoruyucularına olan tələbləri, gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələrinin xüsusiyyətlərini müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd iş mühitində yarana biləcək təhlükələr barədə işçi heyətin məlumatlılığının artırılması, insan həyatına və sağlamlığına mənfi təsir göstərən risklərin azaldılmasıdır.

Qeyd edək ki, yeni dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) konsensus əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!