01 Aprel 2026 13:03
116
CƏMİYYƏT
A- A+
Azərbaycanda 11 gün ərzində 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb

Azərbaycanda 11 gün ərzində 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb


Martın 20-30-da Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində istər bayram şənlikləri və tətil səyahətləri zamanı, istərsə də respublika ərazisində qeydə alınmış normadan artıq yağışlar nəticəsində müxtəlif səpkili hadisələr qeydə alınıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a bildirilib ki, son dəqiq məlumatlara görə, qeyd olunan tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4576 sığortalı müraciət daxil olub. Bu müraciətlərin 3636-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 651-i “Kasko” (Avtonəqliyyat vasitələrinin sığortası) sığorta növü, 210-u “Daşınmaz əmlakın icbari sığortası” növü, 80-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumatlara görə, qiymətləndirilmiş 4045 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 6 milyon 57 min 25 manat həcmində müəyyənləşdirilib. Qalan 531 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

“Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 10 milyon manata yaxın olacağı ehtimal edilir.

Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 77 faizi paytaxt Bakıda, 23 faizi isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb”,- deyə ASA-nın məlumatında bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdərədəki mina partlayışı ilə bağlı birgə məlumat - YENİLƏNİB

15:25
01 Aprel

Media: ABŞ-nin NATO-dan çıxması müzakirə olunur

15:16
01 Aprel

Azərbaycan şahmatçılarının FIDE reytinqində yeni mövqeləri bəlli olub

15:11
01 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

15:08
01 Aprel

AFFA “Kəpəz”i yüksək məbləğdə cərimələyib

15:01
01 Aprel

İran səfiri: Tehran Britaniyaya məxsus hərbi bazaların qanuni hədəf olub-olmamasını nəzərdən keçirir  

14:59
01 Aprel

Hacıqabul Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

14:54
01 Aprel

Gürcüstanda bəzi sahələrlə bağlı yeni tənzimləmələr qüvvəyə minib  

14:46
01 Aprel

Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir

14:43
01 Aprel

Ötən ay 503 mina və 4922 partlamamış hərbi sursat zərərsizləşdirilib

14:41
01 Aprel

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 9 nəfər saxlanılıb  

14:37
01 Aprel

Media: Hörmüz boğazı üçün Qara Dəniz təşəbbüsü modeli istifadə edilə bilər

14:31
01 Aprel

“Samsung” yeni tətbiqini təqdim edib  

14:28
01 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib

14:23
01 Aprel

ABŞ-nin neft hasilatı ötən il rekord göstəriciyə çatıb

14:19
01 Aprel

Yəməndən İsrailə üçüncü raket hücumu olub

14:13
01 Aprel

Güclü yağış əkin sahələrinə ziyan vurub - Aqrar Sığorta Fonduna müraciətlər artıb

14:06
01 Aprel

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq  

14:01
01 Aprel

Həcc ziyarətində əcnəbi zəvvarlara xidmət göstərmək üçün xüsusi əməliyyat otağı istifadəyə verilib  

13:52
01 Aprel

Daxili işlər naziri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib  

13:44
01 Aprel

Səyyar “ASAN xidmət” Qaxda

13:39
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!