09 Fevral 2026 17:52
174
DÜNYA
A- A+
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ABŞ-ın Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar  

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ABŞ-ın Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar  


Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar.

AZƏRTAC məktubun tam mətnini təqdim edir:

“Hörmətli cənab Vitse-prezident,

Əsrlər boyu sivilizasiyalar arasında körpü rolunu oynayan bir xalqın nümayəndələri olaraq Sizə məktub yazırıq. Bura azan səsinin və kilsə zənglərinin əsl birgəyaşayış ruhunda ahəngdar şəkildə bir-birinə qarışdığı diyardır. Azərbaycan istənilən sabit cəmiyyətin təməlini təşkil edən mənəvi və ənənəvi dəyərlərə - ailənin müqəddəsliyinə, irsin mühafizəsinə və dini azadlığın qorunmasına sadiqdir.

ABŞ-ın hazırkı administrasiyasının din azadlığına və dinlərarası dialoqa güclü sadiqliyini nəzərə alaraq, biz Azərbaycanın davamlı irsini dinlərarası harmoniya və tolerantlıq nümunəsi kimi qürurla vurğulayırıq.

Ölkəmizin xristian dünyası ilə münasibətləri təkcə diplomatik deyil, həm də dərin mədəni xarakter daşıyır. Azərbaycan tarixən müxtəlif dini irsin qorunmasına, o cümlədən Vatikanda xristian kilsələrinin və müqəddəs yerlərin genişmiqyaslı təmirinə sərmayə qoyub. Müqəddəs Taxt-Tacla möhkəmlənən əlaqələrimizdən və ərazimizdə müxtəlif xristian məzhəblərinin artan mövcudluğundan son dərəcə qürur duyuruq. Azərbaycan çiçəklənən katolik icmasından tutmuş bu yaxınlarda Bakıda İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin təsis edilməsinə qədər dinlərin çiçəklənməsi üçün şərait yaratmağa davam edir. Paytaxtımızda ikinci Katolik kilsəsinin inşasının davam etdirilməsi bizim bu məsələyə sadiqliyimizi bir daha sübut edir ki, bu da cəmiyyətin öz dini müxtəlifliyi ilə gücləndiyinə inamımızın göstəricisidir.

Lakin hazırkı sülhə qədər keçdiyimiz yol dərin itkilərlə yadda qalıb. Biz 1987-ci ildən bəri Ermənistandakı dədə-baba torpaqlarından zorla çıxarılan Qərbi azərbaycanlıların üzləşdiyi tarixi ədalətsizliyi xatırlamalıyıq.

Yüzlərlə kənd viran qoyulmuş, evlər talanmış, İrəvandakı tarixi Göy Məscid də daxil olmaqla müqəddəs yerlər təhqir edilmiş və ya tarixi izləri silinmişdir.

Onilliklər ərzində Azərbaycan cəmiyyətinə inteqrasiya olmasına baxmayaraq, əcdadlarımızın məzarlarını ziyarət etmək və dağıdılmış evləri bərpa etmək arzusu xalqımızda dinc və humanitar bir ürək döyüntüsü olaraq qalır.

Qərbi azərbaycanlılar heç bir ərazi iddiası irəli sürmürlər. Onların məqsədi Ermənistanın suverenliyini təhdid etmək deyil, sülh və ləyaqət şəraitində öz yurd yerlərinə qayıtmaq kimi fundamental insan hüququnu həyata keçirməkdir. Biz tarixi bir yolayrıcındayıq. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ümid işığı rolunu oynayır. Biz onilliklər boyu davam edən fikir ayrılıqlarını Prezident İlham Əliyevin və ABŞ Prezidenti Donald Trampın ticarət, təhlükəsizlik və qarşılıqlı hörmətlə müəyyənləşdirilmiş gələcəklə əvəzləmək barədə ortaq baxışlarını tam şəkildə dəstəkləyirik.

Cənab Vitse-prezident, biz 1990-cı illərin əvvəllərində Ermənistan Respublikasından qovulmuş azərbaycanlıların qayıtmaq hüququnun müdafiəsi və mədəni irsinin qorunması üçün Sizdən dəstək istəyirik.

Qərbi Azərbaycanlıların tarixi yurdlarına dinc yolla qayıtmalarına və Ermənistanda Azərbaycan xalqına məxsus dağıdılmış dini və mədəni irs yerlərinin bərpasına dəstəyiniz düzgün istiqamətdə atılmış mühüm bir addım ola bilər.

Bundan əlavə, biz inanırıq ki, əcdadlarının Ermənistandakı torpaqlarından zorla qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ məsələsi real və hərtərəfli sülh yolu ilə həll olunmalıdır. Qərbi Azərbaycan İcması dinc qayıdışla bağlı konstruktiv dialoq çağırışı etsə də, bu çağırışlar cavabsız qalmışdır. Ədalətli və davamlı sülh bu icmanın öz doğma evlərinə sülh və təhlükəsiz şəraitdə qayıtmasını əhatə etməlidir.

Sizin liderliyiniz və mənəvi dürüstlüyünüz "2025-ci il sülhü"nün Qafqazdakı hər bir ailə üçün daimi gerçəkliyə çevrilməsini təmin edə bilər.


Hörmət və ehtiramla,

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri

 

1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

2. Oğuz Məmmədov - "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyinin sədri

3. Fuad Məmmədov - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri

4. Xatirə Vəliyeva – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

5. Rizvan Nəbiyev - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin İdarə Heyətinin üzvü

6. Tənzilə Rüstəmxanlı - "Azəri-Türk Qadınlar Birliyi"nin sədri

7. Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri

8. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri

9. Səltənət Qocamanlı - "İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri

10. Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

11. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri

12. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri

13. Zaur Məmmədov - “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri

14. Rey Qasımov - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri

15. Hafiz Səfixanov - “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri

16. Zaur İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

17. Xətai Ələsgərov - “Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri

18. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

19. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri

20. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri

21. Hacı Abdulla – “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri

22. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

23. Umud Rəhimoğlu - "Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun sədri

24. Mübariz Əsgərov - “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri

25. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri

26. Tünzalə Abdullalimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

27. Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri

28. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri

29. Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri

30. Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri

31. Əhməd Abbasbəyli - "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri

32. İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri

33. Kəramət İsmayılov –"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri

34. Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri

35. Şəlalə Həsənova - “İctimaiyyətlə əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin sədri

36. Zərifə Quliyeva – “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

37. Məhluqə Rəhimova – "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri

38. Vüsalə Hüseynova – İslahatçı qadınlar və innovasiyalar İctimai Birliyinin sədri

39. İlqar Hüseynli – Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar İctimai Birliyinin sədri

40. Varis Yolçiyev - Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru

41. Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri

42. Cəsarət Hüseynzadə - “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri

43. Elşad Eyvazov - Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri

44. Fəridə Mirişova- “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri

45. Lalə Sərdarlı – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Portuqaliyada prezident seçkilərində qalib müəyyənləşib

18:44
09 Fevral

Astronavtlar artıq kosmosa smartfon apara biləcək  

18:40
09 Fevral

MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələnib

18:38
09 Fevral

Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin 2025-ci ildəki fəaliyyəti müzakirə olunub  

18:34
09 Fevral

İsveçrəli xizəkçi Qış Olimpiya Oyunlarında nadir göstəriciyə imza atıb

18:05
09 Fevral

Pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

18:04
09 Fevral

Əmək pensiyaları indeksləşdirilir - SƏRƏNCAM  

18:02
09 Fevral

Azərbaycan Premyer Liqası: “İmişli” – “Kəpəz” oyununda qapılara qol vurulmayıb  

17:55
09 Fevral

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ABŞ-ın Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar  

17:52
09 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:46
09 Fevral

BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

17:43
09 Fevral

Azərbaycan və Qazaxıstan paytaxtları arasında əməkdaşlıq genişlənir  

17:34
09 Fevral

Liviya sahillərində qayığın batması nəticəsində 53 miqrant ölüb və ya itkin düşüb  

17:31
09 Fevral

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib 

17:24
09 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

17:18
09 Fevral

Azərbaycanın və Türkiyənin prokurorluq orqanları arasında əməkdaşlıq daha da genişləndiriləcək  

17:08
09 Fevral

Naxçıvan Muxtar Respublikasının Baş naziri kollektivə təqdim edilib

16:51
09 Fevral

Xocalıda arxeoloji tədqiqatların yeni ünvanı: Xocalı tarixi-arxeoloji kompleksi

16:47
09 Fevral

Fevralın 10-da və 11-də hava qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

16:42
09 Fevral

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan  

16:17
09 Fevral

“Nyukasl”la oyunda “Qarabağ” azarkeşləri üçün ayrılmış biletlərin sayı və qiyməti açıqlanıb

16:13
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!