30 Noyabr 2022 01:44
1040
Elm və texnika
A- A+
Azərbaycan və yəhudi xalqlarının dostluğu tarixin sınaqlarından keçib 

Azərbaycan və yəhudi xalqlarının dostluğu tarixin sınaqlarından keçib 

 

Xalqıımızın belə bir deyimi var: "Dost dar gündə tanınar". Bu sözləri yəhudi xalqı haqqında da deyə bilərik. Həm tarixi faktlar, həm də yaxın keçmişimizdə yaşadıqlarımız sübut edir ki, bizi bir-birimizə dost edən cəhətlər çoxdur. 
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antopologiya İnstitutunun Antopologiya Mərkəzinin doktorantı kimi tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyim "Azərbaycanda yaşayan Avropa yəhudilərinin müasir etnomədəni dinamikasının xüsusiyyətləri" adlı dissertasiya işimdə bu mövzunu hərtərəfli araşdırmağa çalışmışam. Müxtəlif  vaxtlarda isə ölkəmizdə və xaricdə nəşr olunan çap mediasında "Aşkenaz yəhudilərinin adət və ənənələri haqqında", "Aşkenaz yəhudilərinin Azərbaycan ərazilərinə gəlmələrinin tarixi", "Aşkenaz yəhudiləri icmasının ictimai təşkilatları", "Azərbaycan elminin, mədəniyyətinin və incəsənətinin inkişafında yəhudilərin rolu", "Azərbaycanda yaşayan yəhudilərin subetnik qrupları haqqında", "İkinci Dünya müharibəsi zamanı azərbaycanlıların yəhudilərə münasibəti haqqında" və s. elmi məqalələrlə çıxış etmişəm.
Apardığım araşdırmalar nəticəsində belə qənaətə gəlmişəm ki, yəhudilərin Azərbaycana güclü axını tariximizdəki bir neçə mühüm mərhələyə təsadüf edir.  Götürək elə Xalq Cümhuriyyəti dövrünü. Məlumdur ki, ömrü az olan, lakin bu az müddətdə azadlığımız, istiqlaliyyətimiz yolunda tarixi işlər görən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində yəhudilər də vardı. XIX əsrin əvvəllərində Bakıda neft mədənlərinin işə düşməsi ilə əlaqədar Azərbaycana gələn bu millətin nümayəndələri müxtəlif sahələrdə azərbaycanlılara yaxından kömək göstərmişlər.
Yəhudilərin Azərbaycana gəlməsinin sonrakı böyük dalğası İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Məhz bu zaman xalqımızın humanistliyi, qonaqpərvərliyi, tolerantlığı sayəsində alman faşizminin işgəncələrindən qurtulmağa can atan çoxsaylı yəhudi ailələri respublikamıza pənah gətirmişlər. 
Bir tərtərli olaraq rayonumuzun tarixini öyrənən insan kimi deyə bilərəm ki, o zaman kiçik bir rayon olan və kişilərin əksəriyyəti cəbhədə vuruşan Tərtərdə onlarla yəhudi ailəsi isti ocaq, çörək, tibbi yardım taparaq ölümün pəncəsindən xilas olmuşdur. Hazırda Ukraynanın Xarkov şəhərində yaşayan İrina Poqoster danışır ki, onlar Tərtərdəki 3 saylı məktəbdə yerləşdirilmişdilər. "Yerli əhali müharibənin o çətin günlərində təndirdə çörək bişirib ilk növbədə qaçqın ailələrinə gətirirdilər, xəstə uşaqlara hava-su kimi lazım olan və qlükozanı əvəz edən qənd tapıb verirdilər. O illər bütün tərtərlilərin ümid yeri olan Rüstəm həkim yəhudi ailələrinə baş çəkərək, özünün xalq  təbabəti üsulu ilə hazırladığı dərmanlarla xəstələri müalicə edir, cəbhədən əlsiz-ayaqsız qayıdanların yaralarına məlhəm qoyurdu. Bütün bunlar təmənnasız, yalnız insanlıq naminə görülürdü. Ana nənəm Poqester Raisa Borisovna müharibə illərində Azərbaycana pənah aparan çoxsaylı yəhudilərdən biri idi. Tərtərdə məskunlaşmış, azərbaycanlı ilə ailə qurmuş, oğul-uşaq sahibi olmuşdur".
Müharibədən sonra qaçqınlar almanlardan azad olunmuş şəhərlərə qayıtdılar və onlar, o cümlədən Poqosterlər ailəsinin üzvləri azərbaycanlılara olan böyük məhəbbəti bu gün də qəlblərində yaşadırlar.
Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb və yəhudi gənclər bizim ali məktəblərdə maneəsiz oxuyublar, iş yerlərində irəli çəkiliblər. Halbuki bunu keçmiş sovet respublikalarının heç biri haqqında demək olmazdı. Bu ruhda böyüyən gənclər Azərbaycanı öz vətənləri hesab ediblər. Onlar  həm I Qarabağ müharibəsində, həm də 44 günlük Vətən savaşında bu torpaq uğrunda can verib, şəhid olublar. Prezident İlham Əliyevin sözləridir: "Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdı".   
Bu gün ölkəmizdəki sinaqoqlarda şəhidlərimizin ruhuna, Azərbaycan və İsrail dövlətlərinin və xalqlarının, o cümlədən bütün dünyamızın barış içində yaşaması üçün dualar oxunur.

Aygün NƏZƏRƏLİYEVA, 
Bakı şəhəri, 47 nömrəli tam orta məktəbin tarix müəllimi 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!