03 Fevral 2026 08:55
537
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Gürcüstanın dəniz limanları arasında əməkdaşlıq dərinləşir

Azərbaycan və Gürcüstanın dəniz limanları arasında əməkdaşlıq dərinləşir


Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Qonşu və dost ölkəyə qoyulan xarici sərmayədə Azərbaycan ilk sıralardadır. "Əsrin müqaviləsi"ndən sonra Avropaya ünvanlanan bütün boru kəmərlərimiz Gürcüstanın ərazisindən keçir və bu baxımdan Gürcüstanı Azərbaycanın Avropaya açılan iqtisadi qapısı hesab etmək olar.

Gürcüstan həmçinin Azərbaycanla beynəlxalq ticarət marşrutu olan Orta dəhlizdə sıx əməkdaşlıq edir, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə üç təsisçi ölkədən biridir. Orta dəhlizin yaranmasında Azərbaycan, Qazaxıstan və Gürcüstan səylərini birləşdirərək mühüm tranzit ölkələrə çevriliblər. Yeri gəlmişkən xatırladaq ki, Orta dəhlizboyu Gürcüstandan keçən dəmir yolu xətlərinin yenidən qurulması üçün vəsaiti olmadığından dost ölkəyə Azərbaycan simvolik faizlə kredit vermişdir. Üstəlik həmin xəttin yeni tələblərə uyğun modernləşdirilməsini də Azərbaycan həyata keçirmişdir.

Orta dəhlizin səmərəliliyinin artırılmasında vahid tarif sistemi önəmli rol oynayır. Yükgöndərənlə yük qəbul edən tərəflər məhz vahid tarifin tətbiqi nəticəsində gəlirlərini müəyyən edə bilirlər. O üzdən dəhliz ölkələrinin həmin istiqamətdə razılaşması çox vacibdir. Vahid tarifin tətbiqində təşəbbüsçü kimi Azərbaycan çıxış etmiş, Qazaxıstanla yanaşı, Gürcüstan da ölkəmizin mövqeyini dəstəkləmişdir.

Gürcüstan həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin dünya dənizlərinə çıxışını təmin edən limanlara malikdir. Bu yaxınlarda ADY nümayəndələri limanlar üzərindən yükaşırmanın imkanlarını öyrənmək üçün Gürcüstanda olmuşlar. Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilmişdir.

ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu-liman əməliyyatları artıq vahid idarəetmə prinsipi əsasında təşkil edilir. Ötən il Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə uğurla inteqrasiyası limanın yükaşırma nəticələrinə də müsbət təsir göstərib. 2025-ci ildə Bakı limanında rekord həcmdə - 107 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.

Görüşlərdə Bakı və Gürcüstan limanları arasında əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsinin Orta dəhliz üzrə artan yükdaşımaların daha da səmərəli həyata keçirilməsinə imkan verəcəyi vurğulanmışdır.

Dəmiryolçularımız gürcüstanlı həmkarları ilə Poti limanında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolları" SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti-Bakı ekspres blok-qatarının yola salınması mərasimində də iştirak etmişlər. Tədbirdə yeni ekspres qatarının işə salınmasının əhəmiyyəti qeyd olunmuş və bildirilmişdir ki, bu xidmət sayəsində yük sahibləri təkcə vaxtlarına deyil, terminalda yük və boş konteynerlərin saxlanması kimi xərclərə də qənaət edə biləcəklər.

Poti-Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək. Bu anlaşma həmçinin yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə imkan verən sadələşdirilmiş logistika xidmətidir.

Onu da  qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb və nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

Azərbaycanın apardığı logistika siyasətinin və qonşu ölkələrlə qurduğu əməkdaşlığın nəticəsidir ki, ADY 2025-ci ildə 392 blok-qatar qəbul edib. Bu, 2024-cü ilin göstəricisi (287 blok-qatar) ilə müqayisədə 37 faiz çoxdur. Ümumilikdə ötən il 135 300 TEU konteyner (2024-cü ilin göstəricisindən (114 min TEU) təxminən 19 faiz çox) yük daşınıb. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!