24 Aprel 2025 08:05
418
SİYASƏT
A- A+
Azərbaycan və Çin "yaşıl enerji" sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Çin "yaşıl enerji" sahəsində əməkdaşlığı genişləndirir


Azərbaycan-Çin iqtisadi münasibətləri iki ölkə arasında fəal siyasi dialoq və davamlı diplomatik təmasların fonunda uğurla inkişaf edir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri bir daha təsdiqlədi ki, dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli və məqsədyönlü fəaliyyətin daha da dərinləşməsinə yeni stimul verilir.  

Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlıq nəqliyyat-logistika, infrastruktur, sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və innovasiyalar və digər sahələrdə inkişaf etməkdədir.

Çin şirkətləri həmçinin ölkəmizin neft-qaz sənayesinə böyük maraq göstərirlər. 2018-ci ildə SOCAR və CNPC neft şirkətinin törəməsi olan "BGP.Inc" birgə müəssisənin yaradılması haqqında təsis müqaviləsi imzalayıblar. "BGP.Inc"nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı, İKT texnologiyalarının xidmətinin göstərilməsi və seysmik avadanlıqların istehsalı daxildir. 

Azərbaycan-Çin iqtisadi əlaqələrindən bəhs edərkən Prezident İlham Əliyevin cari il yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibəsi də yada düşür. Həmin müsahibədə vurğulanıb ki, bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 qiqavat həcmində günəş və külək-elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 qiqavatdır. Ölkəmiz bu layihələri bir sıra xarici tərəfdaşları ilə həyata keçirir. Konkret olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın BP şirkətləri və digər şirkətlərlə. Prezidentimiz sözügedən müsahibəsində qeyd etmişdir  ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər, eləcə də Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər: "Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir".

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlər imzalanıb ki, bunlar da əsasən bərpaolunan enerji sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edir. 

 İmzalanmış sənədlər sırasında "Azərbaycan Respublikasının Hökuməti və "Universal Solar Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan Günəş-Elektrik Stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "China Energy Overseas Investment Co. Ltd." şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi" yer alıb. İmzalanmış digər sənədlərə əsasən, "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıqda bir sıra önəmli layihələr icra ediləcək. Bunlar "Azərbaycan Respublikasının Energetika Nazirliyi, "China Datang Overseas Investment Co. Ltd" və "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən Günəş-Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, "Azərbaycan Respublikasının Energetika Nazirliyi, "PowerChina Resources Limited" və "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə Günəş-Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi (mübadilə ediləcək)" "Azərbaycan Respublikasının Energetika Nazirliyi, "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti, "China Datang Overseas Investment Co. Ltd" və "PowerChina Resources Limited" arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu"dur.

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında "Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması"na dair Anlaşma Memorandumu" da özündə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafını ehtiva edir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bild” qəzeti: Almaniya hərbçilərdən ibarət ilk qrupu bu həftə Qrenlandiyaya göndərəcək

23:39
14 Yanvar

Volodimir Zelenski: Ukraynada enerji sektoru üçün fövqəladə vəziyyət tətbiq ediləcək  

22:23
14 Yanvar

ABŞ 75 ölkədən miqrant vizası üçün müraciət qəbulunu dayandırır  

22:14
14 Yanvar

Ağ Evdə Qrenlandiya ilə bağlı görüş keçirilib  

21:51
14 Yanvar

ABŞ Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin başladığını elan edib  

21:47
14 Yanvar

AAYDA Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib

20:57
14 Yanvar

AFFA ilə FIFA arasında lisenziya müqaviləsi imzalanıb  

20:29
14 Yanvar

“İpək Yolundan Orta Dəhlizədək: nəqliyyat və ticarətin asanlaşdırılması yolu ilə bağlılığın təşviqi” - Vyanada dəyirmi masa  

20:19
14 Yanvar

ÜST şirin içkilər və alkoqollu məhsullara olan vergilərin artırılmasına çağırır  

19:23
14 Yanvar

Xaçınçay su anbarından bağların və taxıl əkinlərinin suvarılmasında istifadə olunur

19:00
14 Yanvar

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib  

18:43
14 Yanvar

OPEC cari il üzrə neft tələbatına dair proqnozunu açıqlayıb  

18:34
14 Yanvar

XİN: TRIPP-in icrası üzrə çərçivə sənədinin qəbulu bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır  

18:27
14 Yanvar

Azərbaycanın səfiri: Türkiyənin şəhidləri bizim də şəhidlərimizdir  

18:16
14 Yanvar

Vitse-prezident: Türkiyə silah bazarının qlobal oyunçularından birinə çevrilib  

18:07
14 Yanvar

Qanazlığı yaddaşı və diqqəti zəiflədir  

18:01
14 Yanvar

Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb  

17:29
14 Yanvar

Yaponiya alimləri unikal təbii dəri transplantı hazırlayıblar  

17:28
14 Yanvar

Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilib  

17:27
14 Yanvar

Azərbaycanın aviasiya sektorunun ötənilki nəticələri açıqlanıb  

17:26
14 Yanvar

“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur  

17:25
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!