02 Sentyabr 2025 10:13
503
SİYASƏT
A- A+
Azərbaycan və Çin sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edir

Azərbaycan və Çin sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edir


Azərbaycanla Çin arasında əməkdaşlıq ŞƏT çərçivəsində daha da yükəsk dinamika ilə inkişaf edib.

Budəfəki səfər zamanı da Si Cinpin Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamladı. Son 30 ildən artıq dövrdə uğurlu əməkdaşlıq quran Bakı və Pekin bu illər ərzində münasibətləri hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə qaldırmağa nail olub. Bu da 30 ildən artıq müddətdir qurulan diplomatik münasibətlərin səmərəli nəticələr verdiyini təsdiqləyir. “ŞƏT Plyus” formatında iclasda çıxışı zamanı dövlət başçımız da Azərbaycanı regionda Çinin etibarlı tərəfdaşı adlandırdı.

Məlumdur ki, tərəflər 2 il əvvəl - 2023-cü il iyulun 3-də strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul edib. Həmin sənəddə də Bakı və Pekin beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməklə bağlı razılıq ifadə ediblər. Azərbaycan və Çin eyni zamanda mürəkkəb geosiyasi dünyada regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edir. Azərbaycan həm də ÇXR-nin Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünün ilk dəstəkçilərindən biridir. Ölkəmiz bu istiqamətdə ciddi praktik layihələr həyata keçirməkdədir.

Cənab Prezident bəyan etdi ki, Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Azərbaycan eyni zamanda Çinin təsisçisi olduğu Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Bu təşkilat çərçivəsində bir çox istiqamətlər üzrə, o cümlədən regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır. Təşkilatın hələ üzvü olmayan dövlətlərin onun gələcəyinin müzakirəsinə cəlb edilməsi olduqca vacibdir.

Faktiki ŞƏT Çinin təsirini genişləndirmək üçün əsas mexanizmlərdən birinə çevrilməkdədir. Pekin Azərbaycanın təşkilata üzvlük məsələsini dəstəkləyir. Lakin Hindistan bu dəfə də cılız siyasət nümayiş etdirərək prosesə mane oldu. Bu, Azərbaycanın Pakistanı dəstəklənməsinə cavab olaraq Dehli tərəfindən atılan qərəzli addımdır. Lakin cənab Prezident bəyan etdi ki, bu, bizim dost Pakistana olan münasibətimizi dəyişə bilməz. Qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik fonunda ŞƏT yaranan risklərə və böhranlara davamlı olan ticarət-iqtisadi əməkdaşlığın ən effektiv modelinin axtarışını davam etdirir. Təşkilat iştirakçıların sayının genişləndirilməsi və yeni tərəfdaşlıqların yaradılmasını hədəfləyir. Bu xüsusda siyasi və iqtisadi gücə, qlobal nüfuza malik Azərbaycan ən cəlbedici tərəfdaşlardan biridir.

 Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!