03 Fevral 2026 19:18
297
SİYASƏT
A- A+
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib  

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib  

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd olunub. Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Həmçinin müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzrui ilə görüşüb.

Baş Qərargah rəisləri hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Sülh Qalxanı – 2026” birgə təliminin təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib, eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar.

Daha sonra, Müdafiə Nazirliyinin rəhbər heyəti “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

Qeyd edək ki, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən birgə əməliyyat-taktiki təlimini izləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ Ev: Prezidentin masasında həmişə bir sıra seçimləri var və bura hərbi gücdən istifadə də daxildir  

23:12
03 Fevral

ABŞ ordusu Ərəbistan dənizində İranın pilotsuz uçuş aparatını vurub  

22:58
03 Fevral

Ali Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib  

21:24
03 Fevral

Qazaxıstanın Mangistau vilayətinin nümayəndə heyəti TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib  

21:03
03 Fevral

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında WUF13-ə həsr olunmuş tədbirlər keçirilib  

20:54
03 Fevral

Küveyt yeni neft-qaz yataqlarının inkişafı üçün qlobal şirkətləri əməkdaşlığa dəvət edir

20:29
03 Fevral

Parlamentlərin dayanıqlı şəhər inkişafında rolu mövzusunda WUF13-ə həsr olunmuş beynəlxalq tədbir keçirilib  

20:25
03 Fevral

Goranboyda GəncFest və konsert proqramı təşkil olunub

20:21
03 Fevral

Özbəkistan Energetika Nazirliyi: Yaşıl Enerji Dəhlizi iştirakçı dövlətlərin iqtisadi inkişafına böyük təkan verəcək  

20:13
03 Fevral

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi mexanizmi iqtisadi çaǧırışlardan qaynaqlanır  

20:08
03 Fevral

Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə “Neft bumu hamıya gülümsəyir” mövzusunda festival keçirilir  

19:57
03 Fevral

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib  

19:52
03 Fevral

Cənubi Koreya miras vergisi səbəbindən milyonçularını itirir

19:32
03 Fevral

Ukrayna Rusiya ilə danışıqlarda dəyişikliklər olacağını bəyan edib  

19:28
03 Fevral

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib  

19:18
03 Fevral

Azərbaycanda ən böyük fərdi intellektual yarış keçirilib  

18:26
03 Fevral

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb  

18:25
03 Fevral

Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri” beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub  

18:23
03 Fevral

Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

18:20
03 Fevral

“KazMunayQaz” və Türkiyənin TPAO şirkəti Şimali Xəzərdə geoloji kəşfiyyat layihəsini müzakirə ediblər  

18:19
03 Fevral

Çin avtomobillərdə “gizli” qapı tutacaqlarını qadağan edəcək  

17:45
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!