06 Avqust 2025 15:25
516
SİYASƏT
A- A+
Azərbaycan ümumdünya şəhərsalma prinsiplərinin canlı nümunəsinə çevrilir

Azərbaycan ümumdünya şəhərsalma prinsiplərinin canlı nümunəsinə çevrilir

Ölkəmiz növbəti il Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Bu, dünyada BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı və Nyu-Yorkda keçirilən Baş Assambleya toplantılarından sonra üçüncü ən böyük və mötəbər tədbirdir. Tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə həyata keçiriləcək. WUF13-də iştiraka dair dəvətlər UN-Habitat tərəfindən müvafiq şəhərsalma nazirlərinə, bir sıra hallarda isə maliyyə nazirlərinə də ünvanlanır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

O bildirib ki, hazırda UN-Habitat üzv dövlətləri və tərəfdaşları WUF13 – Dünya Şəhər Forumunun 13-cü sessiyasında uğurlu mənzil layihələrini təqdim etməyə çağırır. Bu qlobal platforma dünyada mənzil təminatına əhəmiyyətli təsir göstərib və 11-ci Dayanıqlı İnkişaf Məqsədinin həyata keçirilməsinə böyük töhfələr verib. “UN-Habitat tərəfindən edilən çağırış qlobal mənzil böhranı ilə bağlı təcili tədbirlərin görülməsini vurğulayır. BMT-nin “2030 Gündəliyi”nə əsasən, evsizlik probleminin həllinə nail olmaq yoxsulluğun aradan qaldırılmasının, iqlim dəyişmələrindən və böhranlardan çıxışın əsas şərti kimi qəbul edir. Xüsusilə, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqondu məhəllələrinin layiqli həyat şəraitinə transformasiyasının vacibliyi qeyd olunur. Mənzilin əlçatanlığı evsizliyin qarşısını almaq üçün mühüm amil olaraq qalır, böhran bölgələrində bərpa və yenidənqurma işləri isə təxirəsalınmaz prioritetdir”, - deyə P.Vəliyeva vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və “Böyük Qayıdış” üzrə dövlət proqramı UN-Habitat və WUF12-nin yekun sənədi - Qahirə Bəyannaməsinin prinsiplərinin real praktikada tətbiqinə nümunədir. Burada əsas məqsəd yalnız evlərin və şəhərlərin bərpası deyil, həm də insanlara təhlükəsiz, inklüziv və dayanıqlı bir gələcək qurmaqdır. Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə Azərbaycanın deyil, həm də qlobal urbanizasiya gündəliyinin yeni model məkanı kimi formalaşır. “Azərbaycanın “Böyük Qayıdış” proqramı həm sosial-iqtisadi inkişafı, həm də dayanıqlı şəhərsalma prinsiplərini özündə birləşdirərək, bölgəni müasir şəhər həyatının mərkəzinə çevirməyi hədəfləyir. Qahirə Bəyannaməsində vurğulandığı kimi, adekvat yaşayış hüququ sosial müdafiənin dayağıdır. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında tikilən yeni qəsəbə və şəhərlər bu prinsipi gerçəkləşdirir. Ağalı kəndində “Ağıllı kənd” modeli, Cəbrayılda, Füzulidə və digər bölgələrdə həyata keçirilən layihələr müasir yaşayış standartlarını təmin etməklə yanaşı, həmin ərazilərə qayıdan əhalinin rifahını əsas prioritet kimi götürür. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə planlaşdırılan şəhər və kəndlər “yaşıl enerji”, ekoloji təmiz nəqliyyat, ağıllı infrastruktur və resursların səmərəli istifadəsi prinsiplərinə əsaslanır. Bu yanaşma Qahirə Bəyannaməsinin “inklüziv və davamlı şəhərlər” çağırışı ilə səsləşir. Həmçinin Azərbaycan mədəni irsin qorunmasına xüsusi önəm verir. Qarabağda və Zəngəzurda bərpa edilən tarixi məscidlər, məbədlər, qəbiristanlıqlar və muzeylər Qahirə Bəyannaməsində vurğulanan “mədəniyyət və irsi dayanıqlılıq üçün dəyərləndirmək” prinsipini əyani şəkildə nümayiş etdirir. Bu, həm də həmin yerlərə qayıdan insanların milli kimliyini və mənəvi bağlarını gücləndirir”.

Azərbaycanın müasir şəhərsalma təcrübəsinin yalnız Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmadığına diqqət çəkən deputat bildirib ki, paytaxt Bakıda həyata keçirilən müasir şəhərsalma təcrübələri, regionlarda müasir nəqliyyat və infrastruktur layihələri, ekoloji parkların salınması və sosialyönümlü yaşayış massivlərinin yaradılması ölkəmizin ümumi urbanizasiya vizyonunu ortaya qoyur. Beləliklə, Azərbaycan həm işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı, həm də digər bölgələrdə tətbiq olunan müasir şəhərsalma təcrübələri ilə ümumdünya şəhərsalma prinsiplərinin canlı nümunəsinə çevrilir. Bu, yalnız binaların inşası deyil, həm də inklüziv, dayanıqlı və gələcəyə yönəlmiş həyat mühitinin qurulması deməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!