02 Avqust 2025 08:15
753
SİYASƏT
A- A+
"Azərbaycan TASS-ın təhrifini texniki səhv saymır"

"Azərbaycan TASS-ın təhrifini texniki səhv saymır"


Xəritədə yerlərin adları (toponimlər) sadəcə "siyasi etiket" deyil. Xüsusən geosiyasət məkanında hər bir adın arxasında real tarix, siyasi qərar və dəyər oriyentirləri durur. Rusiyanın TASS agentliyinin iyulun 31-də Azərbaycanın Xankəndi şəhərini qondarma "Stepanakert" adlandırması redaktor səhvi dairəsindən kənara çıxır. O üzdən bu addım Azərbaycanda həm rəsmi səviyyədə, həm də cəmiyyətdə Rusiyanın Azərbaycana qarşı şüurlu siyasi mesajı kimi qarşılandı.

Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, TASS agentliyi daha əvvəl bu Azərbaycan şəhərinin adını ardıcıl olaraq Xankəndi işlədib. Agentlik tərəfindən 19 və 24 iyulda yayılan xəbərlər buna sübutdur. Lakin bir həftə sonra sanki gizli bir təlimat əsasında kəskin bir dönüş baş verib və xəbər başlığında keçmiş sovet dövrünün qondarma toponimu peyda olub. "Tarixi kontekst burada əsas məsələdir. "Stepanakert" adı 1923-cü ildə Xankəndiyə sovet addəyişdirmə siyasəti çərçivəsində verilmişdi. Bu texniki bir akt deyildi, ideoloji məqsəd daşıyırdı - azərbaycanlıların yaddaşında 1918-ci ildə Bakıda törədilən faciələrin müəllifi kimi qalan qatil Stepan Şaumyanın "xatirə"sini əbədiləşdirmək üsulu idi. O səbəbdən şəhərə 1991-ci ildə Xankəndi tarixi adının qaytarılması tarixi ədalətin bərpası idi", - deyə o əlavə edib. 

K.Bayramov qeyd edib ki, TASS-ın qəsdən köhnə adı işlətməsi onun dövlət agentliyi statusu nəzərə alınanda sıradan, savadsızlıqdan doğan səhv deyil: "Belə bir addım presedent yaradır: əgər rus tərəfi keçmişin ritorikasını siyasi mənafeyi üçün dirçəltməyə cəhd edirsə, onda Azərbaycan Rusiyaya onun mürəkkəb toponimik tarixinə analoji bir xatırlatma etməkdə haqlıdır. Bunu sübut etmək üçün misallar kifayət qədər çoxdur: Kalininqrad (keçmiş Köniqsberq), Orenburq (tarixən Orınbor), Volqoqrad (Sarısu, keçmiş Çariçın/Stalinqrad), Qroznı (Solja-Qala), Novorossiysk (Sucuq-Qala), Yujno-Saxalinsk (Toyohara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa (İdil). Bu adlar mif deyil, sənədləşdirilmiş tarixi reallıqdır. Zərurət yarandıqda, Bakı öz suverenliyinə və tarixi toponimiyasına münasibətdə qərəzə və laqeydliyə cavab olaraq onlardan istifadə edə bilər".

Azərbaycanın revizionizmlə məşğul olmadığını vurğulayan deputat bildirib ki, işğaldan azad edilmiş şəhərin bərpa olunmuş adının qəsdən təhrif edilməsi Bakı ilə diplomatik və iqtisadi bağları olan, o cümlədən Müttəfiqlik Bəyannaməsi ilə strateji tərəfdaş sayılan bir ölkə tərəfindən hörmət hüdudlarının pozulmasıdır: "Hazırkı vəziyyət narahatedici bir tendensiyanın parçasıdır. Azərbaycan TASS-ın təhrifini (o cümlədən razılaşdırılmadan Ayvazovskinin büstünün qoyulmasını və sonradan onun ədalətin bərpası aktı kimi sökülməsini) texniki səhv saymır, dostluq əleyhinə addımlar zəncirinin halqaları kimi qiymətləndirir. Xüsusən narahatlıq doğuran məsələ isə işğal dövrü Qarabağda Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizm faktlarının qərəzli şəkildə gizlədilməsidir. Beləliklə, mübahisə bir toponimdən kənara çıxır. O, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və tarixi yaddaşın fundamental prinsiplərinə aid məsələdir. Əgər bir tərəf separatçı keçmişin terminologiyasının işlədilməsinə imkan verirsə, o zaman digər tərəf rəqibin mürəkkəb toponimik irsinə xatırlatma etmək üçün mənəvi hüquq əldə edir. Burada dil təkcə ünsiyyət vasitəsi deyil, həm də siyasi dəyərlərin təzahürüdür", - deyə deputat bildirib.

K.Bayramov həmçinin qeyd edib ki, Azərbaycan eskalasiyada maraqlı deyil və tərəfdaşlar arasında diplomatik dialoqun əsas dəyəri olan qarşılıqlı maraq prinsipi əsasında adekvat və faktoloji əsaslandırılmış cavaba hazırdır.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!