20 Aprel 2026 16:47
244
SİYASƏT
A- A+
Azərbaycan-Tailand münasibətləri: Əməkdaşlıq genişlənir

Azərbaycan-Tailand münasibətləri: Əməkdaşlıq genişlənir


Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailand Krallığının xarici işlər naziri Sihasak Puanqketkeo ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib. Siyasi dialoqun inkişafı, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, mədəniyyət və turizm sahələrində əlaqələrin dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.

Ötən ilin dekabr ayında Azərbaycanın Tailandda səfirliyinin rəsmi açılışının və iki ölkənin Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qeyd edilib. Bu addımların Azərbaycan-Tailand əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsinə və əməkdaşlığın daha da sistemli şəkildə inkişafına töhfə verdiyi vurğulanıb.

Görüşdə çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. BMT, UNESCAP, AQEM, ASEAN və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycanın sədrliyi və Tailandın ev sahibliyi ilə keçirilən UNESCAP-ın 82-ci sessiyasının məhsuldar nəticələr verəcəyinə dair əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi sülh təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlər, habelə həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran Prezidenti: Müharibə heç kimə fayda vermir

19:16
20 Aprel

London sinaqoquna hücuma görə iki nəfər həbs edilib

19:09
20 Aprel

Code Fest 2 innovativ olimpiadasının qalibləri müəyyənləşib 

18:59
20 Aprel

Elke Qriqlevski: Bergen-Belzen əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışından çox şadıq  

18:49
20 Aprel

Ukrayna Silahlı Qüvvələri: Rusiya qoşunları Sumı vilayətində bir neçə qəsəbəni tutub

18:31
20 Aprel

Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb  

18:21
20 Aprel

Yəmənin Baş naziri: Azərbaycanla əlaqələrimizin dostluq və əməkdaşlıq üzrə davam edəcəyinə inanıram  

18:01
20 Aprel

Zabuxda 8, Həsənrizdə 4, Qırmızı Bazarda 2 ailə kəndli təsərrüfatı yaradılıb  

17:56
20 Aprel

Gülşad Məmmədova: Sabah yağıntılar kəsiləcək, aprelin 22-si hava yağmursuz olacaq  

17:47
20 Aprel

İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib  

17:41
20 Aprel

Azərbaycanla Laos arasında əməkdaşlığın genişləndirillməsi gündəmdədir  

17:37
20 Aprel

Macarıstanda Tissa Partiyası yeni hökumətin strukturunu açıqladı

17:23
20 Aprel

Pakistanın Baş nazirinin müşaviri: Azərbaycan-Pakistan əməkdaşlığı bütün sahələrdə ardıcıl şəkildə inkişaf edir  

17:17
20 Aprel

Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir  

17:09
20 Aprel

Son dörd ildə ilk dəfə Almaniyada cinayətlərin sayı azalıb

17:03
20 Aprel

AIDA ilə UNESCAP arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

16:59
20 Aprel

George Haci Rumıniya millisinin baş məşqçisi təyin olunub

16:58
20 Aprel

Azərbaycan-Tailand münasibətləri: Əməkdaşlıq genişlənir

16:47
20 Aprel

Nikol Paşinyan: “Vətəndaş Müqaviləsi" ən vacib missiyasını yerinə yetirib - Azərbaycanla sülh bərqərar olub  

16:12
20 Aprel

Belçika və Niderland səfirləri XİN-ə çağırılıb, anti-Azərbaycan sənədlərinə etiraz bildirilib  

15:54
20 Aprel

Pakistan ABŞ və İran arasında diplomatik təmasları gücləndirir

15:49
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!