03 Sentyabr 2025 16:12
608
SİYASƏT
A- A+
Azərbaycan ŞƏT üçün yalnız iqtisadi və siyasi deyil, həm də strateji-humanitar baxımdan əvəzolunmaz tərəfdaşdır

Azərbaycan ŞƏT üçün yalnız iqtisadi və siyasi deyil, həm də strateji-humanitar baxımdan əvəzolunmaz tərəfdaşdır

Dünyada geosiyasi reallıqların sürətlə dəyişdiyi bir dövrdə beynəlxalq və regional təşkilatların rolu getdikcə artır. Qlobal çağırışlar fonunda Avrasiyanın ən böyük qurumlarından biri olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) təhlükəsizlik, iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu təşkilatla əməkdaşlığı isə həm regional sabitlik, həm də çoxtərəfli diplomatiya baxımından xüsusi önəm daşıyır.

2015-ci ildə Azərbaycana ŞƏT-in dialoq tərəfdaşı statusunun verilməsi ilə başlayan əməkdaşlıq illər ərzində davamlı olaraq inkişaf edib. Prezident İlham Əliyevin Səmərqənd, Astana və nəhayət 2025-ci ildə Tiencində keçirilən sammitlərdə iştirakı Azərbaycanın nüfuzunun və beynəlxalq diplomatiyadakı çəkisinin bariz göstəricisidir. Avqustun 31-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci liderlər sammitində Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olması məsələsində təəssüf ki, Hindistanın əsassız mövqeyi maneə yaratmışdır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Hindistanın bu addımı Azərbaycanın Pakistanla qardaşlıq münasibətlərinə görə beynəlxalq təşkilatlar çərçivəsində qisas alma cəhdindən başqa bir şey deyil. Bu, diplomatik baxımdan yanlış, strateji baxımdan isə qısamüddətli və nəticəsiz mövqedir. Belə bir addımın atılması, beynəlxalq əməkdaşlığı şəxsi qisas aləti kimi istifadə etmək dövlətçilik baxımından qeyri-adekvat hesab olunmalıdır. Azərbaycan üçün isə bu cür davranışların heç bir əhəmiyyəti yoxdur. Ölkəmizin xarici siyasətinin əsasında milli maraqlar, strateji tərəfdaşlıqlar və regionda sabitliyin təmin olunması dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regional və qlobal mövqeləri möhkəmlənib.

Bu gün ölkəmiz Avrasiyanın mühüm tranzit mərkəzi, beynəlxalq yükdaşımalarının əsas qovşağı və etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmiz Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsində yerləşərək beynəlxalq yükdaşımalarının əsas tranzit mərkəzinə çevrilib. Bir sözlə, Azərbaycanın nüfuzunun artması, strateji mövqeyi və sabitlik siyasəti fonunda Hindistanın nümayiş etdirdiyi mövqe nə ədalətli, nə də uzaqgörən addımdır. Ölkəmizin ŞƏT-ə üzvlük istiqamətində səyləri davam edəcək və bu yol ölkəmizin çoxtərəfli diplomatiyadakı mövqeyini daha da gücləndirəcək. Çünki Azərbaycan bu təşkilat üçün yalnız iqtisadi və siyasi deyil, həm də strateji-humanitar baxımdan əvəzolunmaz tərəfdaşdır.


Mahir Süleymanlı,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!