02 Avqust 2025 00:23
2603
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Media haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 247-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Media haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 247-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Media haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 247-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.7-1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 59.7-1-ci maddəsində birinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 59.7-1-ci maddəsində ikinci halda "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.4. "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-1-ci (hər iki halda), 11.2-2-ci, 11.2-3-cü, 11.2-4-cü (hər iki halda), 75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci, 75.1.6-6-cı, 75.1.7-ci (ikinci halda) maddələrində, 75.2-1-ci maddəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 11.2-1-ci (birinci halda), 11.2-3-cü maddələrində və 75.2-1-ci maddəsinin birinci (ikinci halda) cümləsində "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 11.2-1-ci (ikinci halda), 11.2-2-ci, 11.2-4-cü (birinci halda), 75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci, 75.1.6-6-cı, 75.1.7-ci (ikinci halda) maddələrində, 75.2-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 11.2-4-cü (ikinci halda) maddəsində və 75.2-1-ci maddəsinin ikinci (ikinci halda) cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Media haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 247-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bənddə "və 139.4-cü maddələrinin üçüncü cümlələrində" sözləri "maddəsinin üçüncü cümləsində, 59.7-1-ci (hər iki halda) maddəsində, 139.4-cü maddəsinin üçüncü cümləsində" sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilsin:

"3.3-1. həmin Məcəllənin 59.7-1-ci maddəsində birinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;

3.3-2. həmin Məcəllənin 59.7-1-ci maddəsində ikinci halda "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;".

4. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr  937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561) aşağıdakı məzmunda 5.36-2-ci bənd əlavə edilsin:

"5.36-2. həmin Məcəllənin 381.15-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baxır;".

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın13-1.1-ci bəndində "maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (audiovizual media subyektləri istisna olmaqla, digər media subyektlərinə münasibətdə)" sözləri "(audiovizual media subyektləri istisna olmaqla, digər media subyektlərinə münasibətdə), habelə 381.15-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə" sözləri ilə əvəz edilsin.

6. "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il8 fevral tarixli 1589 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 100 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1-ci bəndə "10.2-ci," sözlərindən sonra "11.2-1-ci (hər iki halda), 11.2-2-ci, 11.2-3-cü, 11.2-4-cü (hər iki halda)," sözləri, "74.3-cü," sözlərindən sonra "75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci, 75.1.6-6-cı," sözləri, "75.1.7-ci" sözlərindən sonra "(hər iki halda)" sözləri, "75.2-ci" sözlərindən sonra "maddələrində, 75.2-1-ci maddəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrində" sözləri əlavə edilsin və həmin bənddən "65.2.3-cü," sözləri çıxarılsın;

6.2. 2.5-ci bəndə "10.2-ci," sözlərindən sonra "11.2-1-ci (ikinci halda), 11.2-2-ci, 11.2-4-cü (birinci halda)," sözləri, "74.3-cü," sözlərindən sonra "75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci, 75.1.6-6-cı," sözləri, "75.1.7-ci" sözlərindən sonra "(hər iki halda)" sözləri, "75.2-ci" sözlərindən sonra "maddələrində, 75.2-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində" sözləri əlavə edilsin və həmin bənddən "65.2.3-cü," sözləri çıxarılsın;

6.3. 2.5-1-ci bənd 2.5-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

"2.5-1. həmin Qanunun 11.2-4-cü (ikinci halda) maddəsində və 75.2-1-ci maddəsinin ikinci (ikinci halda) cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;";

6.4. 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilsin:

"2.11. həmin Qanunun 11.2-1-ci (birinci halda), 11.2-3-cü maddələrində və 75.2-1-ci maddəsinin birinci (ikinci halda) cümləsində "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.".


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 avqust 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!