Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Təhsil müəssisələrinin təmir-tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edir
Elektron satınalmada iddiaçı qismində satınalma predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən iddiaçılar iştirak haqqının ödənişini həyata keçirdikdən sonra tenderin Əsas şərtlər toplusunu əldə edə və müsabiqə üçün müvafiq sənədləri təqdim edə bilərlər.
Tenderdə iştirak haqqı 100 (bir yüz) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün iştirak haqqını ödədikdən sonra Portal vasitəsilə tender üzrə tələb olunan ilkin sənədləri 09 sentyabr 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 20 sentyabr 2021-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender təklifləri 21 sentyabr 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar tenderin nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Blinken yenə İsrailə gedir
27 Aprel
"Hizbullah"ın vacib simalarından biri öldürülüb
27 Aprel
Helikopter qəzası: Ölənlər var
27 Aprel
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!