27 İyun 2024 18:12
40569
Konstitusiya məhkəməsi
A- A+
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

 

“Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

 

27 iyun 2024-cü il         Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, sorğuverən orqanın nümayəndələri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladovun, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyevin, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin sorğusu əsasında konstitusiya məhkəmə icraatı qaydasında “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilərin təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim Ceyhun Qaracayevin məruzəsini, tərəflərin nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilərin təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğunluğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsini zəruri hesab etmişdir.

Sorğuda göstərilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 105 səs çoxluğu ilə qəbul edilmiş “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” 2024-cü il 21 iyun tarixli Qərara əsasən Azərbaycan Respublikasının Prezidentindən Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun olaraq buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin Qərarında qeyd olunmuşdur ki, həm parlament seçkilərinin, həm də ölkədə keçiriləcək bir sıra mötəbər beynəlxalq tədbirlərin eyni zaman kəsiyinə təsadüf etməsi nəzərə alınaraq seçkilərin seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilməsinin və Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş vəzifələrinin tam icra edə bilməsinin, o cümlədən həmin dövrdə normayaratma fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir.

Azərbaycan Respublikası Prezidentinin sorğusunda qaldırılan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının bəzi normalarının nəzərdən keçirilməsini vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 81-ci maddəsinə görə, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

Azərbaycan Respublikası Konstitusiyasının 82-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydaların, habelə həll etdiyi məsələlərin dairəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində təsbit edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Qeyd edilməlidir ki, hakimiyyətin bölünməsi prinsipinə əsasən ölkədə qanunvericilik fəaliyyətini həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisi xalq hakimiyyətinin təzahürü olmaqla ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə təşkil olunur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2019-cu il 4 dekabr tarixli Qərarında göstərmişdir ki, müasir demokratik cəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət kəsb edir. Qabaqcıl və mütərəqqi hüquqi aktların qəbul edilməsi ölkədə ictimai münasibətlərin ədalət və hüququn aliliyi əsasında tənzimlənməsini təmin edir.

Məlum olduğu kimi, 2024-cü ilin noyabr ayında öz kütləviliyi və əhəmiyyəti ilə seçilən mötəbər beynəlxalq tədbirlərdən olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası Azərbaycan Respublikasında keçiriləcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarında qeyd olunur ki, ölkədə gözlənilən beynəlxalq tədbirlər zamanı Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş vəzifələrini tam icra edə bilməsinin və həmin dövrdə normayaratma fəaliyyətinin fasiləsizliyinin təmin edilməsinin məqsədəmüvafiqliyi nəzərə alınaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir.

Nəzərə alınmalıdır ki, seçkilər vətəndaşların iradəsini ifadə etməsinin əvəzsiz hüquqi vasitəsi kimi çıxış etməklə, seçkidə iştirakın əlçatanlığının təmin edilməsi, namizədlərin seçicilərlə təmasının, öz siyasi platformalarını təqdim etmələri məqsədilə zəruri və əlverişli şəraitin yaradılması baxımından dövlət üçün müvafiq öhdəlik yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin Preambulasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində — referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən 2019-cu il 4 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini obyektiv qiymətləndirməklə öz işini davam etdirib-etdirməməsinin mümkünlüyünə dair qərar qəbul edə bilər.

Həmin Qərarda, həmçinin göstərilir ki, deputatların mütləq əksəriyyətinin parlamentin öz səlahiyyətlərini artıq həyata keçirə bilməməsi barədə qəti mövqeyinin formalaşması Azərbaycan Respublikası Milli Məclisinin buraxılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsində nəzərdə tutulmuş əsası yaradır.

Hazırkı halda da Azərbaycan Respublikası Milli Məclisi deputatlarının mütləq əksəriyyətinin mövqeyi ondan ibarətdir ki, ölkədə beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı aparılacaq işlər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin seçki qanunvericiliyinə uyğun keçirilməsinə və Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində göstərilmiş səlahiyyətlərinin tam icra edilməsinə maneə törədəcəkdir.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən hesab edir ki, “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğundur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2019-cu il 4 dekabr tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111 və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilsin.

2. Qərar elan edildiyi andan qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr                   Fərhad Abdullayev

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

14:56
13 İyun

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

14:36
13 İyun

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib  

14:25
13 İyun

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

13:58
13 İyun

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

13:18
13 İyun

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq  

12:59
13 İyun

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

12:49
13 İyun

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

12:23
13 İyun

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:10
13 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

12:08
13 İyun

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

11:58
13 İyun

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

11:53
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

11:13
13 İyun

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!