10 Sentyabr 2025 10:11
631
SİYASƏT
A- A+
Azərbaycan regionun gələcəyini müəyyənləşdirən gücdür  

Azərbaycan regionun gələcəyini müəyyənləşdirən gücdür  


2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində bir dönüş nöqtəsi oldu. Bu müharibə təkcə torpaqlarımızın azad olunması deyildi, bu, 30 illik ədalətsizliyə son qoymaq, milli qürurumuzu, şərəfimizi, dövlətimizin suverenliyini bərpa etmək idi. 

2023-cü ilin 19-20 sentyabrında cəmi bir gün davam edən uğurlu antiterror əməliyyatı isə prosesin son nöqtəsini qoydu. 

2023-cü il oktyabrın 15-də Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycanın üç rəngli bayrağının ucaldılması ilə Azərbaycana qarşı 200 ildən artıq davam edən erməni bəlasının tabutuna sonuncu mismar vurulmuş oldu. 

Bununla Ali Baş Komandan xalqımıza qarşı 200 il ərzində davam etdirilən böyük tarixi ədalətsizliyə son qoydu və tarixi ədaləti bərpa elədi. Bu böyük tarixi zəfərin əsasında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəmir iradəsi, prinsipiallığı, uzaqgörənliyi və müdrik liderliyi, Azərbaycan Ordusunun gücü və xalqın birliyi və iradəsi dayanırdı.

Vətən müharibəsindəki böyük tarixi qələbədən sonra Azərbaycan revanşizm və intiqam yolunu deyil, sülh və əməkdaşlıq yolunu seçdi. Dövlət başçımız bütün dünyaya bəyan etdi ki, Azərbaycan yalnız regionda deyil, beynəlxalq aləmdə də ədalətli sülhün tərəfdarıdır. Dövlət başçısının irəli sürdüyü prinsiplər beynəlxalq hüquqa və ədalətə əsaslanırdı: sərhədlərin tanınması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, iqtisadi əlaqələrin qurulması və qonşuluq münasibətlərinin təsisi və inkişafı. Bu prinsiplər ədalətli, dayanıqlı və uzunmüddətli sülhün təminatıdır.

Lakin bir neçə il ərzində Rusiya və Avropa liderlərinin vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan danışıqları gözlənilən nəticəni vermədi. Çünki bu proseslərdə vasitəçilər öz maraqlarını önə çəkirdilər, regionda balans yaratmaq istəyirdilər, lakin münaqişənin tam həllinə yönəlmirdilər. Əslində, bu platformalar illərlə sülh prosesini uzatdı, lakin problemi kökündən həll etmədi.

2025-ci ilin 7-8 avqustunda gerçəkləşdirilən Vaşinqton danışıqları isə fərqli oldu və real nəticələrlə yadda qaldı. ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşdə ilk dəfə olaraq konkret nəticələr əldə edildi. Burada tərəflər arasında sülh müqaviləsinin paraflanması və birgə bəyanatın imzalanması tarixi hadisə kimi yadda qaldı.

2025-ci ilin 8 avqustunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən Vaşinqtonda paraflanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik mühitinə fundamental təsir göstərə biləcək tarixi sənəddir. Bu Saziş uzun illər davam edən münaqişəyə hüquqi-siyasi nöqtə qoymaqla yanaşı, Cənubi Qafqazda ədalətli, hərtərəfli və davamlı sülhün bərqərar olması üçün geniş yol xəritəsi təqdim edir.

Bütövlükdə, bu saziş layihəsinin paraflanması Azərbaycanın diplomatik qələbəsi və regionun gələcəyi üçün mühüm strateji addımdır. Bu, Azərbaycanın hərb meydanında qazandığı böyük tarixi qələbənin diplomatik müstəvidə təsdiqidir. 

Saziş layihəsinin paraflanması ilə Azərbaycan özünün ərazi bütövlüyünü beynəlxalq hüquqla rəsmiləşdirir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır, Azərbaycana qarşı hansısa ərazi iddialarından, destruktiv siyasətdən əl çəkdiyini və konstruktiv əməkdaşlığa başladığını bəyan edir və bu yöndə üzərinə öhdəliklər götürür. Bu öhdəliklərin təminatçısı rolunda da dünyanın supergücü ABŞ çıxış edir.

 Sülh sazişi layihəsinin paraflanması yalnız Cənubi Qafqazda iki dövlət arasında münaqişənin bitməsi deyil, həm də beynəlxalq hüququn üstünlüyü, regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından yeni mərhələnin başlanğıcıdır. Bununla Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsası qoyulur və Azərbaycanla Ermənistan arasında mehriban qonşuluq münasibətləri təsis etmək üçün geniş imkanlar yaradılır.

Vaşinqtonda imzalanan Birgə Bəyannamə isə tərəflərin gələcəkdə qarşılıqlı etimada söykənən münasibətlər yaratmaq əzmini nümayiş etdirdi. Bu sənəd təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün yeni perspektivlər açır. ABŞ-ın vasitəçiliyi ilə əldə edilən bu razılaşma beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılandı, təqdir edildi və Azərbaycanın haqq işinin ədalətli nəticəsi kimi dəyərləndirildi.

Ən önəmlisi odur ki, bu proses nəticəsində Azərbaycanın irəli sürdüyü şərtlər tam şəkildə qəbul edildi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yolunda prinsipial razılaşma əldə olundu, müqavilə paraflandı, Zəngəzur dəhlizinin açılması məsələsi isə artıq real icra mərhələsinə keçdi.

Bu gün Cənubi Qafqazda tamamilə yeni bir tarixi və siyasi reallıq formalaşıb. Azərbaycan artıq müharibəni qələbə ilə başa vurmuş, 30 illik ədalətsizliyə son qoymuş, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş ölkədir. Sülh müqaviləsinin paraflanması və şərtlərin qarşı tərəfə qəbul etdirilməsi Azərbaycanın regionda siyasi iradəsinin və qətiyyətli diplomatiyasının ən bariz göstəricisidir. Bu gün artıq Azərbaycan diktə edən tərəfdir, şərtləri qəbul etdirən tərəfdir və regionun gələcəyini müəyyənləşdirən əsas gücdür.

Zəngəzur dəhlizinin də açılması ərəfəsində olan Azərbaycan, təkcə öz iqtisadi və geosiyasi maraqlarını deyil, bütövlükdə regionun təhlükəsizlik, əməkdaşlıq və inkişaf perspektivlərini formalaşdıran aparıcı aktora çevrilib. Bu dəhliz Cənubi Qafqazı yeni nəqliyyat və enerji xəritəsinə daxil etməklə Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq, ölkəmizi Avrasiyanın əsas logistik və iqtisadi mərkəzlərindən birinə çevirəcəkdir. 

Əlbəttə ki, əldə edilən bütün bu uğurların mərkəzində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanır. O, siyasi iradəsi, qətiyyətli mövqeyi, diplomatik çevikliyi və əzmkarlığı sayəsində yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın taleyini və inkişaf perspektivini dəyişdi. 

Məhz cənab Prezidentimizin qətiyyətli fəaliyyəti sayəsində Azərbaycan Cənubi Qafqaza sülh gətirdi və beynəlxalq münasibətlər sisteminə yeni bir ədalət modeli təqdim etdi. 

Dövlət başçımız ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə yanaşı, Cənubi Qafqazda sülhün memarı, ədalətin təminatçısı və gələcəyin qurucusu olaraq müdrik lider adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.

Vasif Qafarov,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!