02 Avqust 2025 15:04
701
SİYASƏT
A- A+
Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqda yeni səhifə açır

Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqda yeni səhifə açır

Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolu günbəgün artır. Ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə, regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi nəticəsində reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən formalaşdırır. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası daha da genişlənir, yeni layihələr gündəmə gətirilir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla davam etdirilməsi, yeni neft-qaz yataqlarının kəşfində birgə səylərin artırılması, qardaş Türkiyə və qonşu Gürcüstanla birgə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin sırasına Cənub Qaz Dəhlizi layihəsinin daxil olması ölkəmizin regional və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrdəndir. Tarixən neft ölkəsi olan Azərbaycan bu gün təbii qaz, elektrik enerjisi ixracatçısı kimi dünyanın diqqətindədir. Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır. Coğrafi əhatə baxımından maye qaz deyil, boru kəməri ilə nəql olunan qaza gəldikdə Azərbaycan qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Dövlətimizin başçısı İlham Əliyev gələcək planlardan bəhs edərkən bildirir ki, hədəf 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Bu gün 25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək. Qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O, diqqəti iyul ayında Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlara, əldə edilən razılaşmalara yönəldərək qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev ilə görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi və Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb. Səfər çərçivəsində SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb: “Sözügedən səfərə diqqət yetirməyimiz səbəbsiz deyil. Belə ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisə yaşanacaq. İlk dəfə Azərbaycan təbii qazının dost, qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına başlanılır. Bu mühüm hadisə təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlığında yeni səhifə olacaq. Türkiyə vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq. Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir”.

V.Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan təbii qazı yeni bazara daxil olur. Ölkəmizin enerji strategiyası yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanıb. Azərbaycanın çoxşaxəli siyasəti regionda yeni enerji xəritəsinin formalaşmasına təkan verir. Qeyd edək ki, hazırda Azərbaycan qazı əsasən Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələrinə ixrac edilir. Göründüyü kimi, Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni bazarlara çıxışda maraqlıdır. Yeni tərəfdaşlar, dostlar qazanan ölkəmiz malik olduğu resurslara söykənərək gündəmə gətirdiyi hər bir layihəni birgə səylər əsasında uğurla reallığa çevirir. Qaz ixracının coğrafiyasının genişləndirilməsi, perspektivli ixrac istiqaməti kimi Yaxın Şərq regionunun da nəzərdən keçirilməsi özündə mühüm məqamları ehtiva edir. Türkiyə vasitəsilə Suriyaya ixrac yeni istiqamətdir. Ölkəmiz Suriyanın qaz nəqli şəbəkəsinə qoşulmaqla Livan, İordaniya və Misirə də mavi yanacaq ixrac edə bilər.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq formatını yaradan körpüdür. Bu günümüzün reallıqları Azərbaycanın təbii ehtiyatlarının dünyanın enerji xəritəsini dəyişdiyini bir daha təsdiqləyir. Hazırda əsas hədəf şaxələndirmə formatının genişləndirilməsi, biznes imkanlarının yerli və dünya bazarlarına çıxışın istiqamətlərinin artırılmasıdır. Azərbaycan Avropa və Mərkəzi Asiyada olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılması yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar regional enerji bazarında yeni əməkdaşlıq formatlarının yaranmasına, yaşıl enerji ixracını hədəfləyən enerji dəhlizlərinin yaradılmasına və ölkənin yaşıl enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. Yaxın gələcəkdə Azərbaycanın Yaxın Şərq ölkələrinə elektrik ixracını reallaşdırması mümkündür.

Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycan qazının Suriyaya ixracı enerji diplomatiyamızın növbəti uğurudur. Ölkəmiz təkcə enerji təchizatçısı deyil, həm də etibarlı tərəfdaş kimi regionda öz yerini möhkəmləndirir. Azərbaycan həm ixrac imkanlarını, həm də siyasi təsir coğrafiyasını genişləndirir. Hər bir ölkənin iqtisadi müstəqilliyi enerji təhlükəsizliyi ilə tamamlanır. Bu prinsip Azərbaycanın neft strategiyasının başlıca amili kimi bu gün də dəstəklənir və gələcəkdə də nümunə göstəriləcək. Azərbaycanın enerji diplomatiyası özünü doğrultmaqla ölkəmizin iqtisadi potensialının gücləndirilməsində mühüm rola malikdir. Azərbaycan qlobal əhəmiyyətli layihələrin həlli üçün əməkdaşlığa hazırdır və qazandığı təcrübələrin daha geniş miqyasda tətbiqində maraqlıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!