26 Yanvar 2022 23:26
601
SİYASƏT
A- A+

Azərbaycan Ombudsmanı ATƏT-in tədbirində Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavab verib

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Azərbaycanın sədrliyi ilə keçirilən Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda Ermənistan nümayəndə heyətinin üzvünün əsassız arqumentlərinə tutarlı cavab verib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbinə Əliyeva bütün beynəlxalq humanitar hüquq normaları və insan hüquqlarına zidd şəkildə Ermənistanın qəsdən qadağan olunmuş “SCUD”, “Smerç”, “İsgəndər-M” və digər ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə mülki əhalinin sıx yaşadığı şəhər və rayonları intensiv şəkildə bombardmana məruz qoyduğunu, nəticədə mülki şəxslər arasında ölüm və yaralanma hallarının, habelə kütləvi dağıntıların baş verdiyini bildirib.

Ombudsman müharibə zamanı və sonrakı dövrlərdə müharibədən zərər çəkmiş ərazilərə baş çəkərək, Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin nəticələri ilə yerində tanış olduğunu, bu cinayətlərin qurbanları ilə görüşdüyünü, beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının bilavasitə şahidi olduğunu vurğulayıb.

O, habelə Ermənistanın 1992-ci il fevralın 26-da mülki şəxslərə qarşı insanlıq tarixində misli görünməmiş Xocalı soyqırımını törətdiyini, nəticədə çox sayda mülki şəxslərin, o cümlədən qadın, uşaq və qocaların amansızcasına etnik zəmində qətlə yetirildiyini Forum iştirakçılarının diqqətinə çatdırıb.

Ombudsmanın müharibə dövründə erməni hərbi əsirlərə baş çəkərək onların saxlanma şəraiti ilə tanış olduğu, fərdi qaydada qəbul etdiyi, müraciətlərini dinlədiyi, onların ailə üzvləri ilə həm telefon, həm də məktub vasitəsi ilə əlaqə saxlamalarına yardım edildiyi, öz dillərində hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktlarının təqdim olunduğu, lakin Ermənistan Ombudsmanının Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir və girovların vəziyyətləri ilə bir dəfə də olsun maraqlanmadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ombudsman Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyi ilə bağlı indiyədək onların ailə üzvlərinə məlumat verilməməsinin beynəlxalq humanitar hüquq normalarına zidd olduğunu, bununla Ermənistan tərəfinin ailə həyatına hörmət hüququnun, habelə münaqişə tərəflərinin itkin düşmüş şəxslərin axtarışı, onlarla bağlı məlumatların mübadiləsi sahəsində əməkdaşlıq etmək öhdəliyini pozduğunu qeyd edib.

S.Əliyeva Ermənistanın 30 il ərzində işğal altında saxlanılmış Azərbaycan torpaqlarında kütləvi şəkildə minalama prosesi həyata keçirdiyini, Ermənistan tərəfinin hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırmasının beynəlxalq humanitar hüquq pozuntusu olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video