12 Noyabr 2024 08:00
267
CƏMİYYƏT
A- A+
Azərbaycan nümunəsi

Azərbaycan nümunəsi


COP29-a layiqli evsahibliyi ölkəmizin növbəti beynəlxalq nailiyyəti kimi tarixə yazılacaq


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda artıq öz işinə başlayıb. Dünyanın dörd bir yanından gələn onminlərlə insan qlobal iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması, onunla effektiv mübarizə aparılması üçün Azərbaycanın paytaxtına toplaşaraq çözüm arayır, vacib təkliflər irəli sürür, çağırışlar edirlər. 

Qlobal toplantının fonunda diqqətçəkən mühüm məqamlardan biri isə, heç şübhəsiz, COP kimi beynəlxalq miqyaslı böyük tədbirə ölkəmizin uğurla evsahibliyi etməsidir. Amma qonaqlarının sayı baxımından dünyanın ən böyük tədbiri olan COP29-a qədər də Azərbaycanın neçə-neçə dünyamiqyaslı tədbirə layiqincə evsahibliyi etməsini göz önünə gətirdikdə bunun heç də təsadüfi olmadığını görürük. 


Dünyanın hər yerindən görünən Azərbaycan


Hələ illər öncədən bu cür kütləvi tədbirləri keçirmək təcrübəsi olan Azərbaycan hər zaman ortaya yaxşı nümunə qoyub. İstər siyasi, iqtisadi, istərsə də humanitar olsun, fərqi yoxdur, həmişə keçirdiyi tədbirlər ideal formada həyata keçirilib. Yüksək səviyyədə təşkilatçılığı, nümunəvi evsahibliyi ilə hər zaman seçilən ölkəmiz qonaqpərvərliyi, insanlarının mehribanlığı, gülərüzlülüyü ilə də qonaqlarının yaddaşında unudulmaz iz buraxıb. 

Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Avroviziya" Mahnı Müsabiqəsi, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu çərçivədə ölkəmizdə həyata keçirilən SPECA-nın Zirvə görüşü, Beynəlxalq Astronavtika Konqresi kimi mühüm tədbirlər də bu qəbildəndir. 

Respublikamız "Avroviziya-2012" Mahnı Müsabiqəsi kimi möhtəşəm musiqi yarışmasını, ardınca Birinci Avropa Oyunlarını yüksək təşkilatçılıqla keçirərək beynəlxalq aləmdə nüfuz sahibi oldu. Azərbaycan keçirdiyi bu tədbirlər zamanı ortaya qoyduğu mükəmməl nümunələrlə dünyanın hər yerindən aydın göründü. Hətta ölkəmizə qarşı qərəzli mövqedə olanlar belə həmin vaxt nümayiş etdirilən yüksək təşkilatçılığı, qonaqpərvərliyi, respublikamızın müasirliyini, gözəlliyini etiraf etməli oldular. Ən əsası, Azərbaycanın multikultural, tolerant mühiti  tam mübaliğəsiz demək olar ki, ölkəmizə gələn qonaqların hər birini heyrətləndirdi. Çünki respublikamızda min illərdir var olan multikultural, tolerantlıq mühitinə hazırkı dövrdə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. 


Yüksək təşkilatçılıq


2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi isə Azərbaycanın dünyadakı nüfuzlu mövqeyinin daha bir ifadəsi oldu. Möhtəşəm formada təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi həm də Azərbaycanın bütün sahələr üzrə xarici ölkələrdə təqdimatı, ölkəmiz haqqında məlumatların çatdırılması üçün mühüm platforma oldu. 

Adıçəkilən beynəlxalq səviyyəli tədbirlərin təşkilində Azərbaycanın Birinci vitse-prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. İstər Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, istərsə də "Avroviziya" Mahnı Müsabiqəsi olsun, Birinci xanım Mehriban Əliyevanın həmin tədbirlərin Təşkilat Komitəsinə rəhbərliyi sayəsində ən yüksək səviyyədə keçirilib. 

Hazırda isə Azərbaycan COP29-un timsalında daha bir dünyamiqyaslı tədbirə evsahibliyi edir. 

Vurğulayaq ki, respublikamız ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi də bunun bariz göstəricisidir.

Əminliklə demək olar ki, onminlərlə əcnəbi qonağın iştirak etdiyi bu nəhəng tədbiri də ölkəmiz yüksək səviyyədə keçirəcək, mükəmməl evsahibliyini, qonaqpərvərliyini dünyaya nümayiş etdirərək nümunə göstərəcək. Bir sözlə, Azərbaycan COP29-a layiqli evsahibliyi ilə növbəti beynəlxalq nailiyyətini tarixə həkk edəcək.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib

19:20
13 Dekabr

Qida məhsullarının ticarəti sahəsində çalışan sahibkarların müraciətləri dinlənilib

18:16
13 Dekabr

MOK-da II Təhlükəsiz İdman Forumu keçirilib

18:06
13 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

18:01
13 Dekabr

Gürcüstan nümayəndə heyəti hərbi təhsil müəssisələrində olub  

18:00
13 Dekabr

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib

17:59
13 Dekabr

Dövlət Xidməti: “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər təşəbbüsü Milli Məclisdə baxışdadır  

17:58
13 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

17:57
13 Dekabr

Fəxri konsul: İrlandiyada Azərbaycanı təmsil etmək böyük şərəfdir

17:56
13 Dekabr

XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib

17:55
13 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:54
13 Dekabr

BMTM-in və XİN-in birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim təşkil olunub

17:54
13 Dekabr

Azəri-Çıraq-Günəşli yatağında ümumi neft hasilatı 600 milyon tona çatıb

17:52
13 Dekabr

Vətəndaşların ilkin hərbi qeydiyyata alınma müddəti dəyişdirilir

17:52
13 Dekabr

Bələdiyyə seçkiləri ilə bağlı 3662 nəfərin namizədliyi irəli sürülüb

17:50
13 Dekabr

Daha beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

17:49
13 Dekabr

Fransa prezidenti Fransua Bayrunu baş nazir təyin edib

17:48
13 Dekabr

Türkiyə və ABŞ diplomatiya rəhbərləri Ankarada Suriya ilə bağlı birgə addımları müzakirə ediblər  

17:44
13 Dekabr

Səfir: Ukraynada diaspor üzvləri həmişə Azərbaycan dövlətinin dəstəyini hiss edib

17:43
13 Dekabr

Gələcəkdə hərbi xidmətə çağırış yalnız elektron qaydada həyata keçiriləcək

17:42
13 Dekabr

Heydər Əliyev Fondu “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsini həyata keçirir

17:39
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!