30 May 2023 11:43
556
CƏMİYYƏT
A- A+
Azərbaycan nümayəndə heyəti Avropa Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edib

Azərbaycan nümayəndə heyəti Avropa Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edib

 

Almaniyanın paytaxtı Berlində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə 400-ə yaxın nümayəndə iştirak edib. Ölkəmiz qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Öncə ev sahibi Almaniya Birləşmiş Həmkarlar İttifaqları Təşkilatının sədri Yasmin Fahimi qonaqları salamlayaraq tədbiri açıq elan edib. O, çıxışında dünyada gedən proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və onun Avropaya təsiri, COVID-19-un sosial-iqtisadi sahədə törətdiyi fəsadlardan söz açıb. Bildirib ki, Avropa İttifaqında bəzi qanunlarda dəyişikliklər aparılmalı, hamının razı qalacağı bir iqtisadiyyat yaratmaq lazımdır. Bunun üçün də sosial tərəfdaşlarla daha sıx və müştərək iş aparılmalıdır.

Sonra Almaniyanın Federal Kansleri Olaf Şolts, Avropa Parlamentinin vitse-prezidenti Evelin Regner, Avropa İqtisadi və Sosial Komitəsinin prezidenti Oliver Röpke və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxış ediblər.

Qurultayda Ester Linç növbəti dəfə Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi seçilib.

Qeyd edək ki, Avropa Həmkarlar İttifaqları Konfederasiyası 41 ölkədə 45 milyon işçini təmsil edir.

AHİK sədri Səttar Möhbalıyev qurultay çərçivəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Ester Linç, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Gilbert F.Houngbo, Almaniya Birləşmiş Həmkarlar İttifaqları Təşkilatının sədri Yasmin Fahimi, Yunanıstan Ümumhəmkarlar İttifaqları Konfederasiyasının sədri Giannis Panagopoulos və başqaları ilə görüşlər keçirib, ikitərəfli münasibətlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!