20 Mart 2024 08:15
664
SİYASƏT
A- A+
Azərbaycan-NATO əməkdaşlığı qarşılıqlı maraqlara xidmət edir

Azərbaycan-NATO əməkdaşlığı qarşılıqlı maraqlara xidmət edir

 

Keçmiş SSRİ süquta uğradıqdan, respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan dünyada mövcud olan müxtəlif inkişaf modelləri sırasında Qərb dəyərlərini seçərək siyasi-hərbi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən NATO ilə əməkdaşlığa üstünlük verdi. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-1993-cü illərdə başlasa da, əməkdaşlığın beynəlxalq hüquq normaları çərçivəsində rəsmi nizama salınmasının bünövrəsi 4 may 1994-cü ildə qoyulmuşdur.
Xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev Şimali Atlantika Alyansı ilə əlaqələrin dərinləşdirilməsini özünün xarici siyasət kursunun mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Alyansın beynəlxalq təhlükəsizliyini nizama salan münasibətlər sistemindəki yerini və nüfuzunu nəzərə alan Heydər Əliyev Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulması üçün 1994-cü il mayın 4-də Brüsseldə NATO-nun Çərçivə Sazişini imzalamaqla müasir beynəlxalq hüquqi müstəvidə Azərbaycan-NATO münasibətlərinin əsasını qoydu.
Həmin Çərçivə Sazişinin 1-ci bəndində qeyd olunur: "NATO-nun üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1994-cü il yanvarın 10-11-də öz görüşlərində etdikləri dəvətə əlavə olaraq, bu sənədi imzalamış və Avratlantika regionunda siyasi-hərbi əlaqələri dərinləşdirmək və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə kömək etmək əzmində olduğunu bildirmiş Şimali Atlantika İttifaqının üzvü olan dövlətlər və digər dövlətlər bununla Şimali Atlantika Əməkdaşlığı Şurası əsasında bu "Sülh Naminə Tərəfdaşlığ"ı təsis edirlər".
Azərbaycan dünyanın yüksək nüfuzlu siyasi-hərbi təşkilatı olan NATO ilə əməkdaşlığı bu gün də uğurla davam etdirir. Bu əməkdaşlıq qarşılıqlı etimad üzərində qurulub.
Ötən illər ərzində Azərbaycan Ordusu NATO-nun müvafiq proqramlarına əsasən təhlil, təhsil, təlim, sülhyaratma missiyalarında uğurla iştirak etmişdir. Ölkəmiz NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal şəkildə istifadə edir və mühüm sənədlərdə öz əksini tapmış məqsəd və prinsiplərin yerinə yetirilməsində ön sıralarda gedir. Azərbaycan hərbçilərinin NATO qüvvələrinin tərkibində Kosovoda, Əfqanıstanda sülhyaratma əməliyyatlarında yaxından iştirak etmişdir. Bu cür qarşılıqlı əməkdaşlıq hər iki tərəfə uğur gətirir.
May ayında Azərbaycan-NATO əlaqələrinin 30 ili tamam olur. Ötən müddət ərzində bu əlaqələr inkişaf edərək genişlənib. Azərbaycan-NATO tərəfdaşlığının ölkəmiz üçün faydalı olduğunu İkinci Qarabağ müharibəsində gördük. Belə ki, ötən illər ərzində hərbi alyansın SNT layihəsi çərçivəsində Azərbaycan Ordusunda aparılan islahatlar müdafiə imkanlarımızı xeyli genişləndirmiş, silahlı qüvvələrimizi müasirləşdirmiş, peşəkarlıq səviyyəsini daha da artırmışdır. Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatının fəal tərəfdaşı kimi qurumun strateji layihələrində bu gün də yaxından iştirak edir. 
Xəbər verildiyi kimi, bu günlər NATO-nun Baş katibi Yens Stoltenberq ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Baş katib Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdür. Dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində keçən təkbətək görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev hərbçilərimizin Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etdiyini xüsusi vurğulamışdır: "Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir". 
NATO-nun Baş katibi Yens Stoltenberqin Qafqaz turnesinə məhz Bakıdan başlaması siyasətçilərin diqqətini cəlb edib. Bu, bir daha sübut edir ki, Azərbaycan bölgədə əsas söz sahibidir. Y.Stoltenberq Bakıda mətbuata verdiyi bəyanatında Azərbaycanın NATO müttəfiqləri ilə əlaqələrinin inkişaf etdirdiyini alqışlamış, ölkəmizin NATO-nun əsas müttəfiqlərinin enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirmişdir. 
Azərbaycan-Ermənistan  arasında aparılan sülh danışıqlarına da toxunan NATO-nun Baş katibi uzun illər çəkən münaqişədən sonra Azərbaycanın hazırda davamlı sülhə nail olmaq imkanı qazandığını demişdir: "Sizin Ermənistanla sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm".
Yens Stoltenberq Bakıda verdiyi açıqlamasında Azərbaycan sülhməramlılarının Kosovoda, xüsusən Əfqanıstandakı fəaliyyətini xüsusi olaraq vurğulaması təsadüfi deyil. Çünki Türkiyə və Azərbaycan hərbçiləri Əfqanıstan hərbi aeroportunda NATO kontingentinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayıb, üzərlərinə düşən tapşırığı bacarıqla yerinə yetiriblər, ölkəmizi sülhyaratma əməliyyatlarında layiqincə təmsil ediblər. 30 il əvvəl başlayan NATO-Azərbaycan əməkdaşlığı bu gün də uğurla davam edir. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!