05 May 2024 08:10
281
SİYASƏT
A- A+

Azərbaycan müxtəlif mədəniyyətlərin inkişafına töhfə verir

 

"Ölkəmizin evsahibliyi etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan cəmiyyətinin tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi mühüm dəyərləri uzun əsrlərboyu qoruyub saxladığını sübut etdi. Bu forum Azərbaycanın müxtəlif mədəniyyətlərin inkişafına töhfə verməkdə maraqlı olduğunu bir daha göstərdi. Bununla da biz hər zaman olduğu kimi, yenə də nümayiş etdirdik ki, dünyada yalnız sülhün və dostluğun tərəfdarıyıq". 
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Deputat bildirib ki, ölkəmizdə hər zaman müsbət mədəniyyətlərarası dialoqun olması, burada yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin vahid ailə şəklində yaşamaları Azərbaycanın mədəniyyətlərarası körpü rolu oynadığından xəbər verir: "Əsas məqsədlərdən biri də odur ki, Azərbaycan təkcə regionda deyil, dünyada sülhün və əmin-amanlığın hökm sürməsinə çalışır. Forumun açılış mərasimində Prezident İlham Əliyevin "Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır", -  deyə diqqətə çatdırdığı bu fikirlər bunu bir daha təsdiq edir. Onu da xüsusi qeyd edək ki, Azərbaycanın bu tolerantlığı fitridir".
Prezidentin açılış mərasimindəki nitqinə də diqqət çəkən deputat qeyd edib ki, dövlət başçısının Azərbaycanı əsrlərboyu mədəniyyətlərin qovuşduğu məkan adlandırması təsadüfi deyil: "Müstəqilliyin ilk illərində yaşadığımız çətinliklər fonunda belə, xalqımız bu həmrəyliyini nümayiş etdirib. Yəni heç bir qüvvə bizim xislətimizə xas müsbət keyfiyyətlərdən uzaq düşməyimizə səbəb ola bilməyib. Həmçinin coğrafi mövqeyimiz - Şərq ilə Qərb arasında yerləşməyimiz də çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olmağımıza gətirib çıxarıb. Xalqımız da bu dəyərlərə sahib çıxaraq tolerantlığı və multikulturalizmi həyat tərzinə çevirib".
Cavanşir Paşazadə onu da söyləyib ki, bu cür mötəbər tədbirlərə evsahibliyi etmək dünyada Azərbaycana verilən qiymətin göstəricisidir: "Deməli, dövlətimizin, şəxsən Prezident İlham Əliyevin dünyada durmadan artan nüfuzu bizə olan etimadı da yüksək səviyyəyə çatdırıb. Təsadüfi deyil ki, Azərbaycanın 2024-cü ildə COP29-a evsahibliyi etməsi yekdil qərarla qəbul edilib".
Deputat yekunda vurğulayıb ki, 2020-ci ildə öz torpaqlarnı müharibə ilə geri qaytaran Azərbaycan ard-arda zəfərləri sayəsində öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib: "Postmünaqişə dövründə isə Azərbaycanın tək məqsədi sülhə töhfə verəcək addımlar atmaq və regionda əməkdaşlıq mühitini formalaşdırmaqdır. Ona görə də müharibədən dərhal sonra qalib tərəf olmağımıza baxmayaraq, Ermənistana sülh təklif etdik. İrəvan da başa düşməlidir ki, Cənubi Qafqazda sülh yalnız Azərbaycanla münasibətlər normallaşdıqdan sonra baş tuta bilər. Bu səbəbdən dövlətimizin sülhün bərpası istiqamətində atdığı addımlar adekvat cavabını almalıdır".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video