09 May 2025 18:09
377
CƏMİYYƏT
A- A+
Azərbaycan komandoları Moskvada Qızıl meydanda təntənəli marşla keçid ediblər 

Azərbaycan komandoları Moskvada Qızıl meydanda təntənəli marşla keçid ediblər 

Azərbaycan Respublikasının Komando briqadasının parad heyəti faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi parad çərçivəsində Moskvada Qızıl meydanda təntənəli marşla keçid ediblər. Parad heyətinə polkovnik-leytenant Samit Məmmədov rəhbərlik edib.

AZƏRTAC xəbər verir ki, Qələbə paradında MDB ölkələri də daxil olmaqla, 13 xarici dövlətin parad heyətləri iştirak edib. Azərbaycanla yanaşı, Qırmızı meydandan təntənəli marşla Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də Vyetnam, Misir, Çin, Laos, Monqolustan və Myanmanın hərbçiləri keçiblər.

Rusiya Prezidenti Vladimir Putin parad iştirakçılarına və Rusiya vətəndaşlarına müraciət edib. O, çıxışında nasizmin məğlub edilməsində keçmiş SSRİ respublikalarının rolunu qeyd edərək, Cənubi Qafqaz və Orta Asiya xalqlarının qəhrəmanlığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, “buradan cəbhənin ehtiyac duyduğu hər şeylə yüklü vaqonlar fasiləsiz yola düşüb. Burada hospitallar yerləşdirilib və yüz minlərlə təxliyə olunmuş insan özünə ikinci vətən tapıb. İnsanlar evlərini, çörəklərini və mənəvi dəstəyini onlarla bölüşüb”.

Qızıl meydandakı parad bütün həlak olmuşların xatirəsinə bir dəqiqəlik sükutla başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivləri TƏHLİL 

09:49
20 May

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik  

09:48
20 May

Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın  

09:47
20 May

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb  

09:45
20 May

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

09:44
20 May

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

09:42
20 May

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq  

09:41
20 May

Bir tərəfdən də aclıq...

09:20
20 May

Elektron siqaretin zərəri daha çoxdur

09:15
20 May

Əbədiyyət yolçusu

09:10
20 May

MƏN TORPAĞAM

09:07
20 May

Neftçalada maarifləndirici tədbir təşkil olunmuşdur

09:05
20 May

Ürəyini sənətə, övladını Vətənə qurban verib

09:00
20 May

Təbiət sınağa çəkir

08:55
20 May

Düzgün idarə olunan iqtisadiyyatın təməli

08:50
20 May

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni dövrü başlayır

08:45
20 May

Qərb Azərbaycanın yaratdığı geosiyasi reallığı qəbul etməyə məcburdur

08:40
20 May

Ermənistanda 600 min nəfər aclıqla üz-üzədir

08:35
20 May

Paşinyanın açıqlaması konstruktivlikdən tamamilə uzaqdır

08:30
20 May

Fransa beynəlxalq qanunları kobud şəkildə pozmaqda davam edir

08:25
20 May

Azərbaycan yeni orta güc kimi: geosiyasi özəlliklər

08:20
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!