03 Dekabr 2023 10:35
1316
Mədəniyyət
A- A+
Azərbaycan kinosunun "Ad günü"

Azərbaycan kinosunun "Ad günü"

 

Rasim Ocaqov 72 illik həyatında bir gün də "Özgə ömür" yaşamadı

 

Adının Azərbaycan kino sənətinin səhifələrinə əbədi yazılmasının əsas səbəbi, əlbəttə ki, istedadı və həddindən artıq zəhmətsevərliyi oldu. Xalq artisti, Dövlət mükafatı laureatı Rasim Ocaqovu bu uğurlara çatdıran yol isə kino sənətinə vurğunluqdan başlamışdı...

 

"Sehir"li aləmlə tanışlıq

 

O, 1933-cü ildə Şəkidə dünyaya gəlib. Uşaqlıq illərinin qayğısız keçməsinə dövr, zaman imkan verməyib. Sovet hakimiyyətinin repressiya siyasətinin Azərbaycana vurduğu yaralar sağalmamış İkinci Dünya müharibəsi başlayıb. Müharibə dərd üstünə dərd gətirib. Evlərə "qara kağızlar"la gələn ah-nalələri, qəm-qüssəni, müharibənin düçar etdiyi maddi sıxıntıları, yoxsulluğu görüb.
Dünyanın o qarışıq vaxtlarında təhsil almağa başladı. 1941-ci ildə Şəkidə orta məktəbin rus şöbəsinə getdi. Uşaq vaxtlarından  foto ilə maraqlandı, həvəslə şəkillər çəkməyə başladı. O vaxtlar geoloq olacağı günlərin xəyalını qururdu. Bu arzuya Şəkinin dağlarına neft axtarmağa gələn mütəxəssisləri gördükdən sonra düşmüşdü. Amma yenə də fotoqrafiya ilə ciddi məşğul olmağı unutmadı.
Bir gün Şəkiyə sənədli film çəkən qrup gəldi. O zaman 9-cu sinifdə oxuyan  Rasim onların işlərinə baxmaq üçün yanlarına getdi. Sirli kino aləmi onu özünə cəlb etdi. Elə o vaxtdan daha bu aləmdən ayrıla bilmədi. Sənət arzusu dəyişdi. Valideynləri bundan xəbər tutanda razı olmadılar. Ancaq oğullarını da fikrindən döndərə bilmədilər.
Orta məktəbi 1951-ci ildə bitirən Rasim həmin il Moskvaya yollandı. Orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsinə qəbul olundu. Təhsil illərində dərs aldığı böyük sənətkarların sayəsində kino sənətinin möcüzəli aləmini yaxından tanıdı. Bu sənətə yenidən vuruldu. 
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu 1956-cı ildə bitirən R.Ocaqov Bakıya gəldi. "Azərbaycanfilm" Kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başladı. İlk dəfə 1957-ci ildə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə aldı. Filmdə baş operator Marqarita Pilixina idi.
1958-ci ildə çəkdiyi "Onun böyük ürəyi" filmi quruluşçu operator kimi Rasim Ocaqovun ilk sərbəst işi oldu. Film Sumqayıt metallurqlarının həyatına həsr edilmişdi. Ekran əsərində  ağır peşə adamları olan qəhrəmanların keçirdiyi hisslərin, onların xoşbəxt anlarının, sarsıntılarının, məşəqqətlərinin inandırıcı şəkildə, ustalıqla əks olunmasında operator kimi Rasim Ocaqovun da böyük əməyi vardı.
Bu filmdən sonra da Rasim Ocaqov quruluşçu operator kimi yeni filmlərin çəkilişində iştirak etdi. "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Bir cənub şəhərində",  "Skripkanın sərgüzəşti", "Ömrün iki saatı", "Ən vacib müsahibə" kimi ekran əsərlərində işi ilə Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrindən biri olduğunu təsdiq etdi.

 

Dövranı keçməyən filmlərin rejissoru

 

Sənət yolunu belə də davam etdirə bilərdi. Ancaq o, rejissor kimi filmlər çəkməyə can atırdı. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Rejissorluq fakültəsinə daxil oldu. Amma ali təhsilli rejissor olduqdan sonra da film çəkmək arzusunu tezliklə həyata keçirə bilmədi. Ona film çəkilişi həvalə olunmurdu. Bir gün "Azərbaycanfilm"in rəhbəri onu çağırıb Moskvanın qəbul etmədiyi bir filmi - "Gəncəbasarlı qisasçı" filmini  yenidən işləməyi tapşırdı. Bu, Rasim Ocaqovun rejissorluq sənətində ilk imtahanı, ilk özünütəsdiqi olacaqdı.
O, tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işlədi, qəhrəmanların ifaçılarını dəyişdi. Qatır Məmməd obrazını görkəmli aktyor Şahmar Ələkbərova həvalə etdi. 1974-cü il mayın 26-da filmə ictimai baxış keçirildi. Müəyyən iradlar bildirilsə də, film bütövlükdə uğurlu hesab olundu. 1975-ci ildə onun rejissoru olduğu başqa bir film - "Tütək səsi" tamaşaçılara tədqim edildi. Orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna bir sıra yeniliklər gətirən bu film Rasim Ocaqovu istedadlı rejissor kimi sənət aləminə yenidən tanıtdı.
Rejissor 1977-ci ildə "Ad günü" filmini çəkdi. 1978-ci il yanvarın 26-da ilk dəfə ümumittifaq televiziyası ilə nümayiş olunan bu film "Azərbaycanfilm"in böyük uğuru hesab edildi. "Ad günü" filmi 1978-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görüldü. 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında ekran əsərinə birinci mükafat, 1980-ci ildə isə Berlində ADR televiziyasının diplomu verildi. Bu uğurlardan sonra R.Ocaqova yeni filmlərin çəkilişləri həvalə olunurdu. 
Rasim Ocaqov həm də ekran əsərlərinə aktyorları çox böyük ustalıqla seçən rejissorlardan biri sayılır. Odur ki, kino sənətində yeni məktəb yaradan rejissorun ən böyük xidmətlərindən biri də istedadları üzə çıxarması, onları sənətə gətirməsidir. Həmin istedadların bir çoxu məhz onun çəkdiyi filmlərdə oynadığı rollarla aktyorluq fəaliyyətinə başlamışdı. O həm də elə rejissorlardan idi ki, istedadlı aktyoru bir filmdə çəkdikdən sonra onu unutmurdu. Növbəti filmlərin çəkilişlərinə də dəvət edir, uyğun rol verirdi. Həmin aktyorların əksəriyyəti bu gün Azərbaycanın tanınmış sənətkarlarıdır. 
"Özgə ömür", "Park", "Təhminə", "Bağlı qapı", "Həm ticarət, həm ziyarət", "Ölsəm, bağışla", "İstintaq" filmləri ilə Rasim Ocaqovun rejissorluq yaradıcılığı zənginləşdi. "Otel otağı" isə rejissorun sonuncu filmi oldu. Bu ekran əsərləri Azərbaycan bədii filmlərinin ən dəyərli nümunələridir. İllər ötsə də, dövr, tamaşaçı zövqləri dəyişsə də, həmin filmlərə maraq azalmır. 
Kinorejissor, kinooperator, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı Rasim Ocaqov 2006-cı il iyulun 11-də, 72 yaşında dünyadan köçdü. İşıqlı xatirələri və Azərbaycan kino sənətinə xidmətləri isə xatirələrdə yaşayır və yad olunur.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti növbəti iki gün də davam edəcək – XƏBƏRDARLIQ  

16:09
23 Oktyabr

Fövqəladə hallar naziri Qaxda vətəndaş müraciətlərini dinləyib  

16:01
23 Oktyabr

“Azəriqaz”ın baş direktoru Ağcabədi rayonunda vətəndaşlarla görüşüb  

15:57
23 Oktyabr

Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankeri yola salınıb

15:48
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!