02 Oktyabr 2025 08:20
502
İQTİSADİYYAT
A- A+
Azərbaycan-İtaliya əməkdaşlığı enerji sahəsi ilə kifayətlənmir

Azərbaycan-İtaliya əməkdaşlığı enerji sahəsi ilə kifayətlənmir


İtaliya Prezidenti Sercio Mattarella: "Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır"


Azərbaycan-İtaliya iqtisadi  əməkdaşlığı çoxşaxəlidir. Energetikadan başlamış sənaye istehsalına qədər geniş sahələri əhatə edən bu  əməkdaşlıq artıq  humanitar istiqamətli  layihələrə də yol açır. Bu da o deməkdir ki, ölkələrimiz arasında biri 10, digəri isə 5 il   əvvəl imzalanmış  strateji tərəfdaşlıq sənədlərində nəzərdə tutulanlar tam icra edilir.

İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə  rəsmi səfəri zamanı  istər  dövlətimizin başçısı İlham Əliyevlə  görüşlərində, istərsə də hər iki Prezidentin mətbuata  bəyanatlarında bu, bir daha vurğulandı. Prezidentimiz iqtisadi sahədə İtaliyanın  bizim üçün birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq dedi: "İldən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik".

İtalliya Prezidenti Mattarellanın ölkəmizə yeddi il əvvəlki səfəri xatırlandı. Bu həmin vaxt idi ki, gündəlikdə TAP (Trans-Adriatik Qaz Boru Kəməri) layihəsinin icrası məsələsi dayanırdı. Müxtəlif problemli məqamlar mövcud idi.  Prezident Sercio Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi  layihənin uğurla icra olunmasına  imkan verdi.

Budur, artıq beş ilə yaxındır TAP vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac edilir. Qeyd edək ki, TAP-ın fəaliyyətə başlaması ilə təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan "Cənub qaz dəhlizi" layihəsi qələbə çaldı. Sonuncu seqment olduğundan bu kəmər 3500 kilometrlik möhtəşəm layihəni tamamladı. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan "Cənub qaz dəhlizi" üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir. 

TAP uzun məsafə qət edərək Azərbaycan qazını İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Bu, uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir. Xəttin bir neçə kilometrlik hissəsi İtaliyada quru sahəyə çıxır və burada kəmər ölkənin qaz nəqliyyatı şəbəkəsi ilə birləşir. Boru xətti 2020-ci ilin son günündən başlayaraq  fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.

Prezident İlham Əliyev mətbuata bəyanatında diqqətə çatdırdı ki, bu gün Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə 14 ölkəyə təbii qazı ixrac edir: "İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı".

Ölkəmizə səfəri zamanı İtaliya Prezidentinə məlumat verildi ki, Azərbaycan hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzərində işləyir. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Beləliklə, "Cənub qaz dəhlizi"nin,  TAP-ın  açdığı yol  daha böyük layihələrin icrasına imkan verir. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi  əməkdaşlığımızı  daha da  saxələndirəcək.

Göründüyü kimi,  planlar  genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi üzərində  çalışılır. Azərbaycan-İtaliya  əlaqələri eyni zamanda yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir və  Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə ölkəmizlə Avropa İttifaqı arasında  daha sıx münasibətlərin qurulmasına öz dəstəyini verib. Prezidentimiz də bu ölkə ilə  strateji tərəfdaşlığımızın həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verdiyini vurğulamış və demişdir: "Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər".

Təsadüfi deyil ki, İtaliya Prezidenti Azərbaycanın geniş şəkildə çox nüfuzlu bir tərəfdaş  olduğunu vurğuladı. "Əməkdaşlığımız - Azərbaycanın bizə açıqlığı, bizimlə gördüyü işlər, işbirliyimiz göz qabağındadır" dedi. İllər əvvəl Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin, budəfəki səfərində isə İtaliya-Azərbaycan Universitetinin açılışında iştirak etdiyini də dilə gətirdi, həmçinin bunun əhəmiyyətini vurğuladı: "Bu, artıq bizim enerji, sənaye əməkdaşlığımızdan sabaha açılan yeni bir yol oldu və İtaliya ilə Azərbaycan artıq mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığa başladılar. Bu, əslində, strateji tərəfdaşlığımızın və 10 il əvvəl imzalanmış sazişdə qeyd olunanların tam, səmərəli şəkildə həyata keçirilməsi deməkdir. Bu, bizim ölkələrimizin münasibətlərini inkişaf etdirir".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!