24 İyul 2025 15:51
687
SİYASƏT
A- A+
Azərbaycan ilə Somali arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib  

Azərbaycan ilə Somali arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib  


İyulun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan ilə Somali arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Son bir neçə il ərzində ölkələrimiz arasında təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluq doğurduğu qeyd edilib.

Ceyhun Bayramov Azərbaycan və Somali arasında əməkdaşlığın siyasi, iqtisadi, humanitar və digər sahələrdə daha da dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmasının vacibliyini vurğulayıb.

Kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib. Somali nümayəndə heyətinin ADEX sərgisində iştirakı xatırlanıb, müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğu qeyd edilib.

Həmçinin bu ilin fevral ayında Azərbaycan hökumət missiyasının Somaliyə səfəri, bu çərçivədə Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsinin iki ölkə arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə və yeni təşəbbüslərin formalaşdırılmasına zəmin yaratdığı qeyd olunub.

Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli çərçivədəki münasibətlərlə yanaşı, çoxtərəfli beynəlxalq və regional platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanıb. Bu xüsusda, Somalinin 2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib və gələcəkdə də qarşılıqlı dəstəyə əsaslanan münasibətlərin davam etdiriləcəyinə əminlik ifadə olunub. Ölkəmizin 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi və Təşkilata sədrliyi dönəmində ölkələrimiz arasında geniş əməkdaşlıq perspektivlərinin olduğu qeyd edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Sonra nazirlər birgə mətbuat konfransında çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!