12 Sentyabr 2025 08:20
526
SİYASƏT
A- A+
Azərbaycan ilə ABŞ dövlətlərarası münasibətdə yeni tarix yazır

Azərbaycan ilə ABŞ dövlətlərarası münasibətdə yeni tarix yazır


Azərbaycan-ABŞ münasibətləri C. Baydenin ABŞ-yə rəhbərlik etdiyi dövr istisna edilməklə, həmişə konstruktiv olub. İki dövlət arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorçuluğa qarşı mübarizə və digər sferalarda əməkdaşlıq həyata keçirilib. ABŞ-nin indiki Prezidenti Donald Trampın bu ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycan ərazilərini müharibə yolu ilə işğaldan azad edib. Həmin vaxt ABŞ tərəfindən problemin sülh yolu ilə həll edilməsi barədə çağırışlar səslənsə də, bütövlükdə Ağ Ev neytral mövqe nümayiş etdirmişdi. 


Ağ Evin əvvəlki rəhbərliyi Azərbaycanın uğurları ilə barışa bilmirdi


Amma C.Baydenin prezident seçilməsindən sonra onun özünün və administrasiyasının respublikamıza qarşı qərəzli mövqeyi səbəbindən Azərbaycan-ABŞ münasibətləri ciddi şəkildə korlanmışdı. Görünən o idi ki, Baydenin komandası Azərbaycanın öz ərazilərinin işğaldan azad etməsi, Qarabağda erməni separatizminə son qoyması ilə razılaşa bilmirdi. Ağ Ev başda olmaqla ABŞ-nin bütün siyasi mərkəzləri az qala Azərbaycanı öz ərazilərini işğaldan azad etməkdə ittiham edirdilər. 

2023-cü ilin sentyabr ayından Bayden-Blinken cütlüyü Azərbaycana qarşı ritorikalarını daha da sərtləşdirmişdilər. Çünki həmin vaxt Azərbaycan Qarabağda erməni separatizminə son qoymuş, bütün əraziləri üzərində milli suverenliyini bərpa etmişdi.

Antiterror əməliyyatlarından sonra Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı Qərb siyasi dairələri tərəfindən dezinformasiya tirajlanırdı, şayiələr yayılırdı.  Həmin şayiələrin yayılması həm də ABŞ-dən idarə olunurdu.  Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsinə gəlincə deməliyəm ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən nə qədər şayiələr və təxribatlar eşitdik. Guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq formalaşdırılmışdı, o cümlədən burada - Vaşinqtonda".

Onu da qeyd edək ki, Ağ Evin əvvəlki rəhbərliyi dövründə respublikamızın rəsmi nümayəndə heyətlərinin ABŞ-yə səfər etməsinə məhdudiyyət tətbiq olunmuşdu. Bu da onu göstərirdi ki, Bayden-Blinken cütlüyü Azərbaycana təzyiq etmək üçün hər cür cılızlığa əl atırdı. ABŞ siyasiləri ölkəmizə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı təkliflər də irəli sürürdülər.  Bu kimi metodlarla ABŞ-nin əvvəlki rəhbərliyi Azərbaycana təsir göstərmək niyyəti güdürdü. Əlbəttə tariximiz də sübut edir ki, Azərbaycanı hansısa təzyiq və təsirlərlə öz yolundan döndərmək mümkün deyil və bu mənada Bayden-Blinken qaragüruhunun da bütün riyakarlıqları iflasa uğradıldı, Azərbaycan öz milli maraqlarını qətiyyətlə qorudu.


Razılaşmalardan irəli gələn məsələlər müzakirə olunub


ABŞ-də Donald Trampın seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ başladı. Donald Tramp Ağ Evin əvvəlki rəhbərliyinin tamamilə yanlış, bu dövlətin milli maraqları ilə qətiyyən uzlaşmayan siyasət yürütdüyünün fərqində oldu və bunu onun prezident seçilməsinin ilk həftələrindən həyata keçirdiyi tədbirlər də təsdiq etdi.

Prezident İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə işgüzar səfəri məhz D.Trampın dəvəti ilə baş tutdu. Səfərin bütün detalları - yüksək qarşılanma, görüşlərin səmimiyyət atmosferində keçirilməsi, D. Trampın Prezident İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etməsi və məhz bu səfər çərçivəsində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması dövlətimizin başçısına və respublikamıza olan yüksək ehtiramın təcəssümünə çevrildi. 

Azərbaycan-ABŞ münasibətləri baxımından bu səfərin əsas müsbət nəticələrindən biri prezidentlər tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" oldu. 

Azərbaycan-ABŞ əlaqələrini strateji müstəviyə daşıyan bu sənədin mətni bir müddət əvvəl ictimaiyyətə açıqlanıb. Sənədə əsasən, iştirakçılar Strateji İşçi Qrupunda üç sahəyə diqqət yönəltmək niyyətindədirlər. Bunlar enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr, müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıqdır.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində SOCAR və "ExxonMobil" korporasiyası arasında "Əməkdaşlıq haqqında memorandum" da imzalanıb. Bu isə iki dövlət arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək.

Prezident İlham Əliyev avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxışında Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın artıq başladığını bildirərək deyib: "Bu gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir". 

Bu günlərdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan Azərbaycana səfər edib. Onun ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub. O cümlədən Brendan Hanrahanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazovla görüşlərində ABŞ-də əldə olunan razılaşmalarla bağlı müzakirələr aparılıb.

Görünən odur ki, Anlaşma Memorandumundan və ABŞ-də əldə olunan digər razılaşmalardan irəli gələn məsələlərlə bağlı praktiki addımlar atılır. Bu isə tezliklə Azərbaycan-ABŞ əməkdaşlığının daha da güclənməsi ilə əlamətdar olacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!