09 Noyabr 2019 00:54
1931
Mədəniyyət
A- A+
Azərbaycan ədəbi dili tarixinə daha bir töhfə

Azərbaycan ədəbi dili tarixinə daha bir töhfə


Dilimizin tarixi keçmişini yaşadan söz ustadlarının miras qoyub getdiyi ədəbi-bədii nümunələr yetərincədir. Bu nümunələrlə dilimizin fonetik, leksik, həmçinin qrammatik sistemi barədə zəngin bilgilər alır, onun müəyyənləşməsi, formalaşması, həm də keçdiyi tarixi inkişaf yollarını öyrənirik.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevanın da yeni çapdan buraxılan "XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” və "XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” monoqrafiyaları bu baxımdan elmə sanballı töhfə hesab edilir.

Hər iki monoqrafiyada dildaxili yeni differensasiya, sabitləşmə, demokratikləşmə proseslərinin başlanğıc mərhələsi olan XVII əsr Azərbaycan ədəbi dil normalarının tarixi təkamülü araşdırılır. "Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” adlı monoqrafiyada XVII əsr Azərbaycan ədəbi dilinin vokal və konsonant sisteminin, eləcə də leksik yarusların məkanında yer alan hadisə və qanunlara yeni rakursdan baxılır.

Həmin dövrü təmsil edən dil materiallarını izləməklə tarixi orfoqrafiyamızın, imlamızın, eləcə də dilimizin fonetik prinsipləri üzə çıxarılır. Burada müəyyənləşdirilir ki, xəlqiləşdirməni mayalandıran canlı danışıq dilinin təsiri nəticəsində on yeddinci yüzillikdə klassik kitab dili öz ənənəvi çərçivəsindən çıxaraq, dili xəlqiləşdirməyə doğru istiqamətləndirilir. Elə bu yönləmə onun milliləşməsinə rəvac verir.

Bununla yeni dildaxili proseslər leksik sistemdə də demokratikləşməyə öz təsirini göstərir. Belə ki, bu dövr ədəbi dilimizdə qeyri-ümumişlək ərəbizm və farsizmlərin dildən çıxma axını güclənir. Türkizmlər, eləcə də türkləşmiş ərəb və fars sözləri isə bir tərəfdən kəmiyyət çoxluğuna və intensivliyə imza atır, digər tərəfdən isə dildə oturaqlığını, yəni "yerini bərkidir”. Nəticədə XVII əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibi millilik baxımından yenidən təşkil olunur.

Elmi redaktoru mərhum akademik, filologiya üzrə elmlər doktoru, professor Tofiq Hacıyev, rəyçiləri akademik Nizami Cəfərov, Filologiya üzrə elmlər doktorları, professor Elbrus Əzizov, Məmmədəli Novruzov, Məhərrəm Məmmədli olan hər iki monoqrafiya ali məktəblərin filologiya fakültəsinin müəllimləri, magistrantları, tələbələri, ümumilikdə dil tarixçiləri üçün faydalı olacağı annotasiyada xüsusi qeyd edilir.

"XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” monoqrafiyasında isə XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik normasında gedən demokratikləşmə üzə çıxarılır. İzahetmələrdə belə demokratikləşmənin getdiyi qeydə alınır. Burada həmçinin qrammatik sistemdə reallıq tapan "oğuz” və "cağatay” dil faktları paralelliyində oğuz elementlərinin aparıcılığı və sabitliyi dəqiləşdirilməklə təsdiqlənir. Müasir Azərbaycan ədəbi dilinəqədərki yolu qət edə bilməyənlər üzə çıxarılır və onların normativləşməməsində ümumxalq dilinin rolu diqqətə çatdırılır, cümlə tirajları ekvivalentlik və fərqlənmələr fonunda təqdim olunur.

Tədqiqat tarixi-müqayisəli araşdırma yolu ilə aparıldığından monoqrafiyalarda inteqrallıq və differensiallıq müəyyənliyi ilə üzə çıxarılır. Məhz dilimizin bu tarixi mərhələsində nağıl, təhkiyə dili əruza yol açır. Monoqrafiyalardan alınan təəssürata görə, zəngin və faktiki dil materiallarına söykənən müəllif tərəfindən XVII əsr həm də "xəlqiləşmənin yenidən təşkili” adlı dildaxili yeni prosesin getdiyi bir zaman kəsiyi, ümumxalq dilinin funksional imkanlarının genişləndiyi tarixi mərhələ kimi səciyyələndirilir.

Monoqrafiyaların zənginliyini təsdiq edən faktorlar burada az deyil və təbii ki, onları sadalamağa ehtiyac duyulmur. Lakin elə məqamlar var ki, onların üstündən ötüb keçmək insafsızlıq olardı. Monoqrafiyalarda izahlı lüğət (çünki ərəb-fars mənşəli terminlərdən yetərincə istifadə olunur) sadə oxucunu belə, dil mütəxəssisi olmasa da, özünə cəlb edir. Nümunələrin izahı elmi və ədəbi dilin imkanlarına əsaslanır.

Ümumiyyətlə, XVII əsr Azərbaycan ədəbi dil normalarının bütün dil yarusları üzrə ilk dəfə olaraq tədqiqata cəlb olunması dilçilik elmi üçün bir yenilik hesab edilir. Nəticə olaraq adıçəkilən hər iki monoqrafiya bu zaman kəsiyindəki boşluğu doldurur.

Bütün hallarda XVII əsr ədəbi dil norması onun şifahi və yazılı qolları arasında yaxınlaşmanı təmin edərək uçurum yaranmasının qarşısını alır. Beləliklə, normallaşmalardakı bu yeni inkişaf həddi XVII əsr Azərbaycan ədəbi dilini canlı danışıq dilinə doğru istiqamətləndirir. Bu, həmin əsrin sonunadək davam edir. Ədəbi dilin bu axarda zirvələşməsi isə daha çox xalq şeiri janrlarının əhatə dairəsinin genişlənməsi sayəsində baş verir.

Bu baxımdan müəllifin hər iki monoqrafiyası dil elminin inkişafına bir töhfədir.

Elm xadimlərinin, mütəxəssislərin, filoloq alimlərin mükəmməl hesab etdikləri monoqrafiyaların müəllifi Qızılgül Abdullayeva qarşısına qoyduğu məqsədə çatmaq üçün əsaslı araşdırmalar aparıb.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!