08 Oktyabr 2025 11:13
440
İQTİSADİYYAT
A- A+
Azərbaycan “Dostluq körpüsü” kimi TDT-nin inkişafına böyük töhfə verir  

Azərbaycan “Dostluq körpüsü” kimi TDT-nin inkişafına böyük töhfə verir  


Kapitalizmin banisi hesab edilən tanınmış alim Adam Smitin iqtisadi nəzəriyyəsinə əsasən siyasi münasibətlərin əsasını iqtisadi əlaqələr yaradır. Uzun illər boyu Sovet imperiyası tərkibində yaşayan Mərkəzi Asiyanın türk respublikaları nəinki imperiyadan kənarda qalan Türkiyə, bir-biriləri ilə də normal iqtisadi əlaqələr qura bilməyib və dünya iqtisadiyyatına inteqrasiya prosesindən kənarda qalaraq aqrar ölkə kimi azhəcmli milli gəliri mərkəzə ötürmək məcburiyyətində olublar.

AZƏRTAC xəbər verir ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycan və Mərkəzi Asiya respublikaları siyasi əlaqələr yaradaraq iqtisadi əməkdaşlığı daha da genişləndirmək istiqamətində siyasət həyata keçirməyə başladılar.

Müasir dünyada verən gərgin geosiyasi hadisələr, lokal münaqişələr, qlobal xarakterli müharibələr dövlətlərin iqtisadi inkişafının qarşısını alır. Buna baxmayaraq dini, dili, mədəniyyəti, tarixi və milli mənəvi dəyərləri eyni kökə bağlanan türk xalqlarının əhatə etdikləri coğrafi məkan qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üçün münbit imkanlar yaradır. 2009-cu ildə Naxçıvanda “Naxçıvan müqaviləsi” ilə əsası qoyulan Türk Dövlətlər Təşkilatı (TDT) bu gün yeni dünya nizamında xüsusi yer tutur. Azərbaycan “Dostluq körpüsü” kimi Mərkəzi Asiya ilə Türkiyə və Avropanı nəqliyyat, enerji, ticarət sahələrində əlaqələndirir və özünün inkişafı ilə birliyə böyük töhfə verir.

Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay bildirib ki, insan resursları, iqtisadi potensialı və coğrafi mövqeyi ilə fərqlənən TDT inteqrasiya olunaraq dünyadakı güc mərkəzlərinə bərabər birliyə çevrilə bilər. Əlbəttə ki, 175 milyon insanın yaşadığı və 4,5 milyon kvadratkilometr ərazini əhatə edən Türk dünyası böyük iqtisadi potensiala malikdir. Ötən il bu ölkələrin ÜDM-i 2,1 trilyon dolları ötüb, ümumi ticarət dövriyyəsi isə 1,1 trilyon dollara çatıb. Ticarət dövriyyəsini artırmaq üçün xidmətlər və investisiyalar üzrə azad ticarət sazişinin imzalanması istiqamətində işlər aparılır ki, bu da təbii olaraq təşkilata üzv olan ölkələr arasında ticarət və investisiya axınlarını artıracaq. Nəzərə çatdıraq ki, təkcə Azərbaycan TDT ölkələrinə 20 milyard dollar sərmayə yatırıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın TDT üzv ölkələrlə ticarət dövriyyəsi 4,737 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz və ya 226,3 milyon dollar çoxdur. 2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3,8 milyard dollar, Qırğızıstanla ticarət dövriyyəsi 1,8 dəfə artaraq 53,4 milyon dollar, Qazaxıstanla 3,2 dəfə artaraq 547,6 milyon dollar, Özbəkistanla isə 2,1 dəfə artaraq 292 milyon dollar olub. Regionun Şimal-Cənub, Şərq-Qərb arasında strateji mövqedə yerləşməsini nəzərə alsaq, ticarətin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Hazırda TDT-yə üzv dövlətlər ümumi ÜDM göstəricisinə görə dünyada 12-ci yerdə qərarlaşır və birgə xarici ticarət həcmi 850 milyard dollar təşkil edir. Lakin bu ticarətin yalnız 7 faizi, yəni təxminən 57 milyard dolları TDT daxilində aparılır. Bir neçə il əvvəl bu göstərici cəmi 3 faiz idi.

TDT Baş katibi Kubanıçbek Ömüraliyev yerli mətbuata açıqlamasında bildirib ki, TDT son 15 ildə sürətlə inkişaf edərək dinamik və məqsədyönlü regional struktura çevrilib: “Hazırda ticarət, enerji, nəqliyyat, innovasiya, rəqəmsallaşma da daxil olmaqla ümumilikdə 35-dən çox sahədə fəaliyyət göstəririk. Gördüyümüz işlər “Türk Dünyası 2040 Baxışı” və “2022–2026-cı illər üzrə TDT Strategiyası”na əsaslanır. Əsas məqsədimiz institusional potensialı gücləndirmək, regional əlaqəliliyi artırmaq və Türk dünyasının qlobal təsirini genişləndirməkdir. Orta Dəhliz (Trans-Xəzər marşrutu) və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi regiondaxili əlaqələrin genişlənməsinə töhfə verən əsas layihələrlə strateji infrastrukturun inkişafı prioritet olaraq qalır”.

Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyənin arasında yerləşməsi və Qarabağın işğaldan azad edilməsi yeni dəhlizin yaranması zərurətini meydana çıxarıb. Orta Dəhlizin davamı olan Zəngəzur dəhlizi Prezident İlham Əliyevin dediyi kimi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı olacaq. 2030-cu ilə kimi Orta Dəhlizlə daşınan yüklərin həcminin 11 milyon tona çatdırmaq planlaşdırılıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Türk dünyasının şərq hissəsində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti çəkilir, qərb hissəsində isə Zəngəzur dəhlizi tikilir. Bu iki layihə tam reallaşdıqdan sonra Avropa ilə Asiyanın kəsişmə nöqtəsinə çevriləcək Azərbaycan iqtisadi divident, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək ki, bu faktın özü TDT möhkəmlənməsinə xidmət etmiş olacaq. Artıq ABŞ və Avropa İttifaqı Zəngəzur dəhlizini dəstəkləyən bəyanatla çıxış ediblər.

ABŞ Maliyyə Nazirliyinin Ermənistana 145 milyon dollarlıq maliyyə dəstəyi göstərməsi haqqında mətbuatda gedən yazılar bəzən qeyri-obyektiv izah edilir. Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brenden Xanrahan məlumat verib. O bildirib ki, “Vəsait TRIPP marşrutu (Zəngəzur dəhlizi) layihəsi çərçivəsində ilk investisiyadır”. Bu açıqlamadan aydın olur ki, maliyyə vəsaiti heç də Ermənistan yox, dəhlizin reallaşmasına ayrılıb ki, bunu da başa düşmək çətin deyil, Ermənistanın iqtisadi inkişafı Azərbaycan ilə müqayisə oluna bilməz. Digər tərəfdən burada ABŞ şirkətləri fəaliyyət göstərəcək.

ABŞ dünyanın super gücü olaraq heç kimə qarşı yönəlməyən, iqtisadi əhəmiyyətdən başqa xarakter daşımayan Zəngəzur dəhlizinin tezliklə həyata keçirilməsinə can atır ki, bu da regionda sülh və sabitliyin qarantı olacaq.

TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanda keçirilməsi də təsadüfi xarakter daşımır. Azərbaycan təşkilat daxilində öz potensialı, birləşdirici imkanları, dayanıqlı iqtisadi inkişafı və praqmatik siyasi xətti ilə seçilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!