11 Avqust 2025 12:03
989
SİYASƏT
A- A+
Azərbaycan diplomatiyasının Vaşinqton zəfəri

Azərbaycan diplomatiyasının Vaşinqton zəfəri


Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona işgüzar səfəri respublikamızın siyasi və diplomatiya tarixinə qızıl hərflərlə yazıldı. Prezident Donald Trampın dəvəti ilə reallaşan bu səfər Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə yüksəldilməsi və Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin hüquqi müstəvidə daha da möhkəmləndirilməsi, sülh sazişinin imzalanması istiqamətində əsas maneələrin aradan qaldırılması baxımından mühüm razılaşmaların əldə edilməsi ilə əlamətdar oldu. 

Azərbaycan-ABŞ münasibətləri Baydenin bu dövlətə rəhbərliyi dövründə tarixdə görünməmiş dərəcədə pisləşmişdi. Bu da Bayden administrasiyasının Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlara qarşı çıxmasından irəli gəlirdi. Ona görə Vaşinqtondan ölkəmizin ünvanına müxtəlif ittihamlar səsləndirilir, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına maneçilik yaradan təxribatçı fəaliyyət həyata keçirilirdi. Bununla kifayətlənməyən Bayden-Blinken cütlüyü həm də beynəlxalq səviyyədə azərbaycanofobiyanın həyata keçirilməsinə dəstək verirdi. 

Prezident İlham Əliyev Vaşinqtonda ölkəmizin media nümayəndələrinə müsahibəsində bu məsələyə diqqət çəkərək vurğuladı ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Respublikamızla ABŞ arasında əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Azərbaycanın Ermənistana hücum etməyi barədə şayiələr Vaşinqtonda da yaradılırdı və bu azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası idi.

D.Trampın prezident seçilməsindən sonra Azərbaycanla ABŞ arasında münasibətlərin müsbətə doğru dəyişməsi yönündə yeni imkanlar açıldı. İki dövlətin liderləri arasında telefon danışığının, eləcə də məktublar mübadiləsinin baş tutması tənəzzül dövrü keçirən siyasi əlaqələrin qaydaya salınması üçün münbit zəminin və tarixi şəraitin formalaşmasından xəbər verirdi. Bu baxımdan Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri nəinki Azərbaycan-ABŞ münasibətlərindəki  siyasi böhranı tamamilə aradan qaldırdı, hətta dövlətlərarası əlaqələrin strateji səviyyəyə yüksəldilməsi üçün yeni siyasi-iqtisadi imkanlar yaratdı. Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bu barədə danışan Prezident İlham Əliyev Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açıldığını bəyan edib: "Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi".

Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalanıb. Bu sənəddə təsbit edilən qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlıq kimi məsələlər ölkəmizin qarşısında böyük imkanların açıldığını göstərir. Səfər çərçivəsində SOCAR və "ExxonMobil" korporasiyası arasında imzalanan Əməkdaşlıq haqqında Memorandum isə şirkətlər arasında mövcud əlaqələri möhkəmləndirmək və Azərbaycanda həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlığı ehtiva edir.

Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı baxımından digər mühüm məsələ bu səfər zamanı Prezident D.Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin icrasının dayandırılması barədə sərəncamın imzalanması oldu. Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğu bir dövrdə - 1992-ci ildə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə uyduraraq Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdir. Xüsusən Bayden administrasiyası 907-ci düzəlişdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoymasının göstəricisi kimi 907-ci düzəlişin tətbiqi də dayandırıldı. Bu, Azərbaycan diplomatiyasının böyük uğurudur və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixi hadisədir.

Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfərinin digər mühüm məqamı Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin daha da möhkəmləndirilməsi, sülh sazişinin imzalanmasına doğru tarixi addımların atılmasıdır.  Məlum olduğu kimi, 44 günlük müharibədən sonra iki dövlət arasında sülh sazişinin imzalanması üçün ilk olaraq Azərbaycan təşəbbüslə çıxış edib, bununla bağlı beynəlxalq hüquqa əsaslanan prinsipləri Ermənistana təqdim edib. Vaşinqtonda paraflanan sülh sazişi layihəsinin müəllifi də məhz Azərbaycandır. Bu baxımdan ABŞ-də sülh sazişinin imzalanması istiqamətində əldə edilən razılaşmalar - hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət məktubunun imzalanması Azərbaycanın sülhlə bağlı təşəbbüslərinin həyata vəsiqə almasından xəbər verir.

ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət məktubunun imzalanması ilə Azərbaycanın iki fundamental şərtindən biri Ermənistan tərəfindən yerinə yetirilib. Sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın digər şərti Ermənistan Konstitusiyasında dəyişiklik edilərək, ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Vaşinqtonda paraflanan və mətni razılaşdırılan sülh sazişi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra istənilən vaxt imzalana bilər. Ermənistan tərəfi özü də bildirir ki, Konstitusiyasında dəyişikliklər edilməlidir. Əgər bunlar baş verməsə və Ermənistan Konstitusiyasından Azərbaycana olan ərazi iddiaları çıxarılmasa, bu, birinci növbədə ABŞ-yə qarşı hörmətsizlik olacaq.

Azərbaycan və ABŞ prezidentlərinin və Ermənistanın baş nazirinin Vaşinqionda keçirilən görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamədə sülh sazişi ilə bağlı əldə olunan bütün razılaşmalar hüquqi baxımdan təsbit olundu. Və bu sənədin məzmunu bütövlükdə Azərbaycanın irəli sürdüyü sülh gündəliyini özündə tam ehtiva edir. O cümlədən sənəddə iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasına dair olan müddəa Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin təmin olunması ilə bağlı respublikamızın prioritetlərinin həyata vəsiqə aldığını göstərir.

Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri bütün tərəfləri ilə göstərdi ki, dövlətimizin başçısı Azərbaycanın milli maraqlarını və mənafelərini uğurla təmin edir. Vaşinqtonda D.Tramp tərəfindən yüksək səviyyədə qarşılanma, olduqca səmimi atmosferdə keçirilən görüş, dövlətimizin başçısına Ağ Evin rəmzi açarının təqdim olunması cənab Prezident İlham Əliyevin qlobal səviyyədə ehtiram göstərilən siyasi lider olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Vaşinqton səfəri həm də onu göstərdi ki, 44 günlük Vətən müharibəsində, birgünlük antiterror tədbirlərində güc yolu ilə ədaləti bərpa edən Prezident İlham Əliyev həm də özünün siyasi diplomatiyası ilə regionda dayanıqlı və etibarlı sülhü təmin edir.

Bütövlükdə, Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfərinin nəticələri Azərbaycan diplomatiyasının tarixi uğuru və qələbəsi oldu.

 

Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!