23 Avqust 2025 19:41
434
SİYASƏT
A- A+
Azərbaycan diplomatiyası ədalətin bərqərar olmasının qarantına çevrilib

Azərbaycan diplomatiyası ədalətin bərqərar olmasının qarantına çevrilib

 

"Prezident İlham Əliyevin Kəlbəcərə və Ağdərəyə səfərləri, səfər zamanı keçirilən tədbirlər və görüşlər bir daha Qarabağa həyatın oyanışına verilən önəmin, bu istiqamətdə atılan addımların qətiyyətinin göstəricisidir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib. Onun sözlərinə görə, dövlətimizin başçısı Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirdi ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülüb. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur.

"Ümumilikdə avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi Cənubi Qafqazın tarixində dönüş nöqtəsidir. Bu sənədin müəllifliyinin məhz Azərbaycan tərəfinə məxsus olması ölkəmizin həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə qazandığı qələbələrin məntiqi nəticəsidir. Azərbaycan bu sənədlə bir daha göstərdi ki, bölgənin gələcəyini müəyyən edən əsas və ədalətli güc mərkəzi məhz rəsmi Bakıdır", - deyə siyasi şərhçi əlavə edib.

O qeyd edib ki, Azərbaycanın mövqeyi sənədin hər bir bəndində öz əksini tapıb. Bu həm beynəlxalq hüququn prinsiplərinin bərpası, həm də Azərbaycanın regional liderliyinin dünya miqyasında nümayişi deməkdir.

Vaşinqtonda imzalanan sənədin mühüm siyasi nəticələrindən biri də ATƏT-in Minsk qrupunun artıq tamamilə tarixə qovuşmasıdır. İllərlə fəaliyyətsizliyi və ikili standartları ilə yadda qalan bu qurum Azərbaycanın haqq işini daim kölgədə saxlayaraq münaqişəni həll etməyə deyil, əksinə, uzatmağa xidmət etmişdi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etməyən vasitəçilər öz mövqelərini hər zaman səsləndirdikləri, ikili standartla dolu bəyanatları ilə ifşa edirdilər. Azərbaycan diplomatiyası həmin uğursuz və heç kimə lazım olmayan "missiyanın" tarixin arxivinə göndərilməsinə nail oldu. "2020-ci ildə qazanılan şanlı Qələbə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi həm hərb, həm diplomatiya, həm də beynəlxalq hüquq müstəvisində Azərbaycanın üstün mövqeyini rəsmiləşdirdi. Vaşinqtonda imzalanan sənəd həmin Qələbənin ardıcıllığı, növbəti diplomatik təsdiqidir. Bu sənəd göstərdi ki, bölgədə sülh Azərbaycanın ədalətli mövqeyinin təmin olunması əsasında mümkündür. Çünki torpaqları işğal olunan, yüz minlərlə vətəndaşı məcburi köçkün həyatı yaşayan məhz Azərbaycan idi. İndi isə haqq-ədalət bərpa olunub və Azərbaycan diplomatiyası ədalətin bərqərar olmasının qarantına çevrilib", - deyə Ülviyyə Zülfiqar vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!