14 Noyabr 2025 08:05
300
İQTİSADİYYAT
A- A+
Azərbaycan COP29 irsini davam etdirir

Azərbaycan COP29 irsini davam etdirir


Bu dəfə Braziliyada keçirilən COP30-da


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) Braziliyanın Belem şəhərində bir çox ölkənin dövlət və hökumət başçılarını, nazirlər və beynəlxalq təşkilatların rəhbərlərini iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün bir araya gətirib. 

Artıq noyabrın 6-dan start götürən tədbirə Azərbaycan öz pavilyonu ilə qoşulub. Pavilyon ölkəmizin iqlim fəaliyyəti üzrə davamlı liderliyini, eləcə də estafeti uğurla Braziliyaya təhvil verməzdən öncə COP29-a sədrliyi dövründə əldə olunan nailiyyətləri nümayiş etdirir.

Əvvəla xatırladaq ki, Milli Məclisin Sədri Sahibə Qafarova COP30-un Liderlər Sammitində çıxış edərək Azərbaycanın təşkilatçılığı ilə COP29-da əldə olunan mühüm nailiyyətlər barədə məlumat verib. Bir daha xatırladılıb ki, ölkəmiz böyük maneələrə, qeyri-müəyyənliklərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə evsahibliyi etdi, bu prosesi qətiyyətlə həyata keçirdi. Biz həmin möhtəşəm tədbirdə tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardıq.

Azərbaycan COP29-da Bakı Maliyyə Hədəfinin qəbul edilməsinə də nail oldu ki, bu da 2025-ci ildən başlayaraq, hər il inkişaf etməkdə olan ölkələr üçün 300 milyard dolların səfərbər edilməsini nəzərdə tutur. Bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən indiyə qədər əldə edilmiş ən böyük maliyyə paketidir.

Bakı böyük uğurla yekunlaşan COP29-dan sonra estafeti Belemə - COP30-a verib. COP29-un missiyasını simvolizə etmək üçün ölkəmiz COP30-dakı pavilyonunu "Həmrəylik evi" adlandırıb. Pavilyonumuzun "İrs zalı" guşəsində həm qlobal COP29 irsi, həm də Azərbaycanın uzunmüddətli mədəni-ekoloji ənənələri sərgilənir. Burada şəffaflıq, su ehtiyatlarının iqlim dəyişmələrinə davamlılığı, sülh quruculuğu və insan inkişafını ehtiva edən səkkiz əsas təşəbbüs interaktiv formatda nümayiş olunur.

Pavilyonun mərkəzində Azərbaycanın aparıcı milli layihələri - "Qarabağ Yaşıl Enerji Zonası", "Bakı Yaşıl Nəqliyyat Mərkəzi", vüsət alan bərpaolunan enerji portfeli və "Avropa İttifaqı-Asiya Yaşıl Enerji Dəhlizi" layihəsi təqdim edilir. Bu təşəbbüslər Azərbaycanın gələcəkdə qitələri birləşdirən təmiz enerji mərkəzinə çevrilməsində oynadığı strateji rolu göstərir.

COP30 əsas diqqəti təbiətə yönəltdiyindən Azərbaycan pavilyonu da dünyanın ən unikal qapalı su hövzələrindən biri - Xəzər dənizini və qədim Hirkan meşələrindən tutmuş Qafqaz dağlarının zirvələrinə kimi ölkəmizin bənzərsiz biomüxtəlifliyini təqdim edir. 

 Bir sözlə, pavilyonumuz həm ənənəni, həm də innovasiyanı bir araya gətirərək zəngin mədəni və təbii irsə malik bir ölkənin dayanıqlı gələcəyi necə formalaşdırdığı barədə geniş məlumat verir.

COP30 çərçivəsində həmçinin Yaşıl İqlim Fondu (GCF) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə COP29-un aparıcı təşəbbüsü olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) İllik Yüksəksəviyyəli Dialoqu keçirilib. Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri, BMT qurumları və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər. Görüşün əsas məqsədi iqlim dəyişiklikləri və sülh əlaqəsi üzrə qlobal gündəliyin daha da irəlilədilməsindən ibarət olub.

COP29-un Sədri Muxtar Babayev tədbirin açılışında COP29 zamanı təsis edilmiş Bakı Mərkəzinin iqlim fəaliyyəti ilə sülh və sabitlik arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyduğunu qeyd edib. Digər çıxışlarda bildirilib ki, Bakı Mərkəzi artıq iqlim və münaqişələrdən əziyyət çəkən ölkələrdə innovativ modellərə əsaslanan pilot layihələrin icrasına başlayır. Bu vəzifənin sözügedən mərkəzə həvalə edilməsi isə beynəlxalq tərəfdaşların ölkəmizin etibarlı xarici siyasəti və iqlim diplomatiyasına inamının nümunəsi kimi dəyərləndirilir. Eləcə də təşəbbüsün iqlim maliyyəsini sülh və dayanıqlılıq nəticələri ilə birləşdirmək, həssas ölkələrə yardımın artırılması sahəsində vacib beynəlxalq mexanizmə çevrildiyi vurğulanıb.

İlk pilot layihələr üzrə Birgə İşçi Qruplarının yaradılmasına dair Bakı Mərkəzi ilə Qvineya-Bisau Ətraf Mühit, Biomüxtəliflik və İqlim Fəaliyyəti Nazirliyi, eləcə də Qambiya Ətraf Mühit, İqlim və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb. Tədbirin sonunda isə Bakı Mərkəzinin Yüksəksəviyyəli Dialoqunun Belem Kommunikesi qəbul edilib.

Azərbaycanın COP30-da fəal iştirakı göstərir ki, ölkəmizin COP29 irsi davam edir və daha "yaşıl dünya" naminə həmrəy olmaq üçün kollektiv iqlim fəaliyyətini stimullaşdırır.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNƏCƏK  

15:41
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur  

15:30
06 Dekabr

Sabah hava yağmursuz keçəcək  

15:29
06 Dekabr

Gənclər texnoloji və yaradıcılıq imkanları vasitəsilə şəhərləri formalaşdırırlar  

15:27
06 Dekabr

Baş katib: Azərbaycanın D-8-ə qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik

15:24
06 Dekabr

Kiyev vilayətinə hava zərbələri endirilib, dağıntılar var  

15:21
06 Dekabr

Azərbaycanın təhsil naziri Gürcüstanın aparıcı ali təhsil müəssisələrində olub  

15:14
06 Dekabr

Nazir: Əminəm ki, gənclər D-8 Gənclər Dialoqunda fəal iştirak edəcəklər  

15:13
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

14:53
06 Dekabr

Aktiv ƏDV ödəyicilərinin sayı 9,8 faiz artıb  

13:47
06 Dekabr

Elm və təhsil naziri Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri ilə görüşüb  

13:17
06 Dekabr

Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlaması ilə bağlı qərar qəbul olunub  

12:02
06 Dekabr

Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Stubba  

11:56
06 Dekabr

“Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

11:29
06 Dekabr

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır 

10:23
06 Dekabr

Umerov: Ukrayna və ABŞ nümayəndə heyətləri davamlı sülh üçün zəruri tədbirləri müzakirə ediblər  

10:20
06 Dekabr

Andrey Sibiqa: Ukrayna artıq boş vədlərə etibar etmir  

10:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!