04 Sentyabr 2025 08:10
488
SİYASƏT
A- A+
“Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir”

“Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir”


Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması təkcə Cənubi Qafqaz üçün deyil, həm də daha geniş regionlar üçün yeni perspektivlər açdı. Bu addım bölgədə uzun illər davam edən münaqişənin aradan qaldırılmasına və sabitlik mühitinin formalaşmasına mühüm töhfə verdi. Zəngəzur dəhlizinin gündəmə gətirilməsi isə Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin nəticəsidir. Onun qətiyyətli mövqeyi və məqsədyönlü addımları sayəsində Azərbaycan regionun yeni strateji nəqliyyat xəritəsinə çevrilməkdədir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bu uğuru həm Azərbaycanın milli maraqlarını təmin edir, həm də beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizi artıq təkcə bir infrastruktur layihəsi deyil, həm də sülhün, inkişafın və inteqrasiyanın rəmzinə çevrilib. Bu dəhlizin işə düşməsi Çinin "Bir kəmər, bir yol" layihəsinin tərkib hissəsi olan Orta dəhliz üçün geniş imkanlar yaradacaq. ""Bir kəmər, bir yol" təşəbbüsü Azərbaycanın "İpək yolunun dirçəldilməsi" strategiyası və sosial-iqtisadi inkişaf planları ilə uzlaşır. Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri Azərbaycandır. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu təşəbbüs çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır", - deyə o bildirib.

Deputat qeyd edib ki, Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. İki ölkə arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir və müxtəlif - siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələri əhatə edir. Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji sahələrdə güclənib. İki ölkə başçısı arasında şəxsi dostluq münasibətləri isə əməkdaşlığı daha da dərinləşdirməkdədir. 

Bu günədək Azərbaycan və Çin arasında 100-dən artıq sənəd imzalandığını vurğulayan P.Vəliyeva deyib ki, iki dövlət arasında iqtisadi əlaqələr, o cümlədən yük daşımaları sahəsində əməkdaşlıq inkişaf edir: "Azərbaycanla Çin arasında 2024-cü il ərzində tranzit daşımaların həcmi 85 faiz artıb. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycanın ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Prezidentin Çinə bu ilin aprel ayında səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq qurulması haqqında Birgə Bəyanat, vizasız rejimin tətbiqi haqqında sənəd və əməkdaşlıq sazişləri imzalanıb. Gələcək əməkdaşlıq sahələrinə rəqəmsal iqtisadiyyat, ağıllı infrastruktur və "yaşıl texnologiya"lar və sairə daxildir". 

Deputat bildirib ki, Azərbaycan hər zaman multilateralizmin tərəfdarı kimi çıxış edərək beynəlxalq münasibətlər sistemində öz rolunu möhkəmləndirib. Ölkəmiz beynəlxalq təşkilatlarda fəal iştirak etməklə, qlobal təşəbbüslərdə öncül rol oynamaqla həm regional, həm də beynəlxalq arenada mövqelərini gücləndirir. Bu gün Azərbaycan qlobal gündəliyin formalaşdığı və vacib qərarların qəbul edildiyi mühüm platformaların ev sahibi və təşəbbüskarıdır. Xüsusilə də inkişaf etməkdə olan ölkələrin taleyinə təsir edən məsələlərin müzakirə olunduğu və həll yollarının axtarıldığı proseslərdə Azərbaycanın rolu ön plana çıxır.

Son illərdə ölkəmizin uğurlu beynəlxalq liderlik təcrübələrinin olduğunu deyən P.Vəliyeva xatırladıb ki, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik, 2024-cü ildə COP29 sədrliyi, D-8-ə üzvlük, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilmiş Zirvə toplantısı və təşkilatın tarixində ilk dəfə baş tutan İƏT Həftəsi, 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik, həmçinin 2026-cı ildə Azərbaycanda keçiriləcək AQEM Zirvə toplantısı və Ümumdünya Şəhərsalma Forumu beynəlxalq ictimaiyyətin Azərbaycana yüksək etimadının göstəriciləridir. Bununla yanaşı, 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Sammitinə də Azərbaycan evsahibliyi edəcək. "Azərbaycanın fəal əməkdaşlıq apardığı təsisatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Bu ilin aprel ayında Çinə səfəri zamanı ÇXR Sədri tərəfindən Prezident İlham Əliyev ŞƏT sammitində iştiraka dəvət olunmuşdu. 2001-ci ildə təsis edilmiş Şanxay Əməkdaşlıq Təşkilatının məqsədləri üzv dövlətlər arasında qarşılıqlı inam, dostluq, qonşuluq və səmərəli əməkdaşlığı gücləndirmək, regionda sülh, təhlükəsizlik və sabitliyi təmin etmək və qorumaq, yeni ədalətli beynəlxalq nizamı təşviq etməkdir. 2016-cı ildən Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı olub. Ölkəmiz bu təşkilata tamhüquqlu üzvlüyə maraqlıdır. Hazırda Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq sahələri regional təhlükəsizlik və sabitlik, mədəni və humanitar əməkdaşlıq, ticarət və sərmayə, enerji sektoru və kənd təsərrüfatı, telekommunikasiya, terrorizm və ekstremizmə qarşı mübarizə, tolerantlıq və mədəni müxtəlifliyin təşviqini əhatə edir", - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın əsas sahələrindən birini təşkil edir. 2025-ci il 31 avqust-1 sentyabr tarixlərində Çinin Tiencin şəhərində keçirilən ŞƏT Sammitində, Çin Sədrliyinin şüarı: "Şanxay Ruhunu Qorumaq: ŞƏT Hərəkətdə"dir. Bundan öncə isə Azərbaycan Prezidenti ŞƏT-in müvafiq olaraq 2022 və 2024-cü illərdə Özbəkistan və Qazaxıstanda keçirilən sammitlərində iştirak edib. Bu, Azərbaycan liderinə böyük hörmət və etimadın əyani göstəricisidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!