01 Sentyabr 2025 19:51
611
SİYASƏT
A- A+
Azərbaycan-Çin münasibətləri tarixinin ən yüksək səviyyəsindədir ŞƏRH  

Azərbaycan-Çin münasibətləri tarixinin ən yüksək səviyyəsindədir ŞƏRH  


Hazırda Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Çinlə bərəbərhüquqlu əməkdaşlığın qurulması, münasibətlərin strateji səviyyəyə yüksəlməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir göstəricisidir. Dövlətimizin başçısının strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı dövrdə orta güc dövlətinə çevrilməsini təmin edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. İki ölkə arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir və müxtəlif - siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat-logistika sahələri əhatə edir. Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji sahələrdə güclənib. İki ölkə başçısı arasında şəxsi dostluq münasibətləri əməkdaşlığı daha da dərinləşdirib.

“Bu günədək Azərbaycan və Çin arasında 100-dən artıq sənəd imzalanıb. İki dövlət arasında iqtisadi əlaqələr, o cümlədən yük daşımaları sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycanla Çin arasında 2024-cü il ərzində tranzit daşımaların həcmi isə 85 faiz artıb. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycan ticarət və şərab evləri artıq Çin Xalq Respublikasının (ÇXR) Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir.

Bundan əlavə Prezident İlham Əliyevin cari ilin aprelində Çinə səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq qurulması haqqında Birgə Bəyanat, vizasız rejimin tətbiqi haqqında sənəd və əməkdaşlıq sazişləri imzalanıb. Gələcək əməkdaşlıq sahələrinə aşağı karbonlu inkişaf, rəqəmsal iqtisadiyyat, ağıllı infrastruktur və yaşıl texnologiyalar daxildir.

“Bir kəmər, bir yol” təşəbbüsü isə Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” strategiyası və sosial-iqtisadi inkişaf planları ilə uzlaşır. Azərbaycan Çin Sədri tərəfindən irəli sürülən bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biridir. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu təşəbbüs çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır”, - deyə deputat vurğulayıb.

P.Vəliyeva avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasındakı sülh sazişinin paraflanmasının təkcə Cənubi Qafqaz üçün deyil, həm də daha geniş regionlar üçün yeni perspektivlər açdığına diqqət çəkib. Onun sözlərinə görə, bu addım bölgədə uzun illər davam edən münaqişənin aradan qaldırılmasına və sabitlik mühitinin formalaşmasına mühüm töhfə verib. Zəngəzur dəhlizinin gündəmə gətirilməsi isə Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin nəticəsidir. Onun qətiyyətli mövqeyi və məqsədyönlü addımları sayəsində Azərbaycan regionun yeni strateji nəqliyyat xəritəsinə - logistik qovşağa çevrilir. Prezidentin bu uğuru Azərbaycanın milli maraqlarını təmin edir, beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizi artıq təkcə infrastruktur layihəsi deyil, həm də sülhün, inkişafın və inteqrasiyanın rəmzinə çevrilib. Bu dəhlizin işə düşməsi “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi olan Orta Dəhliz üçün geniş imkanlar yaradacaq.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Azərbaycanın fəal əməkdaşlıq apardığı təşkilatlardan biri olduğunu bildirən deputat əlavə edib ki, cari ilin aprel ayında Çinə səfəri zamanı Prezident İlham Əliyev ÇXR sədri tərəfindən ŞƏT sammitində iştiraka dəvət olunub. 2001-ci ildə təsis edilən ŞƏT-in məqsədləri üzv dövlətlər arasında qarşılıqlı inam, dostluq, qonşuluq və səmərəli əməkdaşlığı gücləndirmək, regionda sülhü, təhlükəsizliyi və sabitliyi qorumaq, yeni ədalətli beynəlxalq nizamı təşviq etməkdir. 2016-cı ildən isə Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı olub. Ölkəmiz bu təşkilata tamhüquqlu üzv olmağa maraqlıdır. Hazırda Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq sahələri regional təhlükəsizlik, mədəni və humanitar əməkdaşlıq, ticarət, enerji sektoru və kənd təsərrüfatı, telekommunikasiya, terrorizm və ekstremizmə qarşı mübarizə, tolerantlıq və mədəni müxtəlifliyin təşviqini əhatə edir.

“Şərq-Qərb və Şimali-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın əsas sahələrindən birini təşkil edir. 2025-ci il avqustun 31-dən sentyabrın 1-dək Çinin Tiencin şəhərində keçirilən ŞƏT Sammitində, Çin Sədrliyinin şüarı “Şanxay Ruhunu Qorumaq: ŞƏT Hərəkətdə”dir.

Bundan öncə isə Azərbaycan Prezidenti ŞƏT-in müvafiq olaraq 2022 və 2024-cü illərdə Özbəkistan və Qazaxıstanda keçirilən sammitlərində iştirak edib. Bu, Azərbaycan liderinə böyük hörmət və etimadın əyani göstəricisidir”, - deyə P.Vəliyeva bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!