22 Avqust 2025 08:05
391
SİYASƏT
A- A+
Azərbaycan Cənubi Qafqaza birlik, inkişaf, rifah gətirir

Azərbaycan Cənubi Qafqaza birlik, inkişaf, rifah gətirir


Ermənistanda da yeganə nicat yolunun barışıq olduğunu anlayırlar


Avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin paraflanması tərəflərin sülhə daha da yaxınlaşdığını təsdiqləyən reallıqdır. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşdə əldə edilən nəticələr həm Azərbaycanda, həm də Ermənistanda müzakirə mövzusu olaraq qalır. 

Azərbaycanda ölkə ictimaiyyəti, siyasi ekspertlər arasında aparılan müzakirələrdə sülhün tezliklə əldə olunması, regionda təhlükəsizliyin təmin edilməsi və bununla da Cənubi Qafqazda yeni inkişaf dövrünün başlanması üçün real imkanın yarandığı bildirilir.  

Ermənistanda isə xalqın mütləq əksəriyyəti baş nazir Nikol Paşinyanın yürütdüyü siyasəti dəstəkləsə də, köhnə "hərbi xunta", yəni revanşist qüvvələr ara qarışdırmaqala sülh müqaviləsinin imzalanmamasına çalışırlar.  

Bununla belə, erməni siyasi ekspertlərin əksəriyyəti hesab edirlər ki, Vaşinqton görüşü və Azərbaycanla sülh müqaviləsinin paraflanması dönüş nöqtəsidir. Elə Nikol Paşinyan da xalqa müraciətində bunu təsdiqləyib. Ölkə vətəndaşlarına müraciətində bir sıra maraqlı açıqlamalar verən baş nazir deyib ki, Vaşinqtonda keçirilən görüşdən sonra Ermənistanla Azərbaycan arasında sülh yaranıb: "Avqustun 8-dən sonra biz tamam başqa Cənubi Qafqazda, tamamilə başqa Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etmək lazımdır. Bu, asan deyil, çünki bu, bizim üçün qeyri-adi vəziyyət və reallıqdır. Biz sülhün nə olduğunu bilmirik, sülh şəraitində yaşamaq və işləmək nə deməkdir. Bu, bizim üçün qeyri-adi hissdir. Sülhdə yaşamağın nə demək olduğunu sıfırdan öyrənməliyik". Baş nazir bildirib ki, avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsi və paraflanmış sazişlə Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb. N.Paşinyan anklavlarla bağlı qeyd edib ki, bu məsələ də delimitasiya və demarkasiya prosesində qarşılıqlı şəkildə həll edilməlidir: "Hazırda Azərbaycanın nəzarətində olan Ermənistanın suveren əraziləri kimi, bizim nəzarətimizdə olan Azərbaycanın suveren əraziləri var və bu məsələ demarkasiya prosesində qarşılıqlı şəkildə həll olunmalıdır".

Dünən isə Ermənistana məxsus "Teleqram" kanallarında N.Paşinyanın fikirlərinə  istinadən xəbər yayılıb. Bildirilib ki, baş nazir "bizim nəzarətimizdə olan Azərbaycanın suveren əraziləri var" fikrini səsləndirərkən Ermənistanın Azərbaycana məxsus Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini də təhvil verməyə hazırlaşdığını vurğulayıb. 

Qeyd edək ki, ötən il Ermənistan tərəfindən Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarılıb. Bu, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.

Xalqa müraciətində baş nazir bildirib ki, bundan sonra regionda sülh mühitində yaşamağı öyrənmək lazımdır.

Bu fikirlərdən də aydın olur ki, N.Paşinyan xalqı sülhə çağırır və ona səs verərək  hakimiyyətə gətirən mütləq çoxluğun bu siyasəti dəstəkləyəcəklərinə inanır. Çünki ölkə ictimaiyyəti də yaxşı bilir ki, sülhdən başqa xilas yolu yoxdur. Əgər Ermənistan iqtisadi bataqlıqdan, sosial böhrandan qurtulmaq istəyirsə, sülh olmalıdır. 

N.Paşinyanın çıxışından da bəlli olur ki, o, xalqı birdən-birə sərt həqiqətlə üz-üzə qoymaq istəmir. Əvvəlcə "sülh psixologiyasını" formalaşdırmağa çalışır. Sonra isə konstitusiya dəyişikliyini təqdim edib məsələnin həllini istəyir. 

Baş nazir bilir ki, ölkədəki revanşistlər Azərbaycanla münasibətlərin normallaşmasına, o cümlədən yekun sülh sazişinin imzalanmasına qarşı xalqı etiraza səsləyəcəklər. Onlar gələcəkdə prosesin inkişafına, o cümlədən konstitusiya dəyişikliyinə mane olmağa çalışacaqlar. Bu səbədən də N.Paşinyan indidən bir tərəfdən xalqı gələcəyə hazırlayır, digər tərəfdən isə radikalların müqavimətini qırmaq üçün tədbirlər görür. Erməni xalqı onsuz da revanşistlərə güvənmir. Mütləq əksəriyyət sülhün yeganə nicat yolu olduğunu anlayır.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!