09 Dekabr 2025 14:52
278
CƏMİYYƏT
A- A+
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub  

Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub  


Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” tədbiri ölkənin qədim ənənələrini, tarixi təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən möhtəşəm hadisə kimi diqqət çəkir. “Mara’ee” sözü otlaq və geniş yaşayış sahələri mənasını daşıyır və Bəhreyn cəmiyyətinin əsrlər boyu formalaşmış həyat ritmini, əmək mədəniyyətini və icma birliyini əks etdirir. Festival burada yalnız milli dəyərlərin qorunması və zəngin ənənələrin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda, regionda mədəniyyətlərarası əlaqələri gücləndirən və beynəlxalq səviyyədə diqqət çəkən əlamətdar hadisə kimi də önəm daşıyır.

Bu mötəbər platformada Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi proqram festivalın ən parlaq məqamlarına çevrilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, səhnədə yüksək ustalıqla çıxış edən süvarilər, zəriflik və səhnə mədəniyyəti ilə seçilən orkestr, eləcə də milli koloritin bütün detallarını yaşadan rəqs qrupları vahid konsepsiya şəklində hazırlanıb, estetik və dinamik bir kompozisiya olaraq böyük maraq doğurub. Bu çıxışlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq sahəsində fəaliyyət göstərən xüsusi kollektivlərinin peşəkarlığını və ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil etmək missiyasını əks etdirib.

Bir-birini tamamlayan səhnə nömrələri öz məzmunu, enerjisi və emosional təsiri ilə tədbirin ən uzun və ən yaddaqalan proqramlarından biri kimi qiymətləndirilib.

Builki festivalda Bəhreyn Krallığının Kralı Həmd bin İsa Al Xəlifə da iştirak edərək Azərbaycan nümayəndə heyətinə xüsusi təşəkkürünü bildirmiş və proqramdan aldığı müsbət təəssüratlarını ifadə edib.

Azərbaycan nümayəndə heyətinin “Mara’ee 2025” səhnəsindəki uğurlu təqdimatı ölkəmizin mədəniyyətinin, peşəkar kollektivlərinin və milli dəyərlərinin beynəlxalq arenada yüksəksəviyyədə təbliğinə daha bir töhfə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabah sulu qar və qar yağacaq, güclü külək əsəcək, bəzi yerlərdə duman müşahidə ediləcək  

14:09
13 Yanvar

ADSEA su qıtlığı riskinə qarşı hansı təcili tədbirləri görür?  

14:01
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib YENİLƏNƏCƏK  

13:59
13 Yanvar

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb  

13:57
13 Yanvar

Vaşinqton Tehrana qarşı yeni sanksiyaları nəzərdən keçirir  

13:54
13 Yanvar

Senator: Qrenlandiyanın ilhaqı NATO-nun sonu olacaq  

13:51
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK  

13:47
13 Yanvar

Fransada fermerlərin 350-yə yaxın traktoru böyük etiraz aksiyası üçün Parisə daxil olub  

13:41
13 Yanvar

Azərbaycanda su ehtiyatlarının idarə olunması: 2020–2025-ci illər üzrə institusional və infrastruktur transformasiyası

13:33
13 Yanvar

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib YENİLƏNİB  

13:27
13 Yanvar

Ötən il sığortaolunanlar 3,19 faiz artıb  

13:01
13 Yanvar

Macarıstanlı ekspert: Türk İnvestisiya Fondu regional kapitalla birgə maliyyələşdirmə platforması qismində çıxış edir  

12:48
13 Yanvar

Siyasi şərhçi: Çinin Cənubi Qafqaz regionu ilə münasibətləri ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından önəmlidir VİDEO  

12:44
13 Yanvar

Kamran Əliyev: Bəzən işə qəbul olunan prokurorluq əməkdaşları bu peşənin məsuliyyətinə, zəhmətinə tab gətirə bilməyiblər  

12:42
13 Yanvar

Nazir: Azərbaycan ixracının 46,7 faizi İtaliyanın payına düşür

12:31
13 Yanvar

Baş prokuror: Prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır  

12:01
13 Yanvar

Kamran Əliyev: Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edəcək  

11:47
13 Yanvar

“Citigroup”: Qızılın qiyməti 5000 dollara yüksələ bilər  

11:30
13 Yanvar

Biləsuvarda zəlzələ olub

11:23
13 Yanvar

Ötən gün 64 cinayətin açılması təmin edilib  

11:22
13 Yanvar

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb  

11:21
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!